Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1847/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, iddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı SOCAR-ın İddiaçıt Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 tərəfindən X2 adına xx.xx.2022-ci il tarixdə verilmiş, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Rəhman Pənahlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X4 Mərkəzi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək, xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X9, xx.xx.2022-ci il tarixdən 11,05.2022-ci il tarixədək Modern Hospital tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etmişdir. Sözü gedən sonuncu xəstəlik vərəqəsi bağlanaraq xx.xx.2022-ci il tarixdə işə çıxmağı tövsiyə olunmuş və X3 11,05.2022-ci il tarixdən işə çıxmışdır. Yuxarıda qeyd olunduğu kimi X3 ilə xx.xx.2020-cMİ tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək xx.xx.2021-ci il tarixdən başlayaraq müxtəlif diaqnozlar üzrə xəstəlik vərəqələri təqdim edərək işdən yayınmışdır. xx.xx.2022-ci il tarixdə işə çıxmış və “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2022-ci il tarixli 453-K saylı əmri ilə 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işləyən Rəhman Pənahlı ilə bağlanmış 01,12.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rəhman Pənahlı işdə olmuş, 1 saylı A və XTS-nin Texnoloji Nəqliyyat işçilərinin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza etmiş, ona 0280*0 saylı yol vərəqi verilmişdir. Həmin yol vərəqindən də olan imzalarından da, görünür ki, Rəhman Pənahlı 11-xx.xx.2022-ci il tarixlərdə işdə olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə saat 1*:00-da iş vaxtı bitdikdən sonra o, X8 müraciət etmiş və xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi əldə etmişdir. Bir idarə olaraq Tibb Mərkəzləri tərəfindən köhnə tarixə verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrə rast gəlmək olur. Buda işə götürənin işinə mənfi təsir edir. Belə ki, işə götürən qanunvericiliyin tələblərinə əməl edilməklə işçilə bağlanmış əmək müqaviləsinə xitam versə də, Tibb Mərkəzləri tərəfindən verilmiş qanunsuz və əsasız xəstəlik vərəqələri işə götürənə bir başa maddi ziyan vurmaqla yanaşı onun işgüzar nüfuzuna xələl gətirir. X9 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə açdığı xəstəlik vərəqəsi qanunsuz olması ilə yanaşı həmdə etibarsızdır. Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3*ci bəndi ilə Xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Əmək qabiliyyətinin ekspertizası üzrə işlərin qoyulması, xəstəlik vərəqələrini və arayışların verilməsi, onların saxlanılması, qeydiyyatının aparılması məsuliyyəti baş həkimə tapşırılır. Qeyd olunanlardan göründüyü kimi cavabdeh öz vəzifə səlahiyyətindən su istifadə edərək heç bir əsas olmadan köhnə tarixə etibarsız xəstəlik vərəqəsi vermiş və bunlada idarənin işinə xələl gətirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində rayon (şəhər) məhkəmələrinin səlahiyyətləri göstərilərək qeyd olunmuşdur ki, rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. İrəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. MPM-dən fərqli olaraq, İPM-nin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. İddiaçının iddia tələbindən də aşkar surətdə göründüyü kimi, onun iddia tələbi inzibati xarakterlidir. Belə ki, iddiaçı “xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi” iddia tələbi ilə məhkəməyə müraciət edərək X9 tərəfindən verilmiş əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehn xx.xx.2022-ci il tarixli, ******* saylı şəxsin əmək qabiliyyətli olmaması vərəqəsinin etibarsız hesab olunması barədə iddia tələbi Cavabdehn ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundnan mübahisənin subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28.08.200*-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi göstərilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-nin 2.2.1-2.2.5-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edirki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım : İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1847/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1847/2023
20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver