Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1871/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyması öhdəliyinin üzərinə qoyulması və işgüzar nüfuza vurmuş olduğu zərərə görə 5000 manat məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar olaraq dövlət qeydiyyatına alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyətim “DUKKAN” adlı restoranın işlədilməsi ilə bağlıdır. Restoranda 100-dən çox şəxsi işlə təmin etmişdir. Vaxtı-vaxtında vergilər ödənilir. Bu günə qədər heç bir narazıçılıq ilə rastlaşmamışdır. Bir sıra dövlət tədbirlərində sahibkar olaraq fəal iştirak edir. Mərdəkan-Buzovna yolunda yenidən qurma işləri aparılmaqdadır. Buna görə də onun tərəfindən aidiyyatı qurumlara müraciət edilərək Restoranın qarşısında parklanma yerinin ayrılması xahiş edilmişdir. Bundan sonra yenidən qurma işlərinin lahiyəsinə uyğun olaraq işləri həyata keçirən qurumlar tərəfindən ərazidə abadlıq işləri aparılmış və müvafiq parklanma yeri qurulmuşdur. Lakin cavabdeh bu işlərlə razılaşmayaraq əsassız olaraq bir sıra orqanlara şikayətlər göndərmiş, həqiqətə uyğun olmayan məlumatları kütləvi informasiya vasitələrinə göndərməklə həm şəxsi olaraq barəsində, həm də Restoranının adını hallandırmaqla işgüzar nüfuzuna xələl yetirməyə başlamışdır. İddia ərizəsinə əlavə edilən foto materiallarla müəyyən edilir ki, ərazidə aparılmış işlər səlahiyyətli qurum tərəfindən icra edilmişdir. X1 Onlayn İctimai-Siyasi Qəzetinin xx.xx.2024-cü il tarixdə “Bakıda məşhur restoran gecəyarısı velosiped yolunu dağıdıb avtodayanacaq qurdu” başlığı altında xəbər yayımlanmışdır. Qeyd edi da Kütləvi informasiyalar haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri kobudcasına pozulmuşdur. Bundan başqa eyni xəbər Sonxeber.az saytında da dərc edilmiş və burada bildirilmişdir ki, Cavabdeh adlı sakin şikayət etmişdir. Saytda video material yerləşdirilmişdir. Həmin video ilə müəyyən edilir ki, ərazidə rəsmi qurumlar fəaliyyət göstərir və Dukkan restoranın bu işə heç bir aidiyyatı yoxdur. Beləliklə, məhkəmə qaydasında işgüzar nüfuzun müdafiəsinə başlamaq üçün 3 əsas elementin birlikdə mövcudluğuna diqqət yetirməlidir: a) məlumatlar işgüzar nüfuzu ləkələyən olmalıdır, b) həmin məlumatlar yayılmalıdır, c) məlumatlar həqiqətə uyğun olmamalıdır (və ya natamam olmalıdır). Göründüyü kimi faktiki olaraq cavabdehin qanunsuz hərəkəti nəticəsində, yəni əsassız olaraq kütləvi informasiya vasitələrinə müraciəti, eyni zamanda digər yerli orqanlara əsassız şikayəti əsasında mənim işgüzar nüfuzuma ciddi zərər yetirilməkdədir. İddia ərizəsinin təmin edilməsi, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyması öhdəliyinin üzərinə qoyulması və işgüzar nüfuza vurmuş olduğu zərərə görə 5000 manat məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında barışıq əldə edildiyindən barışıq sazişinin imzalandığını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə aralarında barışıq əldə olunduğunu bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2024-ci il tarixli barışıq sazişinə əsasən - Cavabdeh öhdəlikləri: Cavabdeh üzərinə öhdəlik götürür ki, mübahisəli ünvanda yaradılmış avtomobil dayanacağına dair iddiaçının heç bir aidıyyatının olmamasını, yaradılmış avtomobil dayanacağının dövlət qurumları tərəfindən təşkil edilməsini qəbul edir və bu Saziş imzalandıqdan sonra mübahisəli ünvanda yaradılmış avtomobil dayanacağı (parking) ilə bağlı hər hansı bir formada narazılıq (şikayət) bildirməyəcək, dövlət qurumlarına müraciət etməyəcəkdir. - İddiaçı öhdəlikləri: İddiaçı mübahisəli ünvanda yaradılmış avtomobil dayanacağının dövlət qurumları tərəfindən təşkil edilməsini qəbul edir, cavabdehin avtodayanacaqla bağlı mövqeyinin dəyişməsini nəzərə alaraq iddia ərizəsindən imtina edir. Cavabdehlə barışıq sazişinin bağlanmasını nəzərə alaraq iddiaçı cavabdehə aid ərazidə abadlıq işləri aparır: Ağaclar əkir və hasarı 5 daş hündürlüyündə tikərək yuxarı qaldırır. - Sazişin 2.1. bəndi pozularsa cavabdeh iddiaçının çəkmiş olduğu xərclərin 2 mislini iddiaçıya ödəməli olacaqdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediyasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh üzərinə öhdəlik götürür ki, mübahisəli ünvanda yaradılmış avtomobil dayanacağına dair iddiaçının heç bir aidıyyatının olmamasını, yaradılmış avtomobil dayanacağının dövlət qurumları tərəfindən təşkil edilməsini qəbul edir və bu Saziş imzalandıqdan sonra mübahisəli ünvanda yaradılmış avtomobil dayanacağı (parking) ilə bağlı hər hansı bir formada narazılıq (şikayət) bildirməyəcək, dövlət qurumlarına müraciət etməyəcəkdir.
2. İddiaçı mübahisəli ünvanda yaradılmış avtomobil dayanacağının dövlət qurumları tərəfindən təşkil edilməsini qəbul edir, cavabdehin avtodayanacaqla bağlı mövqeyinin dəyişməsini nəzərə alaraq iddia ərizəsindən imtina edir.
3. Cavabdehlə barışıq sazişinin bağlanmasını nəzərə alaraq iddiaçı cavabdehə aid ərazidə abadlıq işləri aparır: Ağaclar əkir və hasarı 5 daş hündürlüyündə tikərək yuxarı qaldırır.
4. Sazişin 2.1. bəndi pozularsa cavabdeh iddiaçının çəkmiş olduğu xərclərin 2 mislini iddiaçıya ödəməli olacaqdır. İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Zaur Tağıyev