Məhkəmə qərarları › İş №2(003)-1876/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1876/2022

02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1876/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X* iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon icra şöbəsinə qarşı icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin tutulması hissəsi”ilə bağlı olan hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin hissənin X6 əmək haqqından və aliment tutulmalı olan digər gəlirlərindən tutulması istiqamətində hərəkətlərin edilməsi vəzifəsinin, aliment məbləğinin düzgün hesablanaraq və vaxtında, habelə nağdsız qaydada İddiaçı bank hesabına ödənilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin üzərinə qoyulması, borclunun işlədiyi "xxxx" ASC, "xxxx" MMC və “X1 Şəbəkəsi” MMC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi və alimentin ödənilməsini qəsdən yubandıran şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 5*-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinə əlavə olaraq dəymiş zərərin əvəzi olaraq 15 000 manat məbləğində vəsaitin Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 saylı qətnaməsi ilə iddiaçı X11 ilə cavabdeh Muradlı (Əliyeva) Aysel Zabit qızı arasında 14 mart 2009-cıı il tarixdə Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsində 1*8 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 21 dekabr 2009-cu il təvəllüdlü X9 və 12 dekabr 2015-ci il təvəllüdlü X12 cavabdeh Muradlı (Əliyeva) Aysel Zabit qızının yanına verilmiş, X5 *0 sentyabr 2019-cu il tarixindən başlayaraq 21 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 dekabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq Muradlı (Əliyeva) Aysel Zabit qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilmiş və icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra məmuru Yaqub Qafarov tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi lazımi qaydada həyata keçirilməmişdir. Belə ki, keçən müddət ərzində icra məmuru tərəfindən məhkəmə qərarının icrası həyata keçirilən zaman icra məmuru tərəfindən aliment məbləğinin tutulması ilə bağlı olan hissədə icra sənədi lazımı qaydada tərtib edilməmiş, məhkəmə qətnaməsində borclunun əmək haqqısı və digər gəlirlərindən tutulmaların həyata keçirilməsi qeyd olunmasına baxmayaraq, icra məmuru tərəfindən yalnız əmək haqqından tutulmalar həyata keçirilmişdir ki, nəticədə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 saylı qətnaməsi alimentin tutulması hissəsində vaxtında və lazımı qaydada icra olunmamışdır. Bu hal öz təsdiqini onun dəfələrlə aidiyyəti üzrə Xəzər rayon İcra Şöbəsinə, eyni zamanda "xxxx" ASC-yə ünvanlanmış sorğularından sonra "xxxx" ASC tərəfindən 16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon icra şöbəsinin rəisinə ünvanlanmış 02-04-**6 №-li məktubda bildirilmişdir ki, *0.09.2019-cu il tarixdən *1.01.2022-ci il tarixədək X6 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün *9 806,*7 manat hesablanmış, 19 112,78 manat ödənilmiş və borcun qalıq hissəsi 20 69*,59 manat 01.0*.2022ci il tarixədək onun bank hesabına ödənilməsi təmin ediləcəkdir. Qeyd edilən məbləğin ödənilməsi həyata keçirilsə də, faktiki olaraq aliment məbləğləri müxtəlif formada (nağd və ya nağdsız qaydada), habelə müəyyən günlər ötürülməklə həyata keçirilir və bəzən 1 ay və ya 2 ay müddətinə gecikdirilir. Lakin bu hallar icra məmuru tərəfindən gözardı edilir və borclunun əmək haqqısından və digər gəlirlərindən tutulmaları həyata keçirməli olan “Azərenerji" ASC barəsində heç bir addım atılmır və bununla bağlı zəruri heç bir tədbir keçirilmir. Halbuki icra məmurunun həmin qurum barəsində müvafiq tədbirlər görməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş təsir növləri mümkündür. Lakin icra məmuru həmin təsir növlərindən hansısa maraqlar naminə istifadə etməkdən imtina etməklə bərabər, həmin icra məmurunun rəisi İdris Həsənquliyev, habelə Ələddin Paşayev bununla bağlı heç bir nəzarət funksiyasını həyata keçirmir, habelə tələbkarın şikayətlərini nəzərə almır və istədikləri kimi hərəkət edirlər. Bundan əlavə, uzun müddət şikayətlər etdikdən sonra və dəfələrlə müraciətindən sonra Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən aidiyyəti üzrə X6 digər gəlirlərinin müəyyən edilməsi məqsədi ilə AR İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə, habelə X15 üzrə İdarəyə məktublar ünvanlanmışdır. Halbuki mövcud vəziyyətdə müvafiq araşdırmaların aparılması səlahiyəti tam olaraq icra məmurunun vəzifə borcu olsa da, icra məmuru dəfələrlə həmin vəzifə borcunun yerinə yetirilməsindən imtina etmiş, əsassız şəkildə mövcud mübahisələrin uzadılmasına yönəldilmiş hərəkətlər həyata keçirilmişdir. Habelə verilmiş sorğular natamam və ya düzgün olmamışdır. Bundan əlavə onun cəhdləri nəticəsində məlum olmuşdur ki, X11 "xxxx" MMC-də, habelə “X1 Şəbəkəsi” MMC-də direktor (qanuni təmsilçi) vəzifəsində çalışır. Həmin şirkətlərdən "xxxx" MMC 16.09.2011-ci il tarixdə, “X1 Şəbəkəsi” MMC isə 27.01.2004-cii il tarixində kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırki günə qədər öz fəaliyyətlərini davam etdirməkdədir. Şirkətlər heç bir faktiki ünvan üzrə fəaliyyət göstərməməklə bərabər, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həmin şirkətlərin fəaliyyəti keçən müddət ərzində araşdırılmamış, iddiaçı tərəfindən dəfələrlə müraciət edildikdən sonra icra məmuru Yaqub müəllim tərəfindən sorğular göndədirilmişdir. Sorğular həmçinin həmin qurumların qeydiyyatını həyata keçirmiş X15 üzrə İdarəyə müraciət edilmişdir. Baxmayaraq ki, icra vərəqəsi 2020-ci il tarixində Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə daxil olmuş, lakin keçən iki il müddətində həmin icra şöbəsi tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş, tərəfindən AR Ədliyyə Nazirliyinə və aidiyyəti üzrə digər qurumlara müraciət edildikdən sonra bu hallar müəyyən edilmişdir. Nəzərə alınması zəruridir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 qətnaməsində aliment məbləğinin X6 əmək haqqısından və digər gəlirlərindən tutulması nəzərdə tutulmuşdur. “Uşaqlar üçün valideyinlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərini müəyyən edilməsi barədə ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.05.2001-ci il tarixli qərarında aliment tutulmalı olan məbləğlər və digər gəlirlər tam olaraq öz əksini tapmışdır. Halbuki 2020-ci ilin *0 sentyabr ayı tarixindən başlayaraq alimentin tutulması zamanı icra məmuru tərəfindən və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən alimentin məbləği düzgün müəyyən edilməmiş, həmin məbləğin tutulması zamanı aidiyyəti üzrə X6 işlədiyi "xxxx" ASC-yə, "xxxx" MMC-yə, habelə “X1 Şəbəkəsi” MMC-yə məlumat düzgün təqdim edilməmiş, həmin qurumların hərəkətsizlik etdirilməsinə göz yumulmuş, bu qanunsuzluqlarla bağlı qanunvericiliklə icra qurumuna verilmiş vəzifə səlahiyyətlərindən düzgün istifadə edilməmiş, həmin qurumlara aliment məbləğinin tutulması ilə bağlı zəruri göstəriş verməməklə iddiaçıya maddi ziyanın vurulmasına səbəb olmuşdurlar. Hazırki günə qədər X2 gəlirləri barədə icra məmuru tam məlumat əldə edə bilməməklə bərabər, icra sənədini vaxtında icra etməyən "xxxx" ASC barəsində də qanuııvericliklə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsindən yayınmaqdadır. Hətta mövcud mübahisə ilə bağlı tərəfindən 17.01.2022-ci il tarixində aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin rəisi İdris Həsənquliyevə ərizə ilə müraciət edilərək icra məmuru kimi Yaqub Qafarovun dəyişdirilməsini xahiş etsə də, hazırki günə qədər həmin məktuba rəsmi qaydada cavab verilməmiş, habelə icra məmurunun dəyişdirilməsi baş verməmişdir. Bundan əlavə aliment məbləğinin vaxtında və lazımı qaydada tutulmasını həyata keçirməyən "xxxx" ASC barəsində “İcra haqqında ” AR qanununun, habelə AR İXM-nin 528-ci maddəsinə əsasən inzibati xəta protokolu tərtib edərək aidiyyəti üzrə məhkəməyə göndərilsə də, hazırki günə qədər həmin qanunsuzluqlara göz yumaraq aliment məbləğinin vaxtında və lazımı qaydada X5 tutularaq mənə ödənlməsi hissəsində hərəkətsizlik nümayiş etdirir. Halbuki AR İXM-nin 528-ci maddəsində məhkəmə qərarının icrası zamanı icra məmurunun tələblərinin yerinə yetirilməməsi halında həyata keçiriləcək tədbirlər növü müəyyən edilmişdir. Hazırkı iş üzrə "xxxx" ASC barəsində icra məmuru tərəfindən heç bir hərəkət həyata keçirilməmiş, həmin qurumun cərimələnməsi barəsində aidiyyəti üzrə məhkəməyə təqdimatla müraciət edilməmiş, mövcud aliment məbləğinin hər ay vaxtlı-vaxtında və hansı qaydada tələbkarın hesabına keçirilməsi ilə bağlı nəzarəti həyata keçirməmişdir. Eyni hallar həm "xxxx" MMC-yə, habelə “X1 Şəbəkəsi” MMC üçün də keçərlidir. Baxmayaraq ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən verilmiş cavab məktublarında göstərilmişdir ki, X11 "Ev Eco ” MMC-də qanuni təmsilçi olsa da, gəliri olmamışdır. Halbuki fiziki şəxs olaraq X11 direktor vəzifəsində çalışır ki, direktor vəzifəsini həm əmək müqaviləsi əsasında, həm də xidmət və ya tapşırıq müqaviləsi əsasında icra edə bilər. Belə olan təqdirdə görülmüş işlərin minumum dəyəri məbləğində gəlir əldə edir. Əldə edilmiş gəlirdən isə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 qətnaməsinin icrası məqsədi ilə 1/* hissədə aliment məbləği tutulub İddiaçı ödənilməli idi. Lakin icra məmuru Yaqub Qafarov bununla bağlı müvafiq araşdırmanı həyata keçirməmiş, icra qurumunun rəhbəri İdris Həsənquliyev isə icra məmurunun hərəkətlərinə nəzarəti həyata keçirməmişdir. Hazırkı icra iş üzrə məhkəmə tərəfindən məhkəmə nəzarəti həyata keçirilən zaman bəlli olacaqdır ki, istər borclu X11 barəsində, istərsə də X6 işlədiyi "xxxx" ASC, "Ev Eco” MMC, habelə “X1 Şəbəkəsi” MMC barəsində heç bir tədbir görülməmiş, alimentin ödənilməsi ilə bağlı gəlirlərini gizlədən X6 izahatının alınması, məcburi gətirilməsi, borcu olduğu halda barəsində axtarışın həyata keçirilməməsi, ölkə hüdudlarından kənara çıxmasının qadağan edilməsi, işlədiyi qurumlar barəsində isə icra sənədinin vaxtında və lazımı qaydada icra olunmaması səbəbindən həmin qurumun səlahiyyətli şəxslərinin cərimələnməsi və ya hüquqi şəxsin barəsində inzibati xəta protokolunun tərtib edilərək adiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi barədə addımlar atılmamışdır. İcra məmuru tərəfindən alimentinin tutulması ilə bağlı zəruri addımların atılmamasından əlavə faktiki olaraq aidiyyəti üzrə "xxxx" ASC, "xxxx" MMC və “X1 Şəbəkəsi” MMC-yə, habelə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsinə ünvanlanmış məktublar qeyri-müəyyən məzmunlu olmuş, şirkətlərin ünvanları və ya adları düzgün göstərilməmiş, həmin şirkətlərin yol vermiş olduğu pozuntular səbəbindən direktoru və ya şirkətin özü barəsində cəza tədbirləri seçilməmişdir. Halbuki “İcra məmurları haqqında” AR qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi, alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edilməsi, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək vəzifələrini daşıyır. Həmin qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Habelə “İcra haqqında ” AR qanununun 84-cü maddəsində icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslərə münasibətdə inzibati məsuliyyət, qəsdən yerinə yetirilməməsi halında isə cinayət məsuliyyətinə cəlb etməsi ilə bağlı hərəkətlər həyata keçirə bilməsi nəzərdə tutulur. Qeyd edilən maddələri hazırki iş üzrə qarşılıqlı şəkildə tətbiq etsək ortaya bir hal çıxır ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi həm "xxxx" ASC-dən, həm də X5 çəkinərək, qanunvericiliyin normalarını bilərəkdən tətbiq etməyərək, süründürməçiliyə yol verməklə ona zərər vurmağa çalışırlar. Bundan əlavə icra məmuru tərəfindən üzərinə düşən vəzifələr lazımı qaydada icra edilmədiyindən İddiaçı tərəfindən dəfələrlə müxtəlif qurumlara şikayət edilmiş və bununla bağlı də əlavə xərclərdə iştirak etmişdir. Halbuki qeyd edilən vəzifələr tələbkarın deyil,məhkəmə qərarını icra etməli olan icra məmurunun və icra qurumunun vəzifəsidir. Amma bu halların heç bir vaxtında həyata keçirilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirilmiş, iddiaçının stress keçirməsinə səbəb olmuşdur. Qeyd edilən hallar bir daha sübut edir ki, icra məmuru kimi Yaqub Qafarov, icra məmuruna nəzarəti həyata keçirən icra qurumunun rəisi kimi İdris Həsənquliyev tərəfindən bilərəkdən bu qanunsuzluqlara yol verilmiş, əsassız şəkildə İddiaçı maddi zərər vurulması istənmişdir. İcra məmurunun, habelə həmin icra məmuruna nəzarəti həyata keçirməli olan icra qurumunun hərəkətsizliyi, vaxtında düzgün addımlar atmaması, aidiyyəti üzrə borclunun çalışdığı qurumlar barəsində heç bir tədbir görməməsi, alimentin vaxtında düzgün hesablanaraq tutulub ödənilməməsinə nəzarət edilməməsi səbəbindən ona ümumilikdə 15 000 manat məbləğində maddi zərər vurulmuşdur. Nəzərə alınması zəruridir ki, iddiaçı tərəfindən hər dəfə icra məmurunun əvəzinə aidiyyəti üzrə qurumlara məktublar ünvanlanmış, həmin qurumlara gedilmişdir ki, bütün bunların hamısına onun tərəfindən vəsait xərclənmişdir ki, həmin vəsaitin ümumi məbləği 500 manat təşkil edir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)- 168/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin tutulması hissəsi”ilə bağlı olan hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin hissənin X6 əmək haqqından və aliment tutulmalı olan digər gəlirlərindən tutulması istiqamətində hərəkətlərin edilməsi vəzifəsinin, aliment məbləğinin düzgün hesablanaraq və vaxtında, habelə nağdsız qaydada İddiaçı bank hesabına ödənilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin üzərinə qoyulması, borclunun işlədiyi "xxxx" ASC, "xxxx" MMC və “X1 Şəbəkəsi” MMC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi və alimentin ödənilməsini qəsdən yubandıran şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin üzərinə qoyulması, dəymiş zərərin əvəzi olaraq 15 000 manat məbləğində vəsaitin Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi icra məmuru X8 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, icra sənədi 08.05.2020-ci ildə icraatına daxil olmuş, 2020-ci ilin iyun ayında borclunun əmək haqqına yönəldilmişdir. İcra sənədi borclunun işlədiyi yerə qətnamə, icra vərəqəsi və müşaiyət məktubu ilə göndərilmişdir. 2021-ci ilin noyabr ayında iddiaçı onlara müraciət etmişdir ki, cavabdehin əlavə gəlirləri var. İcranın elektron sistemində isə borclunun adına heç nə çıxmırdı. O, Vergilər Nazirliyinə sorğu yazmış, cavab verilmişdir ki, Muradlı Əhməd əmək haqqı almır. Sonradan iddiaçının hesabına 20600 pul ödənilmişdir. İddiaçı əmək haqqı və başqa gəlirlərdən 1600 manat alır. Borclunun maaşı və əlavə gəlirləri tamamilə hesablanıb iddiaçıya ödənilir. İcra şöbəsi tərəfindən bütün lazımi icra hərəkətləri həyata keçirilmişdir. Hazırkı iddianın heç bir qanuni əsası yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(00*)-168/2020 saylı 18.0*.2020-ci il tarixli qətnaməsindən görünür ki, X11 ilə Muradlı (Əliyeva) Aysel Zabit qızı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların Muradlı (Əliyeva) Aysel Zabit qızının yanında qalması, iki uşağın saxlanması üçün X5 hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Muradlı(Əliyeva) Aysel Zabit qızına verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Xəzər rayon icra şöbəsinin müvafiq məktubuna cavab olaraq "xxxx" ASC-nin 16.02.2022-ci il tarixli məktubunda qeyd olunur ki, *0.09.2019-cu il tarixdən *1.01.2022-ci il tarixədək X6 əmək haqqı və digər gəlirlərindən aliment ödənilməsi üçün *9806.*7 manat hesablanmış, 19112.78 manat ödənilmiş və borcun qalıq hissəsi 2069*.59 manat 01.0*.2022-ci il tarxədək Muradlı (Əliyeva) Aysel Zabit qızının bank hesabına ödənilməsi təmin ediləcəkdir. İş materiallarına əlavə edilmiş, Xəzər rayon icra şöbəsinin müvafiq məktubuna cavab olaraq göndərilmiş Bakı şəhəri X15 üzrə Baş İdarəsinin 15.0*.2022-ci il tarixli məktubunun surətindən görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən X6 "xxxx" MMCnin və “X1 şəbəkəsi” MMC-nin rəhbəri olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin 28.04.2021-ci il tarixdən fəaliyyətini dayandırdığı müəyyən edilmiş, 01.01.2019-cu il tarixdən *1.0*.2022-ci il tarixədək olan hesabat dövrləri üzrə vergi bəyannamələri təqdim etmədiyi üçün dövriyyə məbləğini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cəmiyyət tərəfindən təqdim olunmuş 01.07.2020-ci il tarixdən *1.0*.2021-ci il tarixədək muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən X10 əmək haqqı ödənilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinə ünvanlanmış məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(00*)- 168/2020 saylı 18.0*.2020-ci il tarixli icra sənədi icra şöbəsinin icraatına 08.05.2020-ci il tarixdə daxil olmuşdur. Həmin Tarixdə icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra borcluya 10 gün könüllü icra müddəti təyin edilərək bildiriş göndərlmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə X6 əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınar və ya daşınmaz əmlak, banklarda pul vəsaiti aşkar edilməmişdir. Borclu Azərenerji ASC-də işlədiyi üçün icra sənədi icra olunması üçün 08.06.2020-ci il tarixdə onun iş yerinə göndərilmişdir. Borclunun əmək haqqının və (və ya) başqa gəlirlərinin 1/* hissəsi miqdarında aliment tutularaq Muradlı (Əliyeva) Aysel Zabit qızının hesabına köçürülmüşdür. İcra tədbirləri nəticəsində borclunun başqa gəlirlərindən tutulma aparılmadığı müəyyən edilərək "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC-nin 16.02.2022-ci il tarixli məktubuna əsasən *0.09.2019-cu il tarixdən *1.01.2022-ci il tarixədək X6 əmək haqqı və digər gəlirlərindən ödənilməmiş 2069*.59 manat Muradlı (Əliyeva) Aysel Zabit qızının hesabına köçürülmüşdür. X2 qazancının (və ya) başqa gəlirlərindən 1618.*5 manat aliment tutularaq Muradlı (Əliyeva) Aysel Zabit qızının hesabına köçürülür. Bundan əlavə, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(00*)-168/2020 saylı 18.0*.2020-ci il tarixli icra sənədi üzrə icra tədbirləri olaraq "xxxx" MMCyə, “X1 şəbəkəsi” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Dövlət Vergi Xidmətinə sorğular edilmişdir. Məhkəmə iddia tələbində qeyd olunan faktlarla və tələblərlə bağlı aşağıdakıları qeyd edir: İş materialları və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 saylı qətnaməsinin alimentə dair hissədə icrası ilə bağlı icra şöbəsi tərəfindən lazımi tədbirlər görülmüş, bunun nəticəsi olaraq da, aliment ödənişləri həyata keçirilmişdir. Odur ki, hərəkətsizlik mövcud olmadığından, onun qanunsuz hesab edilməsi və bununla bağlı öhdəlik qoyulması zərurəti yoxdur. İddiaçı aliment məbləğinin düzgün hesablanaraq və vaxtında, habelə nağdsız qaydada onun bank hesabına ödənilməsi öhdəliyinin icra şöbəsinin üzərinə qoyulmasını tələb etsə də, alimentin düzgün və vaxtında ödənilmədiyinə dair öz dəlilini əsaslandıra bilməmiş, bunu təsdiq edən hər hansı hal aşkar edilməmişdir. Alimentin nağd, yaxud nağdsız şəkildə ödənilməsi ilə bağlı isə hər hansı imperativ norma mövcud deyildir. İddia tələbinin "xxxx" ASC, "xxxx" MMC və “X1 Şəbəkəsi” MMC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi və alimentin ödənilməsini qəsdən yubandıran şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin üzərinə qoyulması hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulsa da, hazırkı iş üzrə tələbin həmin hissədə təmin edilməsinə əsas verən hər hansı hal müəyyən olunmamışdır. İddiaçı icra şöbəsi tərəfindən ona maddi zərərin vurulmasına dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, öz tələbini həmin hissədə əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı maddi ziyanın icra məmurunun, habelə həmin icra məmuruna nəzarəti həyata keçirməli olan icra qurumunun hərəkətsizliyi, vaxtında düzgün addımlar atmaması, aidiyyəti üzrə borclunun çalışdığı qurumlar barəsində heç bir tədbir görməməsi, alimentin vaxtında düzgün hesablanaraq tutulub ödənilməməsinə nəzarət edilməməsi səbəbindən yarandığını bildirmiş, lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, onun dəlilləri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 12.*-cü maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, işin araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(00*)-168/2020 saylı icra sənədi üzrə icra tədbirləri həyata keçirilir və hazırda da borclunun əmək haqqından və başqa gəlirlərindən tələbkara aliment ödənişləri edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon icra şöbəsinə qarşı icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.*-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2**, *60-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon icra şöbəsinə qarşı icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar