Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1892/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi geri qaytarılmalıdır. İş üzrə Cavabdeh aid “Elektron” Məhkəmə Sistemində olan məlumat pəncərəsindən görünür ki, o, ünvan 1i ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Xəzər Rayonu ərazisində qeydiyyatda deyildir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. İddiaçının cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcritxanasında saxlanılmasını əsas götürməklə Xəzər Rayon Məhkəməsinə müraciət etməsinə münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan respublikası Qanununun müddəasına (maddə 9) əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Qanunun mənasından göründüyü kimi, hətta şəxs ömürlük azadlıqdan məhrum edildikdə belə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması imperativ deyil, dispozitiv olaraq nəzərdə tutulmuşdur. Yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi qəbul edilə və ona qarşı verilən iddiaların məhz cəzaçəkmə müəssisəsinin yeri üzrə baxılması üçün əsas ola bilməz. Prosessual qanunvericilik bir qayda olaraq iddianın cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, şəxsin cəza çəkmə müəssisəsində saxlanılması ona qarşı verilən iddiaların məhz həmin cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazi üzrə baxılması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, Cəzaçəkmə Müəssisəsində müəyyən müddətə saxlanılan şəxslərə qarşı iddiaların müəssisənin olduğu yer üzrə verilməsini qanunverici MPM-in 35 yaxud 36-cı maddələrində müəyyən edə bilərdi, ancaq etməmişdir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1892/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1892/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver