Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1899/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Bakı şəhəri Cavabdeh) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1940-ci il tarixdə Laçın rayonu, Mirik kəndində anadan olmuş, 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkün olub, Bakı şəhərində məskunlaşan atası X1 şəkərli diabet xəstəliyindən və təzyiq probleminə görə ölüm faktını qeydə alıb, ölüm haqqında şəhadətnamə alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 XX.XX.1940-cı il tarixdə Laçın rayonu, Mirik kəndində anadan olmuşdur. 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkün olaraq, Bakı şəhərində məskunlaşmışdır. Vətən borcunu yerinə yetirmiş, hərbi bileti ilə təmin olunmuşdur. Mərhum atası X3 şəkərli diabet xəstəliyindən və təzyiq problemindən əziyyət çəkirdi. Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında atası 26 dekabr 2020-ci il tarixdə şəkərli diabet xəstəliyindən vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik Hüquqi şəxs 29 nömrəli birləşmiş şəhər xəstəxanasına müraciət etmişdir. 19 fevral 2021-ci il tarixdə müraciətinə əsasən bildirmişdirlər ki, araşdırma zamanı məlum oldu ki, mərhum X3 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciat etməyib və onun adına ambulator karta açılmamışdır. Mərhumun oğlunun dediyinə görə atası T.A.Süleymanov şəkərli diabet xəstəliyindan vəfat etmişdir. Daha sonra ərizə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, XX.XX.1940-cı il tarixdə Laçın rayonunun Mirik kəndində doğulmuş X1 04.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ağcabədi RPŞ tərəfindən 27.06.2005-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının seriya AZE 02966375 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1940-cı il tarixdə Laçın rayonunun Mirik kəndində doğulmuşdur. İş materiallarında olan 26 saylı Birləşmiş şəhər Xəstəxanasının 19.02.2021-ci il tarixli, 68 nömrəli məktubda qeyd edilmişdir ki, T.A.Süleymnov un ölüm səbəbi məlum olmadığına və 29 nömrəli Birləşmiş şəhəri Xəsətəxanasında qeydiyyatda olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir və Xəzər rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülür. İş materiallarında olan Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 04.01.2021-ci il tarixdə həkimə qədər ölüdyü aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, X3 onun atası olmuşdur. Atası qardaşı Elşən ilə birgə yaşayırdı. O, 04.01.2021-ci il tarixdə öz əcəli ilə ölmüşdür. Ölüm vaxtı o, da evdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, X3 onun atası olub. O şəkərli diabet xəstəsi olmuşdur. 04.01.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X1 04.01.2021-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi İddiaçı göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi İddiaçı atası X1 04.01.2021-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1940-cı il tarixdə Laçın rayonunun Mirik kəndində doğulmuş X1 04 yanvar 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1899/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1899/2021
02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver