Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1900/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsinin və üzərindəki evin Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbtindən azad edilməsi, onların həmin torpaq sahəsindən və üzərindəki evdən çıxarılması və torpaq sahəsinin üzərindəki evlə birlikdə İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 fevral 1992-ci il tarixli, 24115 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0.10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bağ sahəsində ev tikmiş və ailəsi ilə birlikdə istifadə etmişlər. İddiaçı uzun illər ölkədə olmadığından, bağın faktiki istifadəsini həyat yoldaşının qardaşı X7 həyata keçirmişdir. İlin bütün fəsillərində, ən çox da, yay aylarında X7, onun ailə üzvləri bağda istirahət etmişlər. Təxminən 2005-ci il tarixdə X1 adlı dostunun yay vaxtlarında ailəsi ilə birlikdə bağda istirahət etmək istədiyini, bağ boş olanda ailəsi ilə birlikdə orada gəlib qala bilməsini bildirmişdir. İddiaçı Vaqif Cəfərovla yaxın olduqlarından heç bir etirazı olmamışdır. 2020-ci ilin iyul-avqust aylarına qədər Cavabdeh1la aralarında hər-hansı problem olmamışdır. Bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciət etdikdə, bağ sahəsi digər şəxslər tərəfindən istifadə olunduğundan idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işinin aparılmasına şərait yaradılmadığından imtina edilmişdir. Cavabdeh1 bağın açarlarını dəyişmiş və mühəndislər bağa gələrkən, onları içəri buraxmaqdan imtina etmişdir. X20 Muxtarovdan onun hərəkətlərinin mənasını soruşduqda, o, heç kimi bağa buraxmayacağını bildirmişdir. Ona görə də, məcburiyyət qarşısında qalıb iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə yanaşı izahatında bildirdi ki, həmin torpaq sahəsi iddiaçıya məxsusdur. Bağın icarəyə verilməsi haqqında müqavilə 26.02.1992-ci ildən 26.02.2002-ci il tarixədək bağlanmışdır. Müqavilə qüvvədə olmasada Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətin bitməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sənədləşdirilməsindən imtina edilməmişdir. İddiaçı tərəfindən bağ sahəsinə dair Bələdiyyəyə vergi ödənişləri mövcüddur. Evin sənədi olmasada iddiaçı tərəfindən tikilmişdir və uzun müddətdir ki, mövcuddur. Əgər icarə müqaviləsinin xitamı ilə bağlı həmin müqaviləni bağlamış tərəflər arasında tələb olmamışdırsa, onda mövcüd qanunverciliyə (“İcarə haqqında” Azərbaycan Respublikası qanununa) əsasən uzadılmış hesab edilir. Bağ sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçməsi ilə bağlı iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Lakin bağ sahəsi cavabdehlər tərəfindən zəbt olunduğundan həmin orqanın əməkdaşları tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Məhkəmədə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X8 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı ilə bağlanmış müqavilənin müddəti bitmişdir. Müqavilənin müddətinin uzadılması barədə hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əgər icarə müqaviləsinin müddəti uzadılmamışdırsa, onda həmin müqaviləyə xitam verilmişdir. Belə olan halda iddiaçının sübyektiv hüququ yoxdur. Belə ki, onun mübahisə predmetinə daxil olan bağ sahəsinin üzərində hər hansı bir hüququ mövcüd deyil. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22.05.2007-ci il tarixli fərmanı yalnız həmin zaman qüvvədə olan müqavilələri əhatə etmişdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən təqdim olunmuş müqavilə həmin fərmanın əhatəsinə daxil deyil. Belə ki, həmin icarə müqaviləsinin müddəti həmin tarixə artıq bitmişdir. Bağ sahəsində inşa edilmiş ev isə cavabdehlər tərəfindən tikilmiş, tikintisi isə 2004-cü ildən tikilməyə başlanmışdır. İddiaçının nümayəndəsinin qeyd etdiyi “İcarə haqqında” qanun isə torpaq sahələrinə olan hüquq münasibətlərini deyil, tikililər əsasında olan hüquq münasibətlərini tənzimləyir. Bundan başqa Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi” mövcüddur ki, həmin qanun “İcarə haqqında” qanundan üstündür. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə həll olunur. Bağın icarəyə verilməsi haqqında müqavilənin 2-ci bəndinə əsasən müqavilə öhdəlikləri yerinə yetirildiyi halda müqavilənin müddəti uzadılması nəzərdə tutulmuşdur. Yəni tərəflərə dispozitiv hüquq verilmiş, bu hüququn həyata keçirilməsi barədə isə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Bununla da hesab edirəm ki, iddiaçının subyektiv hüququ yoxdur. Hesab etmişdir ki, iddiaçının torpağa dair hər hansı bir hüququ yoxdur, ona görə də iddia tələbi əsassızdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, Vaqifi işlədiyi yerə işə düzəlməsində köməklik etdiyi üçün həmin bağ sahəsini 2003-cü ildə 3000 ABŞ dolları məbləğinə ina satmışdır. Sənədi olan torpaq sahəsi 12 sotdan ibarət idi və 4 divarı var idi. Torpaq sahəsinin digər hissəsinin isə sənədi olmamışdır. Bundan sonra sənədi olmayan yerdə 2003-cü ildən ev tikməyə başlamışdır. Ev tikiləndən sonra isə sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmişdir. Həmin vaxt sənədi olan torpaq sahəsinin özəlləşdirilməsi baş tutmuş sənədi olmayan hissənin isə özəlləşdirilməsi mümkün olmamışdır. Vaqif həmin vaxt ona bildirmişdir ki, sənədi olmayan torpaq sahəsinin hissəsinində özəlləşdirilməsində ona köməklik edəcəkdir. Ümumi 22 sot torpaq sahəsi olmuşdur. Torpaq sahəsinin bir hissəsinə Vaqifin adına Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış müqavilə var idi. Sənədi olan torpaq sahəsini Bağlar İdarəsinə yaxınlaşaraq öz adına sənədləşdirmişdir. Vaqiflə aralarında bağ sahəsinin ona verməsi ilə bağlı rəsmi alqı-satqı müqaviləsi bağlamamışlar. Torpağın ona verilməsi üçün şifahi qaydada Vaqifə pul vermişdir. Bağ sahəsinin Vaqifin adına olan hissəsi və digər hissəsi boş sahə olub. Vaqiflə münasibətləri pisləşdiyindən sənədi olmayan torpaq sahəsinin hissəsini ondan geri almaq istəmiş, ala bilmədiyindən həmin hissəni iddiaçıya satmışdır. 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtənin əməkdaşları ölçmə işlərinin aparmaları üçün bağ sahəsinə gələndə onlara icazə verməmişdir. Belə ki, ev ona məxsusdur. Sənədi olmayan torpaq sahəsi 10 sotdan ibarətdir və həmin hissədə bir tikili var idi. Sənədləşdirdiyi torpaq sahəsinin hissəsini satmışdır. Vaqif, torpaq sahəsini ona verdiyi vaxt, sənədi olmayan hissəsinin də ona məxsus olduğunu və Bələdiyyədə işlədiyi qohumunun vasitəsilə həmin hissənin də sənədləşdirilməsində ona köməklik edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, Rasim qohumumdur, cavabdeh Əlini isə uzun müddətdir tanıyır. İddiaçı onun bacısınıın əridir. Torpaq sahəsi isə babasına məxsus olmuşdur. Babası öləndən sonra torpaq sahəsinin 12 sotu onun adına, 12 sotu isə bacısının adına sənədləşdirilmişdir. Hər iki bağ sahələrində 1992-ci ildən evlərin tikilməsi başlanılmış, 1993-cü ildə isə evlərin bünövrələrinin tikintisini tamamlanmışdır. Bağ sahəsinin bir hissəsində böyük ev, digər, hazırda Əlinin zəbt etdiyi torpaq sahəsində isə balaca ev tikilmişdir. Ona məxsus torpaq sahəsində böyük evin tikintisi dayanmışdır. Hazırda da tamamlanmamışdır. Həmin vaxt balaca tikilidə fəhlələr yaşamışdır. Daha sonra isə o qalmışdır. 2000-ci ildən sonraki illər olardı, Əli ona bildirmişdir ki, yay aylarında bağda qalmaq istəyir, o, da etiraz etməmişdir və ona razılıq vermişdir. Hazırda isə oranı zəbt etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyesrt Xidmətindən mühəndislər gələn zamanı o, da orda olmuşdur. Ondan əvvəl Əli ilə danışmışlar və o, söz vermişdir ki, bir həftəyə bağ sahəsindən çıxacaqdır. Lakin çıxmamış və mühəndisləri içəri buraxmamışdır. Torpaq sahəsinə dair ona Əli tərəfindən pul verilməmişdir. İşə düzəlməsi üçün Əli ona köməklik etdiyinə görə, ona Keşlə qəsəbəsində yerləşən evinin tikintisində köməklik etmişdir. Ona aid olan torpaq sahəsinin sənədlərini Əliyə vermişdir. O da özü Bağlar İdarəsinə yaxınlaşaraq öz adına keçirmişdir. Ona aid torpaq sahəsinin sənədinin Əliyə verməkdə məqsəd ondan ibarət olmuşdur ki, Əli onu işə düzəlməkdə köməklik etdiyinə görə 3000 ABŞ dolları məbləğində pul və hər ay əmək haqqından 100 manat verməsini tələb etmişdir. Onunda pulu verilməyə imkanı olmadığından borcunun təminatı kimi torpaq sahəsinə dair sənədləri ona vermişdir. Bağ sahəsinin 2 girişi var, bir böyük darvaza, digəri isə balaca qapıdan ibarətdir. Darvazanın açarlarının bir nüsxəsini Əliyə vermişdir. Əli də gedib balaca tikilidə ailəsi ilə birlikdə qalmışdır. Bağda olan ağacları o, əkmiş və sulamışdır. Bağda nar ağacları, tut ağacları olmuşdur. Barlarını da 2020ci ilədək özü yığmışdır. 2020-ci ildə isə Əli oranı zəbt etmişdir. Əli bağ sahəsini satandan sonra bilmişdir ki, ona aid olan bağ sahəsini öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, bağ sahəsinin yerləşdiyi yerdə qonşuluqda olan evə 1991-ci ildə gəlin gəlmiş və həmin ildən orada yaşayır. Hazırda Əlinin yaşadığı balaca tikili Rasim tərəfindən 1992-1993-cü illərdə tikilib. Həmin vaxt bağ sahəsinin onların torpaq sahəsinə yaxın hissəsində başqa bir ev var idi və Rasim ailəsi ilə orda yaşayırdı. Əli, 2006-2007-ci illərdə bağ sahəsinə gəlmişdir və orda olan balaca evdə yaşayırlar. Bağ sahəsində olan 2 evin ortasında hasar olmayıb. Bağ sahəsi ümumi daş hasarla əhatələnmişdir. O, böyük ev olan tərəfdə qonşuluqda yaşayır. Onlarla yaxınlıqda olan ev sökülüb və yerində böyük ev tikilib. Rasimlə əri ünsiyyət edib, evlər tikilən zaman. Rasimin arvadı isə ustalar üçün hazırladığı yeməyi onların evdə qızdırmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, 16-17 yaşından qonşudurlar. Torpaq sahəsində Vaqif birinci balaca ev tikmişdir. Həmin evin tikintisində və daş alınmasında o da köməklik etmişdir. Bir otaqlı tikili olub, sonradan arakəsmə ilə iki hissəyə bölünmüşdür. Evin tikilməsində Vaqif pul xərcləmişdir. Torpaq hissəsinin bir hissəsi Vaqifin bacısına məxsus olub, orda da tikili olmuşdur. Yəni torpaq sahəsində 2 ev tikilibdir. Böyük ev isə sonradan tikilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 bildirmişdir ki, bağ sahəsini Vaqif Əliyə satmışdır. Bu barədə Vaqif özü ona demişdir. 17-18 il əvvəl Əli evi təmir edəndə o da köməklik etmişdir. Həmin vaxt evin 4 divarı var idi. Evə beton tökülməsində, tavanın vurulmasında köməklik etmişdir. Atmanın tikilməsində, suvağın vurulmasında köməklik etmişdir. Vaqif bütün bağ sahəsini Əliyə vermişdir. Bağ sahəsinin ortasında hasar görməmişdir. Əli ilə Keşlə qəsəbəsində qonşuluqda yaşamışdır. Bağ sahəsində digər tikili də olubdur. Həmin tikiliin kimin tərəfindən tikilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, Əli ilə qonşuluqda yaşayır. 2005-ci ildən qonşudurlar. Həmin ildən Əli, ailəsi ilə birlikdə qonşuluqda yaşayır. Əlinin yaşadığı ev 2 otaqdan ibarətdir. Yaşadığı bağ sahələrinin qapılarının aralarında məsafə 10 metr olar. Əlinin uşaqları ilə dostdurlar münasibətləri vardır. Bağ sahəsindən Əli və onun ailəsi tərəfindən istfiadə edilməsini görmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.02.1992-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Rzayev X10 qəsəbəsində 0.10 hektar bağ sahəsini icarəyə təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı 31.08.2020-ci il tarixdə ünvanladığı bildirişin surətindən görünür ki, ünvan ünvanında yerləşən əraziyə mütəxəssislər tərəfindən çöl ölçmə işləri aparılarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsi digər şəxslər tərəfindən istifadə olunduğundan idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işinin aparılmasına şərait yaradılmadığından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu,Türkan bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 105a saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış 26.02.1992-ci il tarixli, 24115 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesb edilir. 16 iyul 1996-cı il tarixdə qüvvəyə minmiş Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin 30 aprel 1992-ci il tarixli İcarə haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 26 fevral 1992-ci il tarixli, 24115 nömrəli icarə müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsi qanuni əsaslarla İddiaçı icarəsində olduğu ərəfədə artıq 16 iyul 1996-cı il tarixli Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunu mövcud olmuşdur. Həmin qanunun da, tələbinə əsasən də, sözügedən bağ sahəsinin, qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi artıq təsbit olunmuşdur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 31 avqust 2020-ci il tarixli bildirişdən də, görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 105A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası ona görə mümkün olmamışdır ki, qeyd olunan bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərrinin aparılmasına şərait yaradılmamışdır. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi iddiaçının adına reyestrdə qeydə alınmasa da, onunla X2 və İstismarı Birliyi arasında torpaq sahəsinin icarəsi müqaviləsi mövcuddur. Onun həmin torpaq sahəsinin adına rəsmiləşdirilməməsinə səbəb isə ona məxsus torpaq sahəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməsidir. Odur ki, o, zəbt edilmiş torpaq sahəsinin boşaldılmaqla ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evindən çıxarılmalı, həmin bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evi İddiaçı təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evindən çıxarılsın. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evi İddiaçı təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1900/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1900/2021
06.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver