Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1980/2020 01.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xahiş oğlundan 3800 manat ondan aldığı pulu və ona dəymiş maddi və mənəvi ziyan 1000 manat həmçinin ödənilmiş dövlət rüsumunun 30 manat məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında 2018-ci ilin yanvar ayında danışıq olub ki, onun qızı X2 şəhər məhkəməsində aparılan mülki iş üzrə vəkillik edəcək. Cavabdeh özünü vəkil kimi təqdim etmiş və o, yəni Cavabdeh vəkillər kolleqiyasının üzvüdür. O, da inanıb ona bank vasiətsi ilə bir neçə dəfə bank vasitəsi ilə pul göndərmişdir. Ancaq Cavabdeh göndərdiyi pulları alaraq nə məhkəmə iclaslarında iştirak etməmiş nə də ki, telefon zənglərinə cavab verməmişdir. O, özümü aldadılmış bilib 2019-cu ilin noyabr ayında xəzər rayon prokrorluğuna müraciət etmişdir. Xəzər rayon prokurorluğu işi araşdırmaq üçün Xəzər rayon Polis idarəsinin istintaq şöbəsinə göndərmişdir. Araşdırmadan sonra müstəntiq bu işdə cinayətin olmadığını ona bildirmiş və bu işi mülki qaydada təmin etmək üçün məhkəməyə müraciət etməsini bildirmişdir. O, cavabdehin səmimiliyinə inanaraq ona bank vasitəsilə xx.xx.2018-ci ildə-500 manat, xx.xx.2018-ci ildə-400 manat, xx.xx.2018-ci ildə-1100 manat, xx.xx.2018-ci ildə-700 manat, xx.xx.2018-ci ildə- 400 manat, cəmi 3800 manat pul göndərmişdir. Cavabdeh aldığı pulları 2019-cu ilin dekabrın axırına kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o borcu qaytarmır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi ziyana düşmüşdür. Bakıya gedib gəlməkdən çoxlu pul xərcləmişdir. Pensiyaçıdır, başıqa-gəliri yoxdur. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2600 manat pulun və mənəvi ziyan olaraq 1000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, pul məbləği cavabdehə hissələr şəkildə, o özü və qızı X1 vasitəsilə göndərmişdir. İddia tələbinin həcminin azaldılmasına səbəb isə 1200 manatın ona cavabdeh tərəfindən qaytarılması olmuşdur. Eyni zamanda qeyd etdi ki, Bakı şəhərində gedib-gəlməsi üçün çəkilmiş xərclərlə və əsəbləşməsi ilə bağlı ona 1000 manat məbləğində maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, məhkəmənin əvvəlki iclasında iştirak etməklə izahatında bildirmişdir ki, Nəbi Accessbank vasitəsi ilə məhkəmə işi ilə bağlı ona pul göndərmişdir. Lakin o, da həmin pulu vəkilə ödəmiş, vəkildə onun qızını məhkəmədə təmsil etmişdir. İddiaçı tərəfindən ona ümumilikdə 3800 manat pul göndərilmişdir. Daha sonra iddiaçı ondan verdiyi pulları tələb etmişdir. Hazırda o, dedikləri ilə bağlı sübutları olmadığından başa düşür ki, həmin pul onun tərəfindən iddiaçıya qaytarılmalıdır. Lakin həmin pulu o, tam şəkildə deyil hissələr şəklində qaytara bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan transfer ərizələrindən görünür ki, iddiaçı tərəf ümulikdə Cavabdehnna ümumilikdə 3800 manat köçürmüşdür.Göstərilən sənədlər vasitəsilə təsdiq edilir ki, tələbdə göstərilən pul məbləğlərini iddiaçı tərəf cavabdehə göndərmiş və onun tərəfindən qəbul edililmişdir. Lakin bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin izahatı həmin məbləğlərin verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 2600 manat pul məbləğini ona qaytarmalıdır. Məhkəmə həmçinin iddianın «cavabdehin vurduğu maddi və mənəvi zərərə görə 1000 manatın tutulması»na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, iddiaçı, Bakı şəhərində gedib-gəlməsi ilə bağlı yol məsrəflərinə çəkmiş olduğu xərclərə görə maddi ziyan cavabdehdən tələb etsədə, həmin ziyana dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2600 manat alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1980/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1980/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver