Məhkəmə qərarları › İş №2(003)-1993/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1993/2020

06.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1993/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat pulun və hərəkətsizliyi və qərəzli qeyri-hüquqi davranışı nəticəsində dəymiş ziyanın bir hissəsini yəni 80000 manat məbləində maddi ziyanın və 20000 manat mənəvi ziyanın, hüquqi xidmət üçün sərf etdiyi 50 manat və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Yaşa oğlu ilə 2013-ci ildə tanış olmuşdur. Ona müştərək biznes qurmaqla gəlir əldə etməyi təklif etdi və o, ona ev tikdirməsi üçün 37500 manat pul verdi. Lakin qarşı tərəf evin tikintisini başa çatdırdıqdan sonra xəbəri olmadan evi satmış və pulları mənimsəmişdir. Hazirki iş üzrə mübahisə mülki xarakterli olduğundan ərazi aidiyyəti üzrə şikayətinə baxan Bakı şəhəri Xəzər rayonu Polis Bölməsi tərəfindən cinayət işinin rədd edilməsinə dair qərar qəbul edilmişdir. Hal-hazırda şahidlərin ifadəsini və qarşı tərəfin izahatinda da qeyd edilən etirafin etməsini əsas tutaraq, hazirki iş üzrə mənə müxtəlif instansiyalara müraciət edilməyim səbəbi ilə dəymiş maddi və mənəvi ziyanin ödənilməsini tələb edir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X7 2014-cü ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.R.Axundov küçəsi, 2-ci döngə, 6 A ünvanında yerləşən 4,5 sot torpaq sahəsində İddiaçınım vəsaiti hesabına ev tikərək rəsmiləşdirib satılmasını və əldə edilən gəlirdən evin tikintisinə və torpaq sahəsinə sərf olunan vəsaiti çıxmaqla qalan məbləği faiz nisbətində bölmələri barədə sonuncu ilə aralarında olan şifahi razılaşmaya əsasən 2014cü ilin aprel ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində hissə-hissə, yəni xx.xx.2014-cü ildə 2000 manat, xx.xx.2014-cü ildə 2000 manat, xx.xx.2014-cü ildə 2000 manat, xx.xx.2014-cü ildə 2000 manat, xx.xx.2014-cü ildə 5000 manat, xx.xx.2014-cu ildə 1000 manat, xx.xx.2014cü ildə 1000 manat, xx.xx.2014-cü ildə 2500 manat, xx.xx.2014-cü ildə 1000 manat, xx.xx.2014-cü ildə 2000 manat, xx.xx.2014-cü ildə 2500 manat, xx.xx.2014cü ildə 7213 manat, xx.xx.2014-cu ildə 2342 manat (faktiki 3000 ABŞ dolları), xx.xx.2014-cü ildə 100 manat, xx.xx.2014-cü ildə 1140 manat, xx.xx.2014-cü ildə 3040 manat, müxtəlif banklardan və fiziki şəxslərdən faizlə götürdüyü cəmi 36.893 (otuz altı min səkkiz yüz doxsan üç) manat pulu həmin tikinti davam edən unvanda və Mərdəkan qəsəbəsi ərazisində alaraq, evin tikintisini davam etdirmiş, ümumi sahəsi 130,03 kvadrat metr, yaşayış sahəsi 74,5 kvadrat metr, yardımçı sahəsi 55,53 kvadrat metr olan, 3 mərtəbəli və 4 otaqlı fərdi yaşayış evini öz adına rəsmiləşdirmiş, evin 220000 manata satıldığı barədə müxtəlif qazetlərdə elanlar verilmişdir. Bir müddət sonra məlum olmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsinə əsasən xx xxxx 2015-ci ildə ünvan 2 A ünvanda qeydiyyatda olan X1, İddiaçı aldığı pulu və əldə edilmiş qazancı qeri qaytarmamışdır. Maddi ziyan qismində ödəmiş olduğu pulu o, xxxxxxxxdan mənzilini qirov qoyaraq əldə edib cavabdehə ödəmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-88/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı “xxxxxxxx” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 21061,83 ABŞ dolları əsas, 5594,01 ABŞ dolları faiz, cəmi 26655,84 ABŞ dolları (manatın ödəniş günü üçün olan məzənnə ilə) borc, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat xərc ödənilmiş 31 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq “xxxxxxxx” ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə X8ma məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, məhəllə 3215, ev 15/2, 117 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində mənzilin boşaldılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat ekspertiza xərcinin cavabdeh İddiaçı aid edilməsi, həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin borcun ödənilməsi üçün əlavə işlərə cəlb edilmişəm. Həmçinin hazırda iddia ərizəsinin hazırlanması 50 manat dəyərində və 6 ildən artıq ona səhhətinə yaşayışına ziyanının vurulmasını, ailəsində borca görə baş vermiş narazılıqlar üzündən nikahını pozulmuş, həyat yoldaşı xroniki xəstəliklərə dücar olmuş, özüm isə 3 ildən artıqdır müddətdir ailəsindən (üç övladıından) didərgin düşmüş ki, bütün halları 20000 manat mənəvi ziyan kimi qiymətləndirir. Məsələ ilə bağlı 2015-ci ildə Xəzər rayon Polis İdarəsinə müraciət edilmiş, dindirilmə zamanı Cavabdeh faktları etiraf etmiş və 12 ay müddətinə vurduğu ziyanı ödəyəcəyini öhdəliyi götürmüşdür. Lakin son 5 il ərzində o, hissə-hissə 28000 manat pul ödəmiş, lakin bir il yarımdır ki, işsiz olduğunu bəhanə gətirərək ödəməkdən yayınır. Qeridə 9500 manat Cavabdeh borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı onun oğludur. İddiaçı 2013-2014-cü ildə cavabdehlə tanış olmuşdur. Cavabdeh iddiaçıya müştərək biznes qurmaq və gəlir eldə etməyi təklif etmişdir. Bundan sonra Emil cavabdehə evin tikilməsi üçün 37500 manat pul vermişdir. Evin tikintisi başa çatdıqdan sonra Cavabdeh evi satmış və pulları mənimsəmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında izahat verərk bildirdi ki, iddianı qismən qəbul edir. İddiaçını bankda işləyən şəxs kimi tanıyır. O özünə məxsus 2 otaqlı mənzili 57 000 manat sataraq torpaq sahəsi almışdır. Həmin puldan 30000 manatı banka olan borcun ödəmişdir. Qalan pulu isə torpaq sahəsi almışdır. İddiaçı ilə aralarında razılaşmışlar ki, torpağı ona verəcək Emil isə ev tikicək və onlar həmin evi satacaqlar. Ev yarımçıq tikildi. Belə ki, onların 64000 manat xərci çıxdı və Emilin pulu qurtardığından evi tamamlaya bilmədik. Evi satmağa cəhd etdik, lakin ev satılmadı. Evin tikintisini tamamlamaq məqsədi ilə o başqa şəxslə razılaşdı və ona 58000 manat pul verdi. Evin tikintisi bitdikdən sonra onlar evi 180000 manata satışa çıxartdılar. 150000 manata müştəri çıxdı, lakin Emil həmin qiymətə satılmasına razılıq vermədi. Həmin aralarda da onun banka borcları yarandı. Üçüncü şəxsə olan borcunu qaytarmaq üçün Nikoil bankdan 54000 ABŞ dolları pul götürdü və onun pulunu qaytardı. Evi isə 120000 manata satdı. Həmin puldan AR manatı Emilə hissəhissə qaytardı. Emilə olan 9500 manat borcumu etiraf edirəm. Lakin həmin pulu indi ödəməyə imkanı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi Cavabdeh 9500 manat pulun tutulması, cavabdehin hərəkətsizliyi və qərəzli qeyri-hüquqi davranışı nəticəsində dəymiş ziyanın bir hissəsi olaraq 80000 manat məbləində maddi və 20000 manat mənəvi ziyanın, hüquqi xidmət üçün sərf etdiyi 50 manat tutulmasında ibarətdir. İddiaçının iddia tələbinin cavabdehdən 9500 manat pulun tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görəcavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi cavabdehdən 9500 manat pulun tutulması hissəsində tam olaraq təmin edilməlidir. İddia tələbinin cavabdehin hərəkətsizliyi və qərəzli qeyri-hüquqi davranışı nəticəsində dəymiş ziyanın bir hissəsi olaraq 80000 manat məbləğində maddi və 20000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməldir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcm də şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına əsasən zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl hesab edilir. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması halları hesab edilir. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd edilən halların mövcudluğuna dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının izahatında və cavabdehin etirafından müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 37500 manat pul vermişdir. Cavabdeh isə həmin borcundan 28000 manat borcunu qaytarmış, qalıq 9500 manat borcun mövcudluğunu etiraf edir, lakin maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. İşin halları ilə məlum olur ki, tərəflərin cavabdehə məxsus torpaq sahəsində ev tikərək satılması barədə razılığa gəlmişlər. Evin tikintisinə birlikdə 64000 manat xərcləri çıxmış, evin tikintisini yekunlaşdırılması üçün cavabdeh başqa şəxsdən 58000 manat pul alaraq tikinti işlərii tamamlamışdır. Ev satıldıqdan sonra cavabdeh 58000 borcu qaytarmış, 28000 manat Emilə qaytarmış. Daha sonra banka olan borcunu ödəmişdir. Eyni zmanda mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X7 tərəfindən X4 50000 (əlli min) manata satmışdır. Göründüyü kimi tərəflərin razılığı əsasında inşa olunmuş evin inşasından gəlir əldə olunmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhz cavabdeh X3 hərəkətləri (hərəkətsizliyi) nəticəsində İddiaçı maddi və mənəvi ziyan dəyməsi, iddiaçının əldə edəcəyi gəlirdən məhrum olması öz təsdiqini tapmadığından həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 9500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 9530 manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı cavabdeh X5 qarşı 80000 maddi və 20000 manat mənəvi zərərin tutulması hissəsində iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar