Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-202/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsi və torpaq sahəsindən çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və onların azyaşlı uşaqları X2, X1 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində 226.5 kv m qeyri-yaşayış sahəsi üzərində İddiaçınin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və 1628 kv m torpaq sahəsinə dair İddiaçı-nin texniki pasportu vardır. İddiaçı-yə məxsus sahənin təxminən 700 kv m hissəsi Cavabdeh1 və ailə üzvləri tərəfindən uzun müddətdir ki, zəbt olunmuşdur və qanunsuz olaraq özbaşına istifadə edilir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin “C” literli tikinti sahəsi, hovuzu və 700 kv m torpaq sahəsi zəbt edilərək hasarlanmışdır. Həmçinin qonşu sahə ilə arada olan hasar uçurulmuşdur. Dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş, sahənin boşaldılması və hasarın sökülməsi tələb edilmişdir. Lakin cavabdehlər tərəfindən bu tələb təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, cavabdehlərin və onların azyaşlı uşaqları X2, X1 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq bələdiyyəyə aid olub. Onlar həmin torpaq sahəsini bələdiyyədən almışlar. 3 ildir həmin torpaq sahəsi özəlləşdirilib. Onlar uzun müddətdir həmin ərazidə yaşayırlar, uşaqları da orada dünyaya gəlmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 1628 kv.m. torpaq sahəsinə aid İddiaçı idarəsinə verilmiş xx.xx.2001-ci il tarixli texniki pasport əlavə edilmişdir. İş materiallarına Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair Cavabdeh1 xx.xx.2012-ci il tarixli hesabat cədvəli verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı, mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, texniki pasportda qeyd edilən A tikilisinin bir hissəsi natamam (damı və qapısı yoxdur) vəziyyətdədir və bir hissəsinin üzərində isə 32.0 kv.m. olan əlavə tikili inşa edilmişdir. Həmçinin həmin hissədə 26.7 kv.m. talvar quraşdırılmışdır. Bundan başqa C tikilisi əsas hissədən daş hasarla təcrid edilmiş və həmin ərazidə əlavə tikililər inşa edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddianın mahiyyətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsini zəbt etməsini iddia edərək həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32402 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən veirlmiş şəhadətnaməyə əsasən İddiaçı-yə məxsus olan 226.5 kv.m. qeyri-yaşayış sahəsinin: sahəsi 67 kv.m. olan C tikilisi, sahəsi 15 kv.m. olan (İİ işarəsi ilə göstərilən) hovuz, eləcə də İddiaçı-nin istifadəsində olan torpaq sahəsinin 662 kv.m. hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsindən çıxarılmalıdır. Bundan başqa, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt olunduğu məhkəmə tərəfindən müəyyən olunduğundan, məhkəmə hesab edir ki, mübahisəli sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililər onların hesabına sökülməli və sahə boşaldılaraq İddiaçı-yə təhvil verilməli, qonşu sahə ilə arada olan uçurulmuş hasar cavabdehlərin hesabına bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən (sahibliyində olanlardan - posessions) maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-ə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılmalı, həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililər cavabdehlərin hesabına sökülməli və sahə boşaldılaraq təhvil verilməli, qonşu sahə ilə arada olan uçurulmuş hasar cavabdehlərin hesabına bərpa edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 10manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin, ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat da cavabdehə aid edilərək ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilirki, qətnaməişüzrəmüəyyənedilmişhəqiqihallaravətərəflərinqarşılıqlımünasibətinəuyğunəsasla ndırılmalıdır. HəminMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-ə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılsın. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyriyaşayış sahəsində və torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunmuş hasar və tikililər cavabdehlərin hesabına sökülsün və sahə boşaldılaraq iddiaçıya təhvil verilsin, qonşu sahə ilə arada olan uçurulmuş hasar cavabdehlərin hesabına bərpa edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatcavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcətəsnifatınınkodu 142319, büdcəsəviyyəsininkodu 3, ekspertizaxərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,HesabAZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-202/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-202/2020
14.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver