Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2023/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı "DƏDR-də qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "DƏDR-də qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi tələbi"nə dair cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqların qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyənedilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin nəzərinə çatdırır ki, o, İddiaçı ünvan 9 (yeni ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3) ünvanında 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla həmin ünvanda yerləşən torpaq sahəsində inşa etdiyi (2008-2010-cu illərdə), tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X8 və oğlu X9 ilə birlikdə ayrıca yaşayır. Kommunal xidmətləri ayrıdır, ödənişləri ayrıca ödəyir. Cavabdeh, iddiaçının atası Cavabdeh2 keçmiş Əzizbəyov rayon X7 İcrayyə Komitəsinin xx.xx.1989cu il tarixli 11 saylı qərarı ilə ev tikib ailə üzvləri ilə birlikdə orada yaşaması üçün Mərdəkan qəsəbəsi 45 №-li sahədə 600 kv.m (6 sot) torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə küçəsindəki 2 yaşayış otağından ibarət 45 nömrəli yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx xxxxxx 1999-cu il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət X2 tərəfindən qeydiyyata alınmış, Cavabdeh2 MH seriyalı 168519 nömrəli xx xxxxxx 1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, Cavabdeh2 əlavə olaraq 6,319 sot (631,9kv.m) torpaq sahəsi zəbt etməsi səbəbindən 1998-ci ildə tərtib edilmiş texniki pasporta möhür vurulmamış, həmin texniki pasport Texniki İnventarlaşdırma və Mülkiyyət X2nin rəisi tərəfindən imzalanmamışdır. (1998-ci il tarixdə tərtib edilmiş texniki pasport) 2018-ci ildə yuxarıda adı çəkilən əmlak yeni ünvan adı üzrə, yəni ünvan 1 3 kimi DƏDR-də qeydə alınmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, AR Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(102)-1475/2019 saylı Qərarı ilə qüvvəyə minmiş, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11331/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Texniki İnventarlaşdırma Mülkiyyət X2 tərəfindən verilmiş MH seriyalı 168519 nömrəli xx xxxxxx 1999-cu il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə küçəsindəki 2 yaşayış otağından ibarət 45 nömrəli yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 fərdi yaşayış evinin yeni texniki pasportunun tərtib edilməsi, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, daşınmaz əmlakın xx.xx.2018-ci il tarixdə yeni texniki pasportu tərtib edilmiş, xx.xx.2018-ci il tarixdə fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yeni ünvan verilərək həmin əmlak dövlət reyestrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, 3 saylı ev kimi qeydə alınmışdır. (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11331/2018saylı qanuni qüvvəyə minmiş qətnaməsinin 11-ci və 12ci abzasları). İddia ərizəsinə əlavə olunmuş, qanuni qüvvəyə minmiş yuxarı instansiya məhkəmələrinin qərar və qətnamələrindən, Xəzər Rayon Məhkəməsinin qərardadları ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən götürülmüş sənədlərin surətlərindən müəyyən olur ki, ünvan 2 ünvanında yerləşən əmlak üzərində Cavabdeh2 mülkiyyət hüquqları DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qanunsuz olaraq qeydiyyata alınmışdır. (RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli çıxarış) Belə ki, iddia ərizəsinə əlavə olunmuş, DƏDRX-in xx xxxxxxxx 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, Cavabdeh2 fərdi yaşayış evinə yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adı çəkilən yaşayış evinə yerində texniki baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə olaraq həmin fərdi yaşayış evinə bitişik, tikintialtı sahəsi 47,0 kv.m olan köməkçi sahə, tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi və tikintialtı sahəsi 28,5 kv.m olan qaraj tikildiyi müəyyən edilmişdir. Əlavə inşa edilmiş tikililərə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün qanunvericiliyə müvafiq olaraq həmin tikililər yeni tərtib edilən texniki pasporta daxil edilməmiş və həmin tikililər üzərində Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən əmlaka DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri baxış keçirən zaman öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qanun pozuntularına yol vermişlər. İşin hallarından görünür ki, Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən əmlaka baxış keçirən DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinin mütəxəssisləri "A" tikilisinin içərisinə daxil olmamış, "A” tikilisinin ətrafında ölçü işləri aparmış, əldə etdikləri ümumi tikintialtı sahədən (kv.m-lə) 1998-ci il tarixdə tərtib edilmiş möhürsüz və imzasız texniki pasportdakı "A" tikilisinin sahəsini (kv.m-lə) çıxdıqdan sonra yerdə qalan 47 kv.m sahəni DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri qanunsuz olaraq həmin fərdi yaşayış evinə bitişik köməkçi sahə kimi adlandırmış və öz vəzifə səlahiyyətlarindən sui-istifadə edərək, 1998-ci il tarixdə (yəni 20 il öncə) tərtib edilmiş möhürsüz və imzasız texniki pasportdakı reallığı əks etdirməyən "A" tikilisinin planını mövcud "A" tikilisinin planı kimi DƏDRX-in 1 saylı Bakı Ərazi İdarasinə qəsdən yalan məlumat verməklə təqdim etmişlər. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, AR Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)-1475/2019 saylı Qərarı ilə qüvvəyə minmiş, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11331/2018 saylı qətnaməsində "A" tikilisinin həqiqi planı olaraq Xəzər RİH başçısının Mərdakan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixli 278 №-li məktubla verilmiş mövcud 2 (iki) ayrı-ayrı giriş qapıları olan, 2 (iki) ayrı-ayrı mənzillərdən ibarət mövcud "A" tikilisinin sxemi qəbul edilmiş, ünvan 5 ünvanında xx.xx.2018-ci ildə tərtib edilmiş "Texniki pasportdakı" "A" tikilisinə aid olan 1 (dəhliz) və 2 (ayaqyolu) saylı tikililər istisna olmaqla, digər tikililərin Cavabdeh2 mülkiyyətində olmadığı bildirilir. (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11331/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin 3-cü səhifəsinin 7-ci abzası) İşin hallarından bəlli olur ki, Cavabdeh2 aid olan 1998-ci il tarixda tərtib edilmiş möhürsüz və imzasız hüquqi qüvvəsi olmayan texniki pasportdakı reallığı əks etdirməyən tikilisinin planı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yeni texniki pasporta qeyri-qanuni olaraq köçürülmüşdür. Nəticədə, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş, yeni texniki pasportdakı reallığı əks etdirməyən, ümumi tikintialtı sahəsindən 47 kv.m əskik olan formal planla göstərilmiş "A" tikilisi üzərində Cavabdeh2 mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə DƏDRX-inn 1 saylı Bakı ərazi idarəsi qeyriqanuni olaraq qeydiyyata almışdır. Bununla da DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi ciddi qanun pozuntusuna yol vermişdir. (RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yeni texniki pasport). DƏDRX-in xx xxxxxxxx 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında ünvan 6 ünvanında yerləşən əmlaka baxış keçirən DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri iddiaçının inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı 2(iki) mərtəbəli fərdi yaşayış evinin ətrafında ölçü işləri aparmış, həmin 2 (iki) mərtəbəli evin tikintialtı sahəsinin 117,5 kv.m olduğunu bilmişlər. Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri 2 (iki) mərtəbəli evin arxasında daş hasar olduğunu görmüş, hasarın arxasında üzərində elektrik kabelləri olan elektrik dirəklərini görmüş, elektrik dirəyindən 2 (iki) mərtəbəli evə gələn elektrik verilişi xəttini görmüş, hasarın üstündən keçib 2 (iki) mərtəbəli evə daxil olan qaz borusunu görmüş, hasarın arxasından gələn plastik borunun su sayğacına oradan da 2 (iki) mərtəbəli evə daxil olduğunu görmüş və şübhəsiz ki, daş hasarın arxa tərəfində küçə olduğunu görmüşlər... Lakin, Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında ünvan 5 ünvanında yerləşən əmlaka baxış keçirən DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinin mütəxəssisləri öz vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə daş hasarın arxa tərəfində "qonşu" olduğunu qəsdən yalan məlumat verərək bildirmişlər. Nəticədə, DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixdə tərtib etdiyi yeni texniki pasportda daş hasarın arxa tərəfində "qonşu" olduğunu qeyri-qanuni olaraq qeyd etmişdir. (xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yeni texniki pasport) İddia ərizəsinə əlavə olunmuş, fotoşəkildən daş hasarın arxa tərəfində küçə olduğu aşkar görünür. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 0,12319 ha (12,319 sot) torpaq sahəsinin gələcəkdə Cavabdeh2 adına qeyri-qanuni yolla qeydiyyata alınması məqsədilə, Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında həmin torpaq sahəsinə baxış keçirən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri öz vəzifə səlahiyyətlərindən suiistifadə edərək, tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli evin kommunal xidmətlərlə təchiz olunduğu və həmin evdə iddiaçının ailəsi ilə birlikdə ayrıca yaşamağı barəsində DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur ki, o, İddiaçı 1999-cu ilin mart ayından Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında qeydiyyatda olmağına baxmayaraq həmin ünvanda fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evində iddiaçı ailəsi Babayeva X1 ilə birlikdə yaşayır. (Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin 19-cu abzası) Nazim qızı və işin hallarından görünür ki, inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi olan hissəni DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixdə tərtib etdiyi yeni texniki pasportda qanunsuz olaraq xüsusi qeydlər aparmadan "boş torpaq sahəsi" kimi göstərmişdir. İşin hallarından bəlli olur ki, Cavabdeh2 aid olan 1998-ci il tarixdə (yəni 20 il öncə) tərtib edilmiş möhürsüz və imzasız hüquqi qüvvəsi olmayan reallığı əks etdirməyən texniki pasportun surətini DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixdə təsdiqləyərək Cavabdeh2 adına qeyri-qanuni leqallaşdırmışdır. (xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yeni texniki pasport və 1998-ci il tarixdə tərtib edilmiş texniki pasport). İddia ərizəsinə əlavə olunmuş, keçmiş Əzizbəyov rayon X7 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11 saylı qərarının surətindən müəyyən olur ki, Cavabdeh2 ev tikib ailə üzvləri ilə birlikdə orada yaşaması üçün Mərdəkan qəsəbəsi 45 №-li sahədə 600 kv.m (6 sot torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə olunmuş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(003)-2186/2018 saylı qətnaməsinin surətinin ikinci abzasından görünür ki, məhkəmə iclasında Cavabdeh2 göstərmişdir ki, 1989-cu ildə ona Mərdəkan qəsəbəsi 45 nömrəli sahədə 6 sot torpaq sahəsi verilmişdir. İddia ərizəsinə əlavə olunmuş, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 243 nömrəli sərəncamının surətində qeyd edilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə Cavabdeh2 Mərdəkan qəsəbəsi 45 saylı sahədə 145-000-129 c tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Halhazırda o, evi tikib qurtarmış və həmin evin qeydiyyatdan keçirilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yerində yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh2 evi layihə əsasında tikməmiş və əlavə olaraq torpaq sahəsi zəbt etmişdir. Lakin, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 243 nömrəli sərəncamında:1. Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarına əsasən Cavabdeh2 ev tikib ailə üzvləri ilə birlikdə orada yaşaması üçün Mərdəkan qəsəbəsi 45 №-li sahədə 600 kv.m (6 sot torpaq sahəsi ayrılması faktı qəsdən göstərilməmişdir. 2. Cavabdeh2 tərəfindən əlavə olaraq zəbt edilmiş torpaq sahəsinin neçə kv.m (neçə sot) olması faktı qəsdən göstərilməmişdir. 3. Cavabdeh2 tərəfindən əlavə olaraq zəbt edilmiş torpaq sahəsinin qaytarılması barədə heç bir məlumat qeyd edilməmişdir. 4. birdən-birə 1231,9 kv.m (12,319 sot) torpaq sahəsinin Cavabdeh2 adına qeydiyyata alınması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İstinad edilənlərə əsasən bəlli olur ki, Cavabdeh2 ona ayrılmış (Mərdəkan qəsəbəsi 45 №-li sahədə ev tikib ailə üzvləri ilə birlikdə orada yaşaması üçün) 600 kv.m torpaq sahəsindən əlavə olaraq 631,9 kv.m torpaq sahəsini zəbt etmişdir. 1231,9 kv.m-600 kv.m=631,9 kv.m (6,319 sot) İşin hallarından bəlli olur ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 243 nömrəli sərəncamında Cavabdeh2 tərəfindən əlavə olaraq zəbt edilmiş torpaq sahəsinin 631,9 kv.m olması faktı qəsdən göstərilməmişdir. Bununla da ciddi qanun pozuntusuna yol verilmişdir. Cavabdeh2 əlavə olaraq zəbt etdiyi 631,9 kv.m torpaq sahəsini (üzərində Cavabdeh2 mülkiyyətində olmayan, iddiaçının inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli ev ola-ola) Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə Cavabdeh2 ayrılmış 600 kv.m torpaq sahəsinə qatmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında ümumilikdə 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun 2018-ci DƏDR-də qeydiyyata alınması üçün Əzizbəyov (indiki Xəzər) RİHB-nın xx xxxx 1998-ci il tarixli 243 nömrəli sərəncamı əsas ola bilməzdi. Çünki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən (zəbt edilməsi), Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Lakin, qanun pozuntuları ilə tərtib edilmiş, Əzizbəyov (indiki Xəzər) RİHB-nin xx xxxx 1998-ci il tarixli 243 nömrəli sərəncamını arxivdən çıxararaq, həmin sərəncamı 20 (iyirmi) ildən sonra, yəni 2018-ci ildə "icra etməklə” DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi ciddi qanun pozuntusuna yol vermişdir. Belə ki, AR Torpaq Məcəlləsinin 111-ci maddəsinə əməl etmədən, Cavabdeh2 əlavə olaraq zəbt etdiyi 631,9 kv.m torpaq sahəsini (üzərində Cavabdeh2 mülkiyyətində olmayan, iddiaçını inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli ev ola-ola) Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə Cavabdeh2 ayrılmış 600 kv.m torpaq sahəsinə qatmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında ümumilikdə 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi qanunsuz olaraq qeydiyyata almışdır. (RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yeni texniki pasport). Cavabdeh2 əlavə olaraq zəbt etdiyi 631,9 kv.m torpaq sahəsini (üzərində Cavabdeh2 mülkiyyətində olmayan, iddiaçının inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli ev ola-ola) Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə Cavabdeh2 ayrılmış və naturada mövcud olan tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli ev barəsində xx.xx.2018-ci il tarixli yeni texniki pasportda xüsusi qeydlər aparmamaqla, iddiaçının inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 (iki) mərtəbəli ev olan hissəni DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi Cavabdeh2 qeyri-qanuni yolla "boş torpaq sahəsi” kimi (cavabdehin mülkiyyətində olmayan əmlakla, yəni 2 mərtəbəli ev ilə birlikdə) satmaq, bağışlamaq, vəsiyyət etmək imkanı yaratmışdır. Bununla da DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi ciddi qanun pozuntusuna yol vermişdir. (RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yeni texniki pasport) iddia ərizəsinə əlavə olunmuş, Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(003)-144/2018 №li Hökmünün surətindən görünür ki, Cavabdeh2 qardaşım X10 evdən qovmaq məqsədi ilə vurmuş, ona bədən xəsarəti yetirmişdir. Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(003)-144/2018 №-li hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkumluğu olan Cavabdeh2 törətdiyi cinayətə görə ona verilmiş cəzadan islah olmamış, cinayətin formasını dəyişmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, qanuni qüvvəyə minmiş Məhkəmə qərar və qətnamələrinin surətlərindən bəlli olur ki, Cavabdeh2 ünvan 9 ünvanında yerləşən əmlaka yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə xx xxxx 2018-ci il tarixdə ərizə ilə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş və ünvan 9 ünvanında yerləşən əmlakın yeni ünvan adı üzrə yəni, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 kimi DƏDR-də qeydiyyata alınmasından, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qeyri-qanuni tərtib edilmiş, reallığı əks etdirməyən yeni texniki pasportdan və qanunsuz verilmiş RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli çıxarışdan sui-istifadə etməklə, Cavabdeh2 iddiaçını, yəni İddiaçı və qardaşı X10 əmlak hüquqlarından məhrum etməklə, ailələri ilə birlikdə yaşadıqları evlərdən çıxarmağa cəhdlər etmişdir. Qeyd edir ki, Cavabdeh2 ailə üzvü (oğlu) olmağına və ünvan 9 (yeni ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3) ünvanında 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yaşamağına baxmayaraq, fərdi yaşayış evinə yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizəsindən və həmin ərizə əsasında DƏDRX-in 1 saylı X18 mütəxəssislərinin adı çəkilən əmlaka yerində texniki baxış keçirmələrindən məlumatı olmayıb. Bu barədə DƏDRX-in xx xxxxxxxx 2018-ci il tarixli **********07 №-li məktubunu aldıqdan sonra bilmişdir. İşin yuxarıda qeyd olunan halları ilə onun hüquqları pozulmuş və gələcəkdə də hüquqlarının pozulmasına "birbaşa yol açılmışdır". (RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli çıxarış və xx.xx.2018-ci il tarixli **********02-10301 reyestr nömrəli yeni texniki pasport) Cavabdeh2 DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən qanunsuz verilmiş RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli çıxarışın və xx.xx.2018-ci il tarixdə qeyri-qanuni tərtib edilmiş, reallığı əks etdirməyən yeni texniki pasportun ləğv olunması barədə başqa məhkəmə proseslərində məhkəmələrə yazılı və şifahi vəsatətlər vermişdir. Lakin, hakimlər bu barədə ayrıca iddia ilə məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 2.4cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 0,12319 ha torpaq sahəsinin bir hissəsi, yəni Cavabdeh2 əlavə olaraq zəbt etdiyi 0,06319 ha torpaq sahəsi hissəsi (üzərində Cavabdeh2 mülkiyyətində olmayan, iddiaçının inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli ev mövcuddur) üzərində Cavabdeh2 DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qanunsuz qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi və reallığı əks etdirməyən qeyri-qanuni tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********02-10301 reyestr nömrəli texniki pasportun ləğv olunması və həmin texniki pasportda formal planla göstərilmiş, ümumi tikintialtı sahəsindən 47 kv.m sahəsi əskik olan "A" tikilisi üzərində Cavabdeh2 xx.xx.2018ci il tarixdə DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən qanunsuz qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı oğludur. İddiaçı ilə aralarında torpağa dair mübahisə yaranmış, iddiaçı 2014-cü ildə ondan həyətyanı torpaq sahəsini bölməsini tələb etmişdir. Cavabdehin həmin torpaq sahəsindən 3 sot torpaq sahəsini iddiaçıya təklif etməsinə baxmayaraq, iddiaçı bununla razılaşmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci i tarixli 243 saylı sərəncamından görünür ki, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə Cavabdeh2 Mərdəkan qəsəbəsi 45 saylı sahədə 145-000-129 c tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Halhazırda o, evi tikib qurtarmış və həmin evin qeydiyyatdan keçirilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yerində yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh2 evi layihə əsasında tikməmiş və əlavə olaraq torpaq sahəsi zəbt etmişdir. Mərdəkan qəsəbəsi 45 saylı sahədə Cavabdeh2 tərəfindən tikilmiş bir mərtəbəli 2 yaşayış otağından sahəsi-49,0 kv.m köməkçi sahəsi 35,5 kv.m olan 1231,9 kv.m torpaq sahəsi və yaşayış evinin qeydiyyata alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********02-10301 saylı texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, 3 saylı ev Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlet Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən aydın olur ki, "atanız Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 13, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədləşmənin düzgün aparılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx xxxx 2018-ci il tarixli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, adı çəkilən fərdi yaşayış evi üzərində atanız Cavabdeh2 mülkiyyət hüquqları Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər)Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən 1231,9 kv.m torpaq sahəsində yerləşən, bir mərtəbəli, 2 yaşayış otağından ibarət, ümumi sahəsi 84,5 kv.m, yaşayış sahəsi 49,0 kv.m olan fərdi yaşayış evi kimi xx xxxxxx 1990-cı il tarixda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Atanız Cavabdeh2 fərdi yaşayış evinə yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrinden çıxarış verilməsi barədə xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında Xidmətin 1 saylı Bakı ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adıçəkilən yaşayış evinə yerində texniki baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə olaraq həmin fərdi yaşayış evinə bitişik, tikintialtı sahəsi 47,0 kv.m olan köməkçi sahə, tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi və tikintialtı sahəsi 28,5 kv.m olan qaraj tikildiyi müəyyən edilmişdir. Əlavə inşa edilmiş tikililərə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün qanunvericiliyə müvafiq olaraq həmin tikililər yeni tərtib edilən texniki pasporta daxil edilməmiş və həmin tikililər üzərində Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Adı çəkilən fərdi yaşayış evinə "Mərdəkan qəsəbəsi, 28 may küçəsi, döngə 13, ev 3" ünvanının verildiyi barədə Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə Nümayəndəliyinin xx xxxx 2018-ci il tarixli 13 nömrəli arayışına əsasən adıçəkilən fərdi yaşayış evinin ünvanında müvafiq dəyişiklik edilmiş və yeni ünvan üzrə qeydiyyata alınmışdır". İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən aydın olur ki, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 5 ünvanında qeydiyyatda olmuş, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, döngə 13, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, atası İddiaçı, anası Babayeva Vüsalə olan xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş X9 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 5 ünvanında qeydiyyatda olmuş, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, döngə 13, ev 3 ünanında qeydiyyatdadır. İş materiallarında olan və Asan 4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, cavabdeh X5, Cavabdeh2, X14, Babayeva Röya Cabir qızı və İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət X2 tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 5, 45 №-li yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13cü döngə, 3 saylı ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tatixli 1(003)-144/2018 №-li hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(003)-2186/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X3 Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə küçəsindəki 45 nömrəli yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli 2(103)-11331/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(003)-2186/2018 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilmiş, cavabdeh X6 iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngədə yerləşən 3 saylı evin xx.xx.2018-ci ildə tərtib edilmiş "Texniki pasportundakı" 1 (dəhliz) və 2 (ayaqyolu) saylı tikililərindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(102)-1475/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11331/2018 saylı qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-633/2019 saylı iddiaçı Cavabdeh2 cavabdehlər X11 və İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evin və torpaq sahəsinin boşaldılması, X4 qarşı evin və torpaq sahəsinin boşaldılması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış”. Həmin Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “X12” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlak Cavabdeh2 məxsusdur. Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci i tarixli 243 saylı sərəncamına əsasən Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarı ilə Cavabdeh2 Mərdəkan qəsəbəsi 45 saylı sahədə 145-000-129 s tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh2 evi tikib qurtarmış və həmin evin qeydiyyatdan keçirilməsini xahiş etmiş, komissiya üzvləri tərəfindən yerində yoxlama zamanı məlum olmuşdur ki, Cavabdeh2 evi layihə əsasında tikməmiş və əlavə olaraq torpaq sahəsi zəbt etmişdir. Mərdəkan qəsəbəsi 45 saylı sahədə Cavabdeh2 tərəfindən tikilmiş bir mərtəbəli 2 yaşayış otağından sahəsi - 49,0 kv.m köməkçi sahəsi 35,5 kv.m olan 1231,9 kv.m torpaq sahəsi və yaşayış evinin qeydiyyata alınması qərara alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə küçəsindəki 2 yaşayış otağından ibarət 45 nömrəli yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx xxxxxx 1999-cu il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət X2 tərəfindən qeydiyyata alınmışdır. 2018-ci ildə adıçəkilən əmlak yeni ünvan adı üzrə, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi, 13-cü döngə, ev 3 kimi DƏDR-də qeydə alınmışdır. İşdə olan sənədlərdən aydın olur ki, sözügedən torpaq sahəsi iddiaçı Cavabdeh2 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 saylı qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər) sərəncam əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, iddianın təmin olunaraq qeydiyyatın ləğv edilməsi və dövlət reyestrindən çıxarışın qismən (0,06319 ha torpaq hissəsində), xx.xx.2018-ci il tarixli **********02-10301 reyestr nömrəli texniki pasportun və həmin texniki pasportda göstərilmiş, ümumi tikintialtı sahəsindən 47 kv.m sahəsi əskik olan "A" tikilisi üzərində Cavabdeh2 qeydinin ləğv olunmasıtələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsinin qanuniliyini şübhə altına salan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı reyestr çıxarışın və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Araşdırma zamanı işdə olan sənədlərlə müəyyən edilir ki, mübahisəli əmlak Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci i tarixli 243 saylı sərəncamına əsasən dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisəli əmlakın qeydə alınması üçün əsas olmuş sərəncamı mübahisələndirmir və sözügedən sərəncam qüvvədədir. Beləliklə, məhkəmə iddianın əsasını nəzərə alaraq həmçinin qeyd edir ki, Cavabdeh2 mülkiyyət hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki halda Cavabdeh2 mübahisələndirilən hüququnun qeydiyyatı üçün əsas olmuş sənədlər (sərəncam və s.) ləğv edilmədən həmin qeydiyyatın ləğvini tələb etmək əsassızdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 0,12319 ha torpaq sahəsinin bir hissəsi, yəni Cavabdeh2 əlavə olaraq zəbt etdiyi 0,06319 ha torpaq sahəsi hissəsi (üzərində Cavabdeh2 mülkiyyətində olmayan, iddiaçının inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli ev mövcuddur) üzərində Cavabdeh2 DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qanunsuz qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi və reallığı əks etdirməyən qeyri-qanuni tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********02-10301 reyestr nömrəli texniki pasportun ləğv olunması və həmin texniki pasportda formal planla göstərilmiş, ümumi tikintialtı sahəsindən 47 kv.m sahəsi əskik olan "A" tikilisi üzərində Cavabdeh2 xx.xx.2018-ciil tarixdə DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən qanunsuz qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2023/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2023/2020
06.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver