Məhkəmə qərarları › İş №2(003)-2088/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2088/2023

28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2088/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı, Cavabdeh “X14 X11 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X14” Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil, Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X14 X11 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X14” Nümayəndəliyinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “X14 X11 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X14” Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1486,0 manat pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Türkiyə Respublikasının Kahramanmaraş bölgəsində yaşayan oğlunun xx.xx.2023 tarixində olacaq toyu ilə bağlı xx.xx.2023-cü il tarixində həmən bölgəyə birbaşa uçuş olmadığına görə Bakı-İstanbul-Bakı reysinə "xxxx" MMC-dən X13 məxsus ümumi dəyəri 2330 manata 7 bilet (385 manata 4 nəfər; 375 manata nəfər; :44 manata 1 uşaq üçün) aldı. Bilet adına olan şəxslər: Yoldaşı,qızı,kürəkəni və uşaqlarıdır. Təbii fəlakət nəticəsində toy təxirə salındığı üçün etdiyi müraciət nəticəsində 844,0 manat qaytarıldı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X14 X11 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X14” Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, təyyarə biletinin qiyməti ucuzdur. Həmin şirkət tərəfindən ucuz biletin qaytarılaraq dəyərinin ödənilməsi həyata keçirilmir. Həmçinin təbii fəlakət İstanbul şəhərində deyil, Kahramanmaraş bölgəsində baş verdiyi üçün alınmış biletlər qaytarılmamalıdır. İddiaçı biletləri "xxxx" MMC-dən almışdır. Onların "xxxx" MMC ilə müqaviləsi yoxdur. Həmin biletlərin geri qaytarılmaması barədə məlumat onların rəsmi internet səhifəsində qeyd olunmuşdur. "xxxx" MMC bileti satarkən bu şərti tərəfə bildirməli idi. Məhkəmə iclasında iştirak edən mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, İddiaçı biletlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satılmışdır. "xxxx" MMC həmin biletlərin satışından komisyon haqqı əldə etmişdir. Lakin səfər baş tutmadığı üçün "xxxx" MMC tərəfindən komisyon haqqı İddiaçı geri qaytarılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, atası İddiaçı, anası X3 olan xx.xx.1992-ci il təvəllüdlü X6 və xx.xx.1995-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı X3 ilə xx.xx.1991-ci il tarixdə rəsmi nikaha girmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı uçuş biletlərinə 2330,0 manat pul ödəyib. İş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC-dən uçuş biletləri alıb. İş materiallarında olan məxaric orderdən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən biletlərin kompensasiyası üçün 844,0 manat ödənilib. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2330,0 manat dəyərində endirimli biletlər əldə etmiş, lakin uçuşdan istifadə etməmişdir. Hazırda cavabdeh istifadə etmədiyi biletlərin dəyərinin ona qaytarılmasını xahiş edir. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı düzgün olmayan cavabdehə qarşı iddia qaldırmışdır. Belə ki, podratçı turagent turoperator qismində fəaliyyət göstərən "xxxx" MMC ilə müqavilə bağlayaraq Bakı-İstanbul-Bakı reysi üçün biletləri əldə etmişdir. Cavabdehlə hər hansı hüquq münasibətinə daxil olmamışdır. İddiaçı "xxxx" MMC ilə müqavilə bağlamış və həmin şirkətin xidmətlərindən yararlanmışdır. Turizm haqqında xx.xx.2021-ci il tarixli qanunun 1.1.12-ci maddəyə əsasən turoperator turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxsdir. 1.1.13-cü maddəyə əsasən turagent turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahəda vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir. 8.1-ci maddəyə turoperator və turagentlər turizm, zərfinin xə ya turizm: xicmətinin türistlərnı yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfə olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, muqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalidir, Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir yə müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir. "xxxx" MMC-nin iddiaçıya biletin qaytarılma şərtləri barədə məlumat vermək öhdəliyi onlar arasındakı münasibətləri tənzimləyən Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı fəslindən də irəli gəlir. Bundan başqa iddiaçı qeyd edir ki, onun oğlunun toyuna getmək üçün aldığı biletlərdən Turkiyyənin Kahramanmaraş bölgəsində baş vermiş təbii fəlakət nəticəsində gedə bilməmişlər, lakin müəyyən edilmişdir ki, həmin uçuş İstanbul şəhərinə idi və biletlərdə qeyd edilmiş tarixdə uçuş baş tutmuşdur, yəni cavabdeh və turizm şirkəti onun həmin reysdən istifadə etməməsinə məsuliyyət daşımır. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə” götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığ əqdləri, işləri və digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi əhdəsinə götürür; Həmin məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşıriğı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3-cü maddəyə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər etmişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin haharına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vakalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən va ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət "daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müayyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər: 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alaqın qabiliyyəti və keyfiyyətləri. Həmin məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Lakin hazırki münasibətdə tapşırığı alan qismində çıxış edən "xxxx" MMC tapşırığı verən qismində çıxış edən İddiaçıya göstərdiyi xidmət barədə zəruri məlumatları verməmişdir, İddiaçının biletlərin əvəzinin qaytarılmaması barədə məlumatlı olması həm hüquqa, həm də adi məntiq qaydalarına üyğun olduğu halda "xxxx" MMC bu məlumatı ona təqdim etməmişdir. Həmçinin "xxxx" MMC ilə “X14 X11 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X14” Nümayəndəliyi ilə biletlərin satışı ilə bağlı müqavilə mövcud deyil. Həmçinin zəlzələ X1 bölgəsində baş vermişdir. Təyyarə ilə uçuş isə İstanbul şəhərinə həyata keçirilmişdir. Həmin vaxt İstanbul şəhərində heç bir təbii fəlakət baş verməmiş, İstanbula olan heç bir uçuş dayandırılmamış və normal şəkildə həyata keçirilmişdir. Beləliklə göründüyü kimi, hazırki iş üzrə cavabdeh qismində cəlb edilən X14 "İddiaçının hüquqlarını pozmamışdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh “X14 X11 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X14” Nümayəndəliyinə qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar