Məhkəmə qərarları › İş №2(003)-2091/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2091/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2091/2020 11.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 1500 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq «xxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Renault Tondar” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu ərazisi Qala qəsəbəsindən Şüvəlan qəsəbəsinə olan şosse yolda etibamamə ilə idarə etdiyi “Renault Tondar” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən idarəetməni itirib avtomaşının arxası yolun sağında olan divara çırpılmış, nəticədə avtomaşında olan sərnişin X4 ağır xəsarət almışdır. xx.xx.2014-cü il tarixdə Xəzər RPİ İŞdə yol nəqliyyat hadisəsi barədəki materiallar nəzərdən keçirilərək AR CM-nin 263.1-1 cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli hökmü ilə AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sağlamlığa vurulan ağır xəsarətə görə sığorta məbləğinin 30%-i olaraq “xxxxxxxxx” ASC tərəfindən həmin zərərçəkənin hesabına xx xxxxxxx 2018-ci il tarixdə 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarxli, PAZ ********** nömrəli sığorta müqaviləsindən görünür ki, “Renault Tondar” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 3815/CML-3271/2018 nömrəli soğorta aktından görünür ki, xx.xx.2014-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsi olaraq hadisə zamanı xəsərət alan X3 1500 manat sığorta ödənişi olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli, 055- 25861-1218 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə X1 məxsus olan “Renault Tondar” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən idarə edilmiş X4 hadisə nəticəsində ağır xəsarət almış işlə bağlı cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməs barədə qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanımışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin canlı şəxsin ekspertizası barədə xx.xx.2014-cü il tarixli 183 saylı ekspert rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər – baş beyinin ağır dərəcəli əzilməsi, sağ və sol bud sümüklərinin, kəllə əsasının xətti sınıqları, subaraxnoidal qansızma, sol bud sümüyünün, boyunun yerdəyişən, qapalı sınığı, döş qəfəsinin sol İV, sağda İV, Vİ qabırğalarının və sağ körpücük sümüyünün qapalı sınıqları, sol ağ ciyərin kontuziyası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2014-cü il tarixli yolnəqliyyat hadisəsinə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(003)-210/2014 nömrəli hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, “xxxxxxxxx” ASC tərəfindən X3 1500 manat ödəniş ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Renault Tondar” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə fiziki şəxsə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən məhkəmə hesabedirki, iddiatələbitəminedilərəksığortaödənişininməbləğinin əvəzi olaraq 1500 manat cavabdehdəntutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 1500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə ödənilmiş 1500 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla,cəmi 1530 (bir min beş yüz otuz) manat tutularaq «xxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar