Məhkəmə qərarları › İş №2(003)-21/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-21/2021

19.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-21/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdehlər Maraqlı şəxs2, X18, X11, Maraqlı şəxs6, X4 və Maraqlı şəxs5 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üə y yə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin naturada iddiaçıya ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 5503,7 kv.m torpaq sahəsinin, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli, 2-241/2006 saylı qətnaməsi ilə müəyyən olunan paylar nəzərə alınmaqla naturada iddiaçıya düşən payın - yəni təqdim olunmuş cizgi əsasında olan 917,3kv.m sahənin ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdən 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs2, X24, X12, Maraqlı şəxs6, X7 və Hacıyeva Şərabanı İlyas qızı iddiaçının razılığı ilə cavabdeh qismində işdə iştirak etməyə cəlb edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdeh olaraq, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X13 və Maraqlı şəxs6 üçüncü şəxs olaraq işdə iştirak etməkdən çıxarılmışlar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 01 dekabr 2006-ci il tarixli, 2-241/2006 saylı qətnaməsi ilə iddiaçılar X14, Maraqlı şəxs3 Haçıbala oğlunun, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 cavabdeh Maraqlı şəxs4 qarşı özgənin qanunsuz sahibliyindən daşınmaz əmlakın geri tələb edilməsi, özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin sahəsi 5503,7 kv metr həyətyanı torpaq sahəsinin 1/6 hissə olmaqla 917,3 kv metr olan sahəsindən istifadə hüququ təmin edilməklə X14 hüquqi varisi Maraqlı şəxs2, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, cavabdeh Maraqlı şəxs4 Bakı şəhəri Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin sahəsi 5503,7 kv. metr həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş hasarlar və bir otaqlı tikilinin sökülməsi, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin bərpa edilməsi tələbinin təmin edilməməsi, iddiaçı X15, Maraqlı şəxs5, X5, Maraqlı şəxs3 qarşı vərəsə payının müəyyən edilib naturada ayrılması tələbinin qismən təmin edilməsi, yuxarıda qeyd olunan miras əmlakda X15 4/36, Maraqlı şəxs2 1/36, X30iunun 1/36 payları müəyyən edilməsi, payın naturada ayrılması hissədə tələbin təmin edilməməsi, Aydın Xurşudovun miras əmlakın 611,5 kv metr həyətyanı torpaq sahəsindən istifadə hüququnun müəyyən edilməsi, həmin torpaq sahəsindən istifadə qaydası cənub tərəfdə torpaq sahəsinin uzunluğu 48,4 metr və həyətin daxilində çəkilən sərhəd hasarı 18,9 metr məsafədə olmaqla, 1/6 paya uyğun olan sahəsinin eni (48, 4 ; 6) 8,6 metr müəyyən edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs4 cavabdehlər X19, Maraqlı şəxs5, X5 Maraqlı şəxs3 qarşı Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin həyətyanı sahəsində inşa edilmiş sahəsi 32,7 kv metr olan otağın 1/2 hissəsinə və sahəsi 53,7 kv metr olan aynabəndə olan mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2007-ci il tarixli, 1 MK-1588/07 saylı qətnaməsi ilə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli qətnaməsi cavabdeh Maraqlı şəxs4 evin həyətyanı torpaq sahəsindən çıxarılması və bir otaqlı tikilinin sökülməsi hissəsində ləğv edilməsi, bu hissədə Maraqlı şəxs3 və digərlərinin iddiasının təmin olunması, cavabdeh Maraqlı şəxs4 Binə qəsəbəsi Su təsərrüfatı küçəsi 20 saylı evin həyətindəki bir otaqlı tikilidən istifadə hüququnun tanınması, qətnamənin qalan hissəsinin dəyişiklik edilmədən saxlanılması tələbinin qismən təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2007-ci il tarixli, 1 MK-1588/07 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş, icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarına əsasən Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin sahəsi 5503,7 kv metr həyətyanı torpaq sahəsinin 1/6 hissə olmaqla 917,3kv.m olan sahəsindən istifadə hüququ təmin edilməklə Xurşudov Vaqif İlyas oğlunun “huquqi varisi Maraqlı şəxs2, Maraqlı şəxs3, anası X2, Maraqlı şəxs5 qızının, Maraqlı şəxs6 torpaq sahəsindən istifadə qaydasının muəyyən edilməsinə baxmayaraq, hazırkı vaxtadək qətnamə bu hissədə icra edilməmiş, adı çəkilən şəxslərin, o cümlədən onun anası X2 ona ayrılmış torpaq sahəsindən istifadə qaydası müəyyən edilməmişdir. Hal-hazırda o, anası X3 istifadəsinə ayrılmış və anasının ölümündən sonra onun istifadəsində olan torpaq sahəsinin dəqiq yerləşdiyi yeri bilmir, digər payçılarla aralarında olan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı hər hansı razılıq əldə edilməmiş, bölgü sxemi tərtib edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsini xahiş etsə də, digər payçılar tərəfindən ümumi istifadə olan torpaq sahəsinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən müraciətinə 13 oktyabr 2017-ci il tarixli və 20 oktyabr 2017-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X16 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Maraqlı şəxs2 qızına, X18, X11, Maraqlı şəxs6, X4 və Maraqlı şəxs5 qızına, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1nə qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 01 dekabr 2006-cıil tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X14, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 cavabdeh Maraqlı şəxs4 qarşı özgənin qanunsuz sahibliyindən daşınmaz əmlakın geri tələb edilməsi, həyətyanı torpaq sahəsindən paya uyğun olaraq istifadə qaydalarının müəyyən edilməsi, özbaşına olaraq sökülmüş tikilinin bərpa edilməsi, torpaq sahəsindən çıxarılması özbaşına tikintilərin sökülməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20N-li evin sahəsi 5503,7 kv.metr həyətyanı torpaq sahəsinin 1/6 hissə olmaqla 917,3 kv.metr olan sahəsindən istifadə hüququ təmin edilməklə X14 hüquqi varisi Maraqlı şəxs2, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, cavabdeh Maraqlı şəxs4 Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 saylı evin sahəsi 5503,7 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən inşa edilmiş hasarlar və bir otaqlı tikilinin sökülməsi, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 saylı evin bərpa edilməsi tələbinin təmin edilməməsi, iddiaçı X15 Maraqlı şəxs5, X5, X6 qarşı vərəsə payının müəyyən edilib naturada ayrılması tələbinin qismən təmin edilməsi, yuxarıda qeyd olunan miras əmlakda X15 4/36, Maraqlı şəxs2 1/36, X17 1/36 paylarının müəyyən edilməsi, payın naturada ayrılması hissədə tələbi təmin edilməməsi, Aydın Xurşudovun miras əmlakın 611,5 kv.metr həyətyanı torpaq sahəsindən istifadə hüququnun müəyyən olunması, həmin torpaq sahəsindən istifadə qaydası cənub tərəfdə torpaq sahəsinin uzunluğu 48,4 metr və həyətin daxilində çəkilməli sərhəd hasarı 18,9 metr məsafədə olmaqla,1/6 paya uyğun olan sahənin eni (48,4: 6) 8,06 metr müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin bu iş üzrə 01 dekabr 2006-cı il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs4 evin həyətyanı torpaq sahəsindən çıxarılması və bir otaqlı tikilinin sökülməsi hissəsində ləğv edilməsi, bu hissədə Maraqlı şəxs3 və digərlərinin iddiasının təmin olunması, cavabdeh Maraqlı şəxs4 Binə qəsəbəsi Su təsərrüfatı küçəsi 2 saylı evin həyətindəki bir otaqlı tikilidən istifadə hüququnun tanınması, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı Çıxarışın surətindən aydın olur ki, ünvan 4 saylı ev xüsusi mülkiyyət hüququ üzrə 1/12 hissədə Maraqlı şəxs2, 1/12 hissədə X17, 1/6 hissədə X9, 1/6 hissədə Maraqlı şəxs6, 1/6 hissədə X1, 1/6 hissədə Maraqlı şəxs5 və 1/6 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 16072 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********21-10301, İddiaçı adına qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29.12.2016-cı il tarix. İddiaçının təşəbbüsü ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/4277 nömrəli rəyindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdən 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün həmin torpaq sahəsinin cənub tərəfindən başlayaraq yol ilə sərhəddi boyunca 37,4 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 25,44 metr, yenidən cənub sərhəddinə doğru 35,98 metr sərhəd hasarı çəkilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən evin 917,3 kv.metr olan torpaq sahəsindən istifadə hüququ iddiaçıya aiddir. Mülkiyyətçilər arasında ümumi əşyanın bölünməsi və ya ondan iddiaçının payının ayrılması üsulu və şərtləri haqqında razılıq yoxdur. İddiaçının paylı mülkiyyətdəki 1/6 payının və payına uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ olduğundan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən 1/6 hissə və payına uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsi iddiaçının payı olaraq naturada ayrılmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, payın naturada ayrılması iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/4277 saylı 29 mart 2021-ci il tarixli rəyi əsasında - torpaq sahəsinin cənub tərəfindən başlayaraq yol ilə sərhədi boyunca 37,4 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 25,44 metr, yenidən cənub sərhədinə doğru 35,98 metr sərhəd hasarı çəkilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə tikini-texniki ekspertizası iddiaçının xahişi ilə keçirildiyindən 100,00 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsi 20 saylı evin İddiaçı məxsus 1/6 hissəsi naturada bölünsün. Bölgü zamanı ekspertiza tədqiqatında göstərilmiş İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdən 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsi naturada ayrılmaqla, həmin torpaq sahəsinin cənub tərəfindən başlayaraq yol ilə sərhədi boyunca 37,4 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 25,44 metr, yenidən cənub sərhəddinə doğru 35,98 metr sərhəd hasarı çəkilsin. İddiaçı 100,00 (bir yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakışəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar