Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-211/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun vəkilləri X3 və X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mühəndis tikinti-texniki ekspertizasının təyin edilməsi və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin aralarında bölərək ona düşən payın 394 kv.m. verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə istifadəsində olan ünvan 2 ünvanında yerləşən 788.5 kv.m. torpaq sahəsinin, tikinti eksperti tərəfindən tərtib edilmiş bölgü sxemində qeyd edilən ölçülərə uyğun giriş qapısından uzununa orta bölgü xəttinə kimi 27.1 kv.m. ölçü hesabı ilə 311.75 kv.m. sərbəst torpaq sahəsinin cavabdehin, bölgü xəttindən sonra uzununa 19.94 kv.m. ölçü hesabı ilə 311.75 kv.m. sərbəst torpaq sahəsinin onun istifadəsində saxlanmaqla torpaq sahəsinin naturada bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi,döngə 1, ev 6” A” xüsusi mülkdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən 25.04.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.(qeydiyyat nömrəsi **********, 1/2 hissə onun payına, 1/2 hissə isə Cavabdeh payıdır). Mülk 2 mərtəbədən ibarətdir, texniki pasportu 25.042019-cu ildə verilmişdir. Mülk beş yaşayış otağından (23,6, 21,7, 19.2.,12,0, 11.5 kv.m. köməkçi otaq 19,4, mətbəx 29.6, anbar - 6,0kv.m., açıq eyvan 52.2., dəhliz 9,0, bağlı eyvan 47,0, mətbəx 7,2 kv.m.dən) ibarətdir. Ümumi sahə 26,2 kv.m.,yaşayış sahəsi 88,0 kv.m., köməkçi sahə 118,2 kv.m., yaşayış otaqları 5 kv.m., açıq eyvan 52.2 kv.m..tikintinin alt sahəsi 16,5 kv.m., həyətyanı tikililər tövlə, hamam, hovuz, hasar, darvaza vardır. Mülkdə o, ailə üzvləri, həyat yoldaşı X6, oğlu X10, X8 qeydiyyatdadırlar və yaşayırlar, eləcə də Cavabdeh qeydiyyatda olmaqla yaşayır. Cavabdehlə münasibətləri yaxşı deyil. Tez-tez aralarında münaqişələr baş verir, xoşagəlməz söz-söhbətlər olur. Özü 2-ci qrup əlildir, ürək xəstəliyindən əziyyət çəkir. Əmlakın naturada bölünməsi üçün məhkəmədə iddia qaldırmış, məhkəmənin 04.03.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Yaşadıqları mülkün ümumi sahəsi 206.2 kv.m., torpaq sahəsi 0.07885 kv.m., ona düşən hissə 56000 manat təşkil edir. Torpaq sahəsinin planından görünür ki, Cavabdeh ilə aralarında bölgüsü mümkündür. Qeyd olunanlara əsasən, cavabdehlə birgə istifadəsində olan ünvan 2 ünvanında yerləşən 788.5 kv.m. torpaq sahəsinin, tikinti eksperti tərəfindən tərtib edilmiş bölgü sxemində qeyd edilən ölçülərə uyğun giriş qapısından uzununa orta bölgü xəttinə kimi 27.1 kv.m. ölçü hesabı ilə 311.75 kv.m. sərbəst torpaq sahəsinin cavabdehin, bölgü xəttindən sonra uzununa 19.94 kv.m. ölçü hesabı ilə 311.75 kv.m. sərbəst torpaq sahəsinin onun istifadəsində saxlanmaqla torpaq sahəsinin naturada bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsinin tikinti eksperti tərəfindən tərtib edilmiş bölgü sxemində qeyd edilən formada deyil, əks istiqamətdə bölünməsini istəyir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 11.05.2020-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, İddiaçı, Cavabdeh və X4 məxsus torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı ½ hissədə olmaqla İddiaçı və Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanına verilmiş texniki pasport əlavə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin ətraflı və ədalətli araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 23 fevral 2021-ci il tarixli 10/3320 №-li ekspert rəyinə əsasən, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintialtı sahəsi 165 kv.m. çıxılmaqla qalan 623.5 kv.m. torpaq sahəsinin ½ hissədə bölünməsi texniki baxımdan mümkündür. Bunun üçün Texniki Pasportda B tikilisi kimi qeyd olunan tikilinin arxa hissəsindəki sərhəd xəttindən həyətdəki hovuz tikilisi istiqamətində sərhədboyu 27.1 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 16.84 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Torpaq sahəsinin ½ hissədə ayrılması qaydası və ölçüləri (çəkiləcək sərhəd hasarı) rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini və ekspert rəyinə əlavə olunmuş bölgü sxemini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür, bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi onlar arasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 23 fevral 2021-ci il tarixli 10/3320 №-li ekspert rəyinə əlavə olunmuş bölgü sxemində müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanına verilmiş Texniki Pasportda B tikilisi kimi qeyd olunan tikilinin arxa hissəsindəki sərhəd xəttindən həyətdəki hovuz tikilisi istiqamətində sərhədboyu 27.1 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 16.84 metr uzunluğunda sərhəd hasarı çəkilməklə, giriş qapısından sağ tərəfdəki hissə İddiaçı, sol tərəf Cavabdeh verilməklə bərabər paylar üzrə bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4. maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məhkəmə xərci Cavabdeh aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 23 fevral 2021-ci il tarixli 10/3320 №-li ekspert rəyinə əlavə olunmuş bölgü sxemində müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanına verilmiş Texniki Pasportda B tikilisi kimi qeyd olunan tikilinin arxa hissəsindəki sərhəd xəttindən həyətdəki hovuz tikilisi istiqamətində sərhədboyu 27.1 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 16.84 metr uzunluğunda sərhəd hasarı çəkilməklə, giriş qapısından sağ tərəfdəki hissə İddiaçı, sol tərəf Cavabdeh verilməklə ½ olmaqla bərabər paylar üzrə İddiaçı və Cavabdeh arasından naturada bölünsün. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-211/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-211/2021
28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver