Məhkəmə qərarları › İş №2(003)-2117/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2117/2020

26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2117/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Məmmədrəhim oğluna qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Məmmədrəhim oğluna qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhəkəmə iclasında iştirak edən İddiaçı1 və nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Məmmədrəhim oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin digər materiallarını araşdırıb belə qənaətə gəlmişdir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarına şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Məmmədrəhim oğlu Bakı şəhəri, Xəzər rayonu ərazisində deyil, ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, mövcud iddia tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, cavabdehin qeydiyyat ünvanının olduğu yerin məhkəməsinə görə ərazi aidiyyəti üzrə baxılmalı olan iddia tələbidir. Buna görə də iş baxılması üçün onun ərazi aidiyyətinə görə aid olduğu Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1. maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1. maddəsindən görünür ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. MPM-in 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Xəzər rayonu ərazisində deyil, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşdiyindən, iş ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-45.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Məmmədrəhim oğluna qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar