Məhkəmə qərarları › İş №2(003)-216/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-216/2021

12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-216/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ümumi istifadədəolan yolun zəbt edilməsindən ibarət hərəkətlərin qanunsuz hesab edilməsi, zəbt olunmuş ərazinin boşaldılması və sairə tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı tikilinin sökülməməsinin qanunsuz hesab edilməsi, tikilinin cavabdehin hesabına sökülməsi və sairə tələbi barədə qarşılıqlı iddia tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun Cavabdeh tərəfindən zəbt edilməsindən ibarət hərəkətlərin və keçid yolunda düzdüyü mişar daşlarının sökülməməsindən ibarət hərəkətsizliyi qanunsuz sayılması, Cavabdeh qeyd edilən hərəkət-hərəkətsizliyinə son qoymaq, cavabdehin öz hesabına iddiaçının mülkiyyətinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan keçid yolunun zəbt etdiyi hissəsini boşaltmaq, orada düzdüyü mişar daşlanın sökmək və yolun əvvəlki qismən asfalt təbəqəsini bərpa etmək vəzifəsinin Cavabdeh həvalə edilməsi, onun Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının gələcəkdə həyata keçirilməsinə yaradılacaq istənilən maneələrin (hərəkət-hərəkətsizliyin) qadağan edilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi 24.01.2019-cu il tarixdə verilmiş seriya RX ******* saylı, **********1 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun tam payda xüsusi mülkiyyətindədir.Cavabdeh onun dayısıdır. Dayısı Cavabdeh mülkiyyətində olan 1664 A saylı bağ sahəsinin qonşuluğunda olan 1644 saylı bağ sahəsinin sahibi və mülkiyyətçisidir. İlk öncə Cavabdeh ona məxsus bağ sahəsinə giriş-çıxış imkanını məhdudlaşdırdığından -bağ sahəsinə olan keçid yolunun başlanğıcında, ümumi istifadədə olan yolda dəmir darvaza quraşdırdığından və tikinti işləri apardığından, iddiası əsasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.06.2019-cu il tarixli qətnaməsi ilə ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və 0.12 ha torpaq sahəsinə keçid yolunun başlanğıcında, ümumi istifadədə olan yolda Cavabdeh dəmir darvaza, qapı quraşdırması və mişar daşından sütunlar (tumbalar) və divar tikməsi qanunsuz sayılmış, qeyd edilən əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən ona məxsus bağ evinə keçid yolunun başlanğıcında, ümumi istifadədə olan yolda tikilmiş və quraşdırılmış dəmir darvazanın və qapının, mişar daşından sütunların (tumbalar) və divarın sökülməsi vəzifəsi Cavabdeh həvalə edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilərək, bununla bağlı 07.11.2019-cu il tarixdə akt tərtib edilmişdir. Bundan sonra, Cavabdeh əvvəlki hərəkətlərini davam etdirərək, ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinə və 0.12 ha torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş, ümumi istifadədə olan keçid yolunu tamamilə yararsız hala salmış, yolun qismən asfalt təbəqəsini dağıdaraq keçid yolunun enini azaltmaqla yolu zəbt etmiş, həmin zəbt etdiyi hissəyə hasar tikmək üçün mişar daşlarından iki cərgə daş düzmüşdür. Bunun nəticəsində, onun mülkiyyətində olan bağ sahəsinə girişdə inşa edilmiş dəmir darvazanın bir hissəsinin qarşısı kəsilmiş, darvazanın sərbəst şəkildə açılıb-bağlanmasma maneçilik törədilmişdir. Bundan başqa, cavabdehin bu hərəkətləri nəticəsində onun həm mülkiyyətində olan bağ evimə sərbəst giriş-çıxış imkanı məhdudlaşdırılmış, həm də ümumi istifadədə olan keçid yolu zəbt edilməklə onun torpaq sahəsinə rahat şəkildə daxil olmaq imkanı aradan qalxmışdır. Bu hərəkətlər Cavabdeh tərəfindən qəsdən, düşünülmüş şəkildə edilmişdir. Belə ki, ilk əvvəl keçid yolunun başlanğıcında quraşdırılmış dəmir darvazanın, tumbaların və divarın sökülməsi barədə iddia tələbi üzrə Xəzər rayon Məhkəməsinin 13.06.2019-cu il tarixli qətnaməsi ilə ona məxsus əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması həvalə edilməsinə baxmayaraq, cavabdeh yenə də qanunsuz hərəkətlərini təkrarlamaqla, onun öz mülkiyyətindən sərbəst istifadə və sahiblik etməsinə maneçilik törətmişdir. Qeyd etmək istəmişdir ki, ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evi və 0.12 ha torpaq sahəsinə məxsus texniki pasportdan görünür ki, onun bağ sahəsinə giriş hissənin eni 5.70 metr nəzərdə tutulmuşdur. Texniki pasporta əsasən keçid yolunun eni hər tərəfdə eyni olmaqla, ona məxsus bağ sahəsinin girişinə qədər uzanır. Bu isə o deməkdir ki, mübahisələndirilən keçid yolunun eni minimum 5.70 metr olmalıdır. Hətta, tərəfindən müvafiq ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, mübahiləndirilən keçid yolunun baş tərəfində (giriş hissəsində) yolun eni 5.40 metr təşkil edir. Lakin Cavabdeh keçid yolunu zəbt etməsi nəticəsində hazırda həmin keçid yolunun eni təxminən 3 metr qalmışdır. Bundan əvvəlki məhkəmə mübahisəsinə baxılarkən həmin keçid yolunun fotoşəkilləri ilə hazırda çəkilmiş fotoşəkilləri müqayisə etdikdə açıq-aşkar müəyyən etmək olur ki, Cavabdeh ümumi istifadədə olan keçid yolunun enini xeyli zəbt etmişdir. Hətta, düşünür ki, ümumiyyətlə, Cavabdeh məxsus bağ evinin və torpaq sahəsinin sərhədləri (döngə nöqtələri) keçid yolu istiqamətində müəyyən edilərsə, onun keçid yolundan əlavə digər torpaq sahələrini də zəbt etdiyini müəyyən etmək mümkündür. Cavabdeh dayısı Cavabdeh böyükləri vasitəsi ilə bu hərəkətlərinə son qoyaraq, onun mülkiyyətində olan bağ evinə və torpaq sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun zəb etdiyi hissəsini boşaltması, orada düzdüyü mişar daşlarının sökülməsini və yolun əvvəlki qismən asfalt təbəqəsinin bərpa edilməsini xahiş etsə də, cavabdeh onun bu tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən qeyd olunan məsələ ilə bağlı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı tikilinin sökülməməsinin qanunsuz hesab edilməsi, tikilinin cavabdehin hesabına sökülməsi və sairə tələbi barədə qarşılıqlı iddia tələbi barədə məhkəməyə müraciət edərək, Zərifə Əliyeva tərəfindən mülkiyyətində olan 1664 saylı bağ sahəsinin girişində quraşdırılmış dəmir darvazanın sökülməməsindən ibarət hərəkətsizliyin və bu hərəkətsizlik nəticəsində İddiaçı tərəfindən onun mülkiyyətində olan 1644 saylı bağ sahəsinə hasar çəkməsinə maneə yaradılmasının qanunsuz sayılması, İddiaçı mülkiyyətində olan 1664 saylı bağ sahəsinin girişində quraşdırılmış dəmir darvazanın İddiaçı hesabına sökülməsi vəzifəsinin ona həvalə edilməsinə və onun mülkiyyətində olan 1644 saylı bağ sahəsi üzərində hüquqlarını pozacaq şəkildə yenidən quraşdırılmasının qadağan edilməsi, İddiaçı mülkiyyətində olan 1664 saylı bağ əsinə giriş-çıxış zamanı onun mülkiyyətində olan 1644 saylı bağ sahəsinə icazəsi olmadan daxil olmasının qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət itəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12.11.2019-cu il tarixində 04143 qeydiyyat nömrəsi ilə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 1664 saylı bağ sahəsi onun tam mülkiyyətindədir. Mülkiyyətində olan bu bağ sahəsinin yanından keçid yolu ilə sərhəd boyu (bağ sahəsinin ərazisindən kənara çıxmamaqla) hasar çəkmək məqsədilə mişar daşlarını cərgə ilə düzmüşdür. İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin tələblərindən biri həmin mişar daşlarından ibarət cərgənin onun tərəfindən sökülməməsindən ibarət həkətsizliyin qanunsuz sayılması və həmin mişar daşlarından ibarət cərgənin sökülməsi vəzifəsinin məhkəmə tərəfindən ona həvalə edilməsidir. Artıq xeyli müddətdi ki, mülkiyyətində olan bu bağ sahəsinin yanından keçən keçid yolu ilə sərhəd boyu (bağ sahəsinin -razisindən kənara çıxmamaqla) hasar çəkmək istəsə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun mülkiyyət hüquqlarına xələl gətirən hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Belə ki, onun mülkiyyətində olan 1644 saylı bağ sahəsi ilə yanaşı yerləşən qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan 1664 saylı bağ sahəsinin girişində quraşdırılmış iki taylı dəmir darvaza onun bağ sahəsinin kənarı ilə hasar çəkməsinə mane olur, həmin darvaza açılarkən darvazanın bir tayı tam olaraq onun bağ sahəsinə daxil olur. Bundan əlavə, sözügedən darvaza elə quraşdırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə keçid yolu ilə hərəkət edən şəxslər, nəqliyyat vasitələri keçid yolunun sənədlərlə müəyyən edilmiş sahəsindən kənara çıxaraq onun mülkiyyətində olan bağ sahəsinin ərazisindən onun icazəsi olmadan keçərək qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə giriş-çıxış edirlər. Halbuki, qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinin giriş hissəsinin eninin 5.70 metr nəzərə alaraq, həmin darvaza elə quraşdırıla bilər ki, keçid yolu ilə qarşılıqlı iddia üzrə bağ sahəsinə giriş-çıxış zamanı onun mülkiyyətində olan bağ sahəsinə daxil olmadan girmək mümkün olsun, həmçinin həmin darvaza açılarkən onun bir tayı onun bağ sahəsinə daxil olmasın. Qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə aparan keçid yolunun müvafiq sənədlərlə təsdiq en ölçüləri imkan verir ki, həmin keçid yolu ilə hərəkət edən şəxslər onun əmlakına daxil birbaşa qarşılıqlı iddia üzrə cavabdehin bağ sahəsinə giriş-çıxış edə bilsinlər. Məsələ ilə əlaqədar qarşılıqlı iddia üzrə cavabdehə müraciət edərək onun bağ sahəsinin girişində quraşdırılmış iki taylı dəmir darvazanın sökülməsini, beləliklə də onun bağ sahəmin kənarı ilə hasar çəkməsi üçün maneənin aradan qaldırılmasını, həmçinin onun icazəsi olmadan bağ sahəsinin ərazisinə daxil olmamağı xahiş və tələb etmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdeh onun bu müracitinə məhəl qoymayaraq, öz əmlakına giriş-çıxış hüququndan sui-istifadə edərək, qəsdən hərəkətsizlik nümayiş etdirərək onun mülkiyyət hüquqlarıma ciddi xələl gətirməkdədir. Məhkəmə iclasında iddiaçın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, o, özünə məxsus bağ sahəsinin ölçülərinə müvafiq qaydada hasar çəkir və bağ sahələrinə gedən yolun heç bir hissəsini zəbt etməmişdir. Həmin örtüyün isə ümumiyyətlə asfalt örtüyü olmamışdır. Buna baxmayaraq hazırda X3 tərəfindən onun öz bağ sahəsinə girişçıxış üçün qoyduğu iki hissəli dəmir darvaza açıldığı təqdirdə ona məxsus ona məxsus bağ sahəsinə daxil olacaq bu hal isə onun hüquqlarını pozur. Ona görə də hesab edir ki, ilk iddia tələbi əsassızdır, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi X1 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh tərəfindən tikintisi aparılan hasar ona Dövlət reyestrindən verilmiş çıxarışa uyğun torpaq sahəsinin hüdudları daxilində yerləşir (məhkəməyə təqdim edilmiş rəngli ərazinin yerquruluşu sxemində qırmızı xətlə öz əksini tapmışdır.). İddiaçı tərəfindən də qoyulmuş darvaza ona dövlət reyestrindən verilmiş çıxarışa uyğun torpaq sahəsinin hüdudlarında yerləşir. Cavabdeh tərəfindən tikintisi aparılan hasar tam çəkildiyi zaman həmin darvazanın ortasına düşür. Həmçinin bildirmişdir ki, mütəxəssis rəyinin verilməsi üçün aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh adına verilmiş reyestr nömrəsi **********33 olan çıxarışla, çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər XDS-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 26.04.1968-ci il tarixli 6 saylı protokoluna əsasən verilmiş torpaq sahəsinin plan ölüçüsü arasında uyğunsuzluq mövcüddur. Torpaq sahəsinin həmin plan ölçüsü məhkəməyə təqdim edilmiş rəngli ərazinin yerquruluşu sxemində göy xətlə öz əksini tapmışdır. Belə ki, Cavabdeh adına qeydiyyata alınmış **********3 reyestr nömrəli, 0.2 ha olan Mərdəkan qəsəbəsi 1644 saylı bağ sahəsinə dair keçmiş DTKX tərəfindən verilmiş kadastr planında şimal sərhəddi boyunca 3 metr enində keçid yolu qərb tərəfdəki qonşu bağa (iddiaçı tərəfə) görə saxlanılmışdır. Həmin zaman çöl ölçü işləri aparılarkən məlum olmuşdur ki, keçmiş DTXK tərəfindən verilmiş kadast planı mürəkkəb konfiqurasiyalı olmaqla yanaşı həmçinin şimal-şərq küncündəki ölçülər nəzərdə tutulan keçid yolunu daraltmışdır. Bundan əlavə olaraq kadastr planı tərtib edilərkən şimalşərq tərəfdən sahənin üzərindən keçən 6 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası da nəzərə alınmaqla Cavabdeh **********33 çıxarış verilmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi mövcüddur. Həmin torpaq hissəsi şimal-şərq tərəfdə yerləşməkdə mübahisə predmeti olan keçid yoluna və darvazaya aidiyyatı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 24.01.2019-cu il tarixdə verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 1664A saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 12.11.2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 1644 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyesti xidmətinin mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Cavabdeh mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən quraşdırılmış darvaza onun mülkiyyətində olan Xəzər rayonu Mərdəkan qəsəbəsi 1664A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Cavabdeh mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə hasar çəkilişi aparıldıqda İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza ilə Cavabdeh mülkiyyətində olan 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər. İş materiallarında olan mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin smetasından görünür ki, ümumi smeta dəyəri 95 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08.06.2021-ci il tarixli 10/2260 saylı rəyindən görünür ki, Cavabdeh mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən quraşdırılmış darvaza onun mülkiyyətində olan Xəzər rayonu Mərdəkan qəsəbəsi 1664A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Cavabdeh mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1644 saylı 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə hasar çəkilişi aparıldıqda İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza ilə Cavabdeh mülkiyyətində olan 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, ilk və qarşılıqlı iddia tələbi üzrə iddiaçılar onların mülkiyyətlərində olan torpaq sahələrində reyestrin düzgünlüyü prezumpsiyası əsasında qanunlara onlar aid hissələrdə tikinti işləri aparımış, yəni hasar çəkilmiş, dəmir qapılar qoymuşlar və s. Belə olan halda hər iki iddiaçının mülkiyyət üzrə hüquqları pozulmamaqla onlara məxsus torpaq sahəsinin zəbt olunması, yolun zəbt edilməsi və onlara məxsus torpaq sahəsində hər hansı tikilinin inşa edilməsi halı müəyyən olunmamışdır. Məhkəmə ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onunla razılaşmamaq üçün hər hansı bir əsas olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbi üzrə iddiaçıların istifadəsində və sahibliklərində olan torpaq sahəsindən istifadələrinə qarşı tərəfdən hər hansı maneənin yaradılması və müdaxilə edilməsi halı müəyyən edilmədiyindən ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 95 və 50 manat, cəmi 145 manatın 72.5 manatı İddiaçı, 72.5 manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun zəbt edilməsindən ibarət hərəkətlərin qanunsuz hesab edilməsi, zəbt olunmuş ərazinin boşaldılması və sairə tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı tikilinin sökülməməsinin qanunsuz hesab edilməsi, tikilinin cavabdehin hesabına sökülməsi və sairə tələbi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 manatın 72.5 manatı İddiaçı, 72.5 manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar