Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-218/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanda yerləşən, ona məxsus, tam mülkiyyətində olan torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh, ailə üzvlərinin, yetkinlik yaşına çatmayan övladlarının, əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,0140 ha torpaq sahəsi xüsusi mülkiyyət əsasında xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışla onun adına rəsmiləşmişdir. Həmin əmlakı Cavabdeh almışdı. Belə ki, Cavabdeh Xəzər rayonu Binə atçılıq massivində usta işləyərkən tanımışdı. Cavabdeh təmir etdiyi iki evdən birini yəni, 1 mərtəbəli həyət evini, gördüyü işlərin qarşılığı olaraq ona verməyi, o isə evin dəyərindən ona borclu olduğu hissəni çıxdıqdan sonra yerdə qalan məbləği ona verməyə razılaşmışdır. Cavabdehlə həmin evi 30000,0 manata almağına dair razılaşmışdılar və beləliklə o, həmin ev üçün alqısatqıdan qabaq 10000,0 manat pulu şəxsən cavabdehin özünə verdim. 27 dekabr 2020-ci il tarixdə cavabdehlə birlikdə Nizami rayonunda yerləşən ASAN xidmətdə həmin ev barəsində heç bir əlavə təsir olmadan alqı-satqı müqaviləsi bağladılar. "Asan Xidmət”dən çıxdıqdan sonra cavabdehə 5500,0 manat pulu verdiyi zaman cavabdeh onunla arasında bağlanmış şifahi razılığı pozmuş və ondan əlavə kirayə pulu istəməyə başlamış və bundan sonra cavabdeh Nizami RPİ-nə şikayət etmişdir. Bu hadisədən 2-3 gün sonra Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşı ona zəng edərək özünü bölmənin təhqiqatçısı kimi təqdim etmiş və barəsində şikayətin olduğunu bildirmişdir. Vüqar adlı polis əməkdaşı onu alqı-satqı müqaviləsini ləğv etməyəcəyi təqdirdə həbs olunmaqla hədələmişdir. Onun razılaşmadığını görüb xx.xx.2020-ci tarixdə səhər saat 11:00-dan axşam saat 23:00-a qədər qanunsuz olaraq bölmədə saxlamışlar. Bütün bu təzyiqlərdən sonra o, alqı-satqı müqaviləsinin ləğv edilməsinə qol çəkmiş və oradan ona bildirmişlər ki, cavabdehin ona olan borcunu alıb qaytaracaqlar. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-158/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 10000,0 (on min) manat və ödənilmiş dövlət rüsumuna görə 12,20 (on iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmçinin qeyd edir ki, həmin ərazi üzrə xx.xx.2021-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsünü əldə etmişdi. Lakin sonuncu çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü isə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə (sonuncunu hərrac yolu ilə ) əldə etmişdir. Hazırda cavabdeh yetkinlik yaşına çatmayan övladı və ailə üzvləri ilə birlikdə ona məxsus fərdi yaşayış evində yaşayırlar. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanda yerləşən, ona məxsus, tam mülkiyyətində olan torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri- X4, uşaqları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, onun evinin qiyməti 65000,0 manat olduğu halda iddiaçı tərəfindən 10000,0 manat ödənilərək evin alınmasını düzgün hesab etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0,0140 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycn Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquq Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin plan və ölçüsü barədə sənədin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0,0140 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 10000,0 (on min) manat və ödənilmiş dövlət rüsumuna görə 12,20 (on iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh aid məlumatlardan görünür ki, onun qohumluq əlaqələrində həyat yoldaşı X8, uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 müəyyən edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş, İddiaçı isə mübahisəli əmlakı hərrac vasitəsilə alaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən adına qeydiyyatdan keçmişdir. Hazırda iş üzrə Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olaraq, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən evdə yaşayır. Məhkəmə ilk növbədə bildirir ki, mübahisəli ev qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının adına keçirilmiş torpaq sahəsi üzərində inşa edilmişdir. Sonuncunun həmin tikiliyə dair torpaq sahəsinin ona mülkiyyət hüququ ilə aid olmasından irəli gələn mülkiyyətə gözlənti hüquqları mövcud olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozubpozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən faktlar etiraf olunmaqla yanaşı, onun ailəsi ilə birlikdə mübahisəli üvvanda yaşamaları etiraf olunmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli ünvana istifadə hüquqlarını itirmişdir. Belə ki, Cavabdeh Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən mənzilinə olan istifadə hüquqları xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verildiyi tarixdən artıq itirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə yaşaması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yaşamışlar, lakin iddiaçı mülkiyyətində olan torpaq sahəsinin və üzərində inşa edilmiş evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə halhazıradək torpaq sahəsindən və evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatmamışdırlar və valideynləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş ev hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, Cavabdeh ailə üzvləri - X8, uşaqları xx.xx.2008ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri - X8, uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-218/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-218/2024
16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver