Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2192/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzrə payların naturada müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138 H saylı (yeni qaydalarla AZ1076, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 126-cı Mərdəkan küçəsi, 148) torpaq sahəsindən payına düşən ona aid ümumi sahəsi 6 sot torpaq sahəsinin naturada ayrılıb ona verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138 H saylı sahə vərəsəlik qaydasında onun və Samir Aslanovun paylı mülkiyyətində olmuşdur. Bununla bağlı xx.xx.2021-ci ildə həmin bağ torpaq sahəsinin ½ hissəsi ********** nömrəsi ilə onun adına, xx.xx.2022-ci ildə həmin bağ torpaq sahəsinin ½ hissəsi ********** nömrəsi ilə Samir Aslanovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. X5 öz payını Cavabdeh satmış, 2024-cü ildə həmin bağ sahəsinin ½ hissəsi ********** nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, həmin əmlakdan payına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istəyir. Lakin rəsmi sənəddə payına düşən hissə müəyyən olunmadığından, payının naturada dəqiq ayrılmasını istədiyindən hazırki iddia tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138 H saylı sahənin ½ hissəsinin, yəni 6 sot torpaq sahəsinin naturada ayrılaraq qarşılıqlı razılaşma əsasında 10 gün müddətində payların müəyyən edilməsi barədə paylı mülkiyyətçi Cavabdeh rəsmi qaydada xx.xx.2024-cü il tarixli pretenziya göndərmişdir. Həmin pretenziya rəsmi qaydada sifarişli məktubla cavabdehə göndərilmişdir. 2023-cü ilin noyabr ayında eyni məzmunlu pretenziya ilə keçmiş paylı mülkiyyətçi Samir Aslanova da müraciət etmişdir. Keçən müddət ərzində cavabdeh onun pretenziyasına əhəmiyyət verməmiş, torpaq sahəsinin naturada bölgüsü ilə bağlı fikir bildirməmişdir. Məhz bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə hər biri ayrılıqda iddia tələbini müdafiə edərək, onun təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə mülki işə onun iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H (yeni qaydalarla AZ1076, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 126-cı Mərdəkan küçəsi, 148) paylı mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh ½ hissəsi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138 H (yeni qaydalarla AZ1076, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 126-cı Mərdəkan küçəsi, 148) saylı sahənin ½ hissəsinin, yəni 6 sot torpaq sahəsinin naturada ayrılaraq qarşılıqlı razılaşma əsasında 10 gün müddətində payların müəyyən edilməsi barədə paylı mülkiyyətçi Cavabdeh rəsmi qaydada müraciət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-69/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X3 və Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H torpaq sahəsinin ümumi sahəsi 0,06 ha olan hissəsindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 407/333 saylı sərəncamı ilə Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində 5/138 saylı fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsinə dair AN- 018571 nömrəli, xx.xx.2007-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Notariusunun xx.xx.2020-ci il tarixli, 942 saylı məktubundan görünür ki, X1 xx.xx.2012-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən mərhumun qızı İddiaçı mərhumun varisi olması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4673 saylı rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsibdə göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138H saylı (yeni qaydalarla AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 126-cı Mərdəkan küçəsi 148) torpaq sahəsinin tərəflər arasında 1/2 paylara uyğun, tikililər nəzərə alınmaqla və nəzərə alınmadan, naturada istifadələrinə ayrılması (bölünməsi) texniki cəhətdən mümkündür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsi faktiki olaraq İddiaçı adına, digər ½ hissəsi isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138H saylı (yeni qaydalarla AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 126-cı Mərdəkan küçəsi 148) torpaq sahəsinin tərəflər arasında 1/2 paylara uyğun, tikililər nəzərə alınmaqla və nəzərə alınmadan, naturada istifadələrinə ayrılması (bölünməsi) texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə icraatı zamanı İddiaçı verilmiş suala cavab olaraq bildirmişdir ki, torpaq sahəsində yeləşən evi o, tikməmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X4 və Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138H saylı torpaq sahəsinin ümumi sahəsi 0.06 ha olan hissəsindən məcburi qaydada cıxırılmışdır. Həmin icraat zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinə yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən inşa olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138H (yeni qaydalarla AZ1076, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 126-cı Mərdəkan küçəsi, 148) saylı torpaq sahəsi giriş darvazasından həyətin içərisinə doğru, qonşu sərhəd hasarından 3,5 metr aralı olmaqla 28,55 metr uzunluğunda hasar boyu və sağ tərəfə döndərilərək digər qonşu sərhəd hasarına qədər 20,8 metr uzadılmaqla torpaq sahəsi İddiaçı torpaq sahəsi olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olduğundan, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 138H (yeni qaydalarla AZ1076, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 126cı Mərdəkan küçəsi, 148) saylı torpaq sahəsi giriş darvazasından həyətin içərisinə doğru, qonşu sərhəd hasarından 3,5 metr aralı olmaqla 28,55 metr uzunluğunda hasar boyu və sağ tərəfə döndərilərək digər qonşu sərhəd hasarına qədər 20,8 metr uzadılmaqla torpaq sahəsi İddiaçı torpaq sahəsi olaraq müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2192/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2192/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver