Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-22/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən tikilən üstüaçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə dair onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Lakin cavabdeh ona məxsus torpaq sahəsin zəpt edərək tikinti aparır. Onlara dəfələrlə müraciət etməyinə baxmayaraq, torpağı boşaltmaq istəmir və onu torpaq sahəsinə buraxmır. Cavabdehin qanunsuz hərəkətləri nəticisində o xüsusi mülkiyyətindən məhrum olmuşdur. Həmin əmlak üzərində sahiblik və sərəncam vermək hüququ məhdudlaşır və əmlakdan istifadə edə bilmir. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilə dair heç bir hüququ yoxdur, mənzili torpağı qanunsuz olaraq zəbt etmişlər və sahiblik edirlər. Cavabdehin tikintisi ona məxsus torpaq sahəsində tikili üçün tikinti tamamilə qanunsuz və əsassız olduğundan özbaşına tikinti hesab olunur. Bununla bağlı o öz iradını bildirsə də, onu söyüb təhqir edərək üstünə hücum çəkir. Onun və ailəsinin can güvənliyi təhlükə altında olduğundan bununla bağlı o 102 xidmətinə xx.xx.2020-ci il tarixdə günün müxtəlif saatlarında zəng edib müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Abşeron rayonlararası Texniki İnvertarlaşdırma Bürosu tərəfindən verilmiş 13 nömrəli xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, 3 nömrəli Zeytun sovxozu küçəsində Əzizbəyov rayonu Qala kəndində 2 yaşayış otaqlı, yaşayış sahəsi 36 m2 köməkçi sahə 32,2 m2 İddiaçı Şahavat oğlunun mülkiyyətindədir. İş materiallarında olan 3 nömrəli Zeytun sovxozu İlk partiya təşkilatı HİK və əmək kollektivi şurasının birgə yığıncağının xx.xx.1990-cı il tarixli 3 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 65 nömrəli qərarına əsasən İddiaçı 0,10 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-109/2021 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. İş materiallarında olan təyin edilmiş ekspertiza tədqiatının nəticəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********98 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırmanın nəticəsi olaraq mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə mübahisəli ərazinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma elektron baza və təqdim edilən sənədlər əsasında aparılmışdır. Abşeron rayonu X2 xx.xx.1990-cı ıl tarixli 65 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşmə sxemində koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə olmadığından, mübahisəli torpaq sahəsinin naturada Abşeron rayonu X3 xx.xx.1990-cı il tarixli 65 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsıni müəyyən etmək mümkün olmadı. Abşeron rayonu X2 03.04 1990-cı il tanxlı 65 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0.10 ha, torpaq sahəsinin yerləşmə sxemində koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə olmadığından, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında Cavabdeh tərəfindən tikilən tikili Abşeron rayonu X2 xx.xx.1990-cı il tarixli 65 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsində tikilib-tikilməməsini müəyyən etmək mümkün olmadı. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmetinə aid olan torpq sahəsinin onlara aid olduğu iddia etsələrdə, buna dair sübut, dəlil məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı torpaq sahəsinin ayrılması barədə Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 65 nömrəli qərarına əsasən İddiaçı 0,10 torpaq sahəsi ayrılmış olsa da, Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 65 nömrəli qərarı ilə ayrılmış torpaq sahələrinə dair torpaq sahəsinin yerləşmə sxemində koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə olmadığı aşkar edilmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən tikilən üstüaçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-22/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-22/2022
31.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver