Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2209/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh 63700,40 manat məbləğində vurulmuş zərər və 30,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 63730,40 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, texniki səhv ucbatından "xxxx" ASC tərəfindən ödənilən 4500,0 manat məbləğində sığorta ödənişi iddia ərizəsinin xahiş hissəsində nəzərə alınmamış və zərərin məbləği 59200,40 manat əvəzinə 63700,40 manat yazılmışdır. Ona görə iddia ərizəsinin xahiş hissəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Yuxarıda göstərilənlərə əlaqədar olaraq Cavabdeh 59200,40 manat məbləğində vurulmuş zərər və 30,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 59230,40 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 (bundan sonra ismin müvafiq hallarında “sığortalı” adlandırılacaqdır) mülkiyyətində olan “Mercedes Benz GLC 250” markalı, **-NC- *** dövlət nömrə nişanlı minik avtomobilini 08.11.2018-ci ildən 07.11.2020-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı – "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamışdır. Sığortalıya 07.11.2018-ci il tarixli CSB ********* nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. 2019-cu il noyabrın 15-də Cavabdeh idarə etdiyi “Nissan Murano” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində "xxxx" ASC-də sığortalanmış "Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən 10 oktyabr 2019-cu il tarixində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən inzibati tədbir görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nərimanov DYPŞİ-i tərəfindən 18.12.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞİ -nin 18.12.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60,0 manat məbləğində cərimə edilmişdir. Daimler AG-nin Azərbaycanda Rəsmi Dileri "xxxx" MMC tərəfindən 11.12.2019cu il tarixində verilmiş ********** nömrəli təmir sənədinə əsasən hadisə nəticəsində “Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilə 139 594,54 manat məbləğində zərər dəymişdir. “Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilə dəyən zərərin məbləği dəyərindən çox olduğu üçün həmin avtomobil tam məhv edilmiş sayılır (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etdiyi üçün). 07.02.2020-ci il tarixində "xxxx" ASC ilə sığortalı X3 arasında razılaşma bağlamışdırlar. Həmin razılaşmaya əsasən “Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilin qalıq dəyəri 28000,0 manat məbləğində qiymətləndirilmişdir. Sığortalı ilə iddiaçı arasında 500,0 (beş yüz) manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğunda sığorta ödənişi 63700,40 manat olmuşdur. (92200.40 (sığorta ödənişi) — 28000(qalıq dəyəri) — 500 (şərtsiz azadolma)). İddiaçı həmin məbləği 18 fevral 2020-ci il tarixdə 919 nömrəli ödəniş tapşıqığı ilə ödəmişdir. Cavabdeh idarə etdiyi “Nissan Murano” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" tərəfindən icbari sığorta növündə sığortalandığı üçün sonuncu tərəfindən 13.04.2020-ci il tarixində "xxxx" ASC-yə 4500,0 manat sığorta ödənişi etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, o həqiqətən 15 noyabr 2019-cu il idarə etdiyi “Nissan Murano” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində "Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Lakin ondan tələb olunan 59200,0 manat dəymiş zərər çoxsur. Həmçinin bildirdi ki, onun aylıq əmək haqqısının 250,0 manatdır. O, maddi cəhətdən çətinlik çəkir. Onun ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinindən görünür ki, X2 “Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığorta olunmuş, sığorta məbləği 08.11.2018-ci il tarixdən 07.11.2019-cu il tarixədək olan dövr üçün 103000,0 manat, 08.11.2019-cu il tarixdən 07.11.2020-cu il tarixədək olan dövr üçün 92.700,0 manat müəyyən edilmişdir. İş materiallarında olan CS55098 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" Şirkətində sığortalanmış “Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 139594,54 manat müəyyən edilmiş, avtomobilin ümumi sığorta ödənişi olan 92200,40 manatdan, avtomobilin qalıq dəyəri və 500,0 manat azadolma məbləği (franşiza) çıxılmaqla sığorta ödənişinin 63700,40 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmmədovun 10 dekabr 2019-cu il tarixli qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" ASC ilə X3 adından X12 oğlu arasında imzalanmış 07 fevral 2020-ci il tarixli razılaşmaya əsasən tərəflər təsdiq edir ki, “Mercedes Benz GLC250” markalı ** NC ***. d.q.n. avtomobilin 15 noyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonrakı vəziyyətdə qalıq dəyərinin 28000,0 (iyirmi səkkiz min) manat məbləğində qiymətləndirilməsini qəbul edirlər, Tərəflərin qarşılıqlı razılığına əsasən, “Mercedes Benz GLC250” markalı ** NC *** d.q.n. avtomobilin qalıqları 28000,0 (iyirmi səkkiz min) manat məbləğində qiymətləndirilməklə X1 qalır. 13 fevral 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X3 hesabına 63700,4 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan 18.12.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 15.11.2019-cu il tarixdə, saat 01:30-da idarə etdiyi Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcını keçmə qaydasını pozmuşdur. Həmin protokoldan görünür ki, Cavabdeh yol hərəkət qaydasını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi nəticəsində məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Nərimanov DYPŞİ -nin 18.12.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60,0 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Daimler AG-nin Azərbaycanda Rəsmi Dileri "xxxx" MMC tərəfindən 11.12.2019-cu il tarixində verilmiş ********** nömrəli qüsur aktına əsasən “Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət nömrə nişanlı avtomobilə 139 594,54 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5298 saylı, 04.10.2021-ci il tarixli rəyindən görünür ki, tədqiq edilən 2018-ci il buraxılışlı "Mercedes Benz GLC 250” minik markalı, **-NC-*** nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 61200,00 (102000,00 m-40%) manat müəyyən edilir, həmçinin 2018-ci il buraxılışlı “Mercedes Benz GLC 250” minik markalı, ** NC *** dövlət nömrə nişanlı avtomobilin qalıq qiyməti nəzəri qaydada – təxminən 40800,0 manat müəyyən edilir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, ekspertiza təhqiqatı iş materiallarında olan Daimler AG-nin Azərbaycanda Rəsmi Dileri "xxxx" MMC tərəfindən 11.12.2019-cu il tarixində verilmiş ********** nömrəli qüsur aktına əsasən aparılmışdır. Belə ki, ekspertiza tədqiqatı zamanı qeyd olunan qüsur aktına əsasən mübahisəli avtomobilin 2019-cu il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymıəti təxminən 102.000,0 manat müəyyən eddilmişdir. Həmçin həmin avtomobilin salamat qalan yararlı hissələrinin dəyəri nəzəri qaydada hesablanmaqla avtomobilin qalıq dəyəri təxminən 40.800,0 manat müəyyən edilmişdir. Həmçinin bildirdi ki, şəkillər əsasında ekspertiza tədqiqatı aparılmır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış «Mercedes Benz GLC 250” markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobilin, Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübut olunur. Sığortalanmış «Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə cavabdehin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsini, yəni yüksək təhlükə mənbəyi hesab olunan “Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən qanuni əsaslarla idarə edildiyindən və buna görə də ziyan bilavasitə cavabdeh Əzizə Cabarov tərəfindən vurulduğundan, vurulmuş ziyan Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən və ekspertin məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, «Mercedes Benz GLC 250” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunmasının renatabelli olmaması və qeyd olunan avtomobilin qalıq qiyməti nəzəri qaydada təxminən 40800,0 manat müəyyən olunmuşdur. Belə olan halda 92200,40 manatdan, yəni sığorta ödnişindən nəzərdə tutulmuş 500 manat franşiza (azadolma məbləği), 4500,0 manat "xxxx" ASC Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nə ödənilmiş icbari sığorta ödənişi və 40800,0 manat avtomobilin qalıq dəyəri çıxıldıqda sığorta ödənişi 46400,40 manat məbləğində (92200,4-500-4500-40800=46400,4 manat) təşkil edir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh 46400,4 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflərdə – ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 46400,4 manat məbləğində pul vəsaiti, ödənilmiş 30,0 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq AZ34CTRE**********0003944 nömrəli hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2209/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2209/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver