Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2214/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona əsas borca görə 1763 manat, bank krediti üzrə gecikdirmələrə görə 253 (iki yüz əlli üç) manat və mənəvi ziyana görə 1000 manat olmaqla ümumilikdə 3016 (üç min on altı) manat pulun ondan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi qaydada kənd təsərrüfatı məhsulları satan Cavabdeh ilə tanış olmuş və onun təklifi ilə bankdan kredit götürüb onunla heyvan alış-verişi ilə məşğul olmağı təklif etmişdir. O, onun bu təklifinə müvafiq olaraq xx.xx.2023cü il tarixdə Bank Respublika ASC-nin Neftçilər Filialından 15000 (on beş min) manat kredit götürmüş, ilkin olaraq 3500 (üç min beş yüz) manat pul vermişdir. O, verdiyi pul üzrə ona bir dəfə 1514 manat dəyərində quzu və arpa-buğda gətirmişdir və ondan daha 150 manat alaraq 2136 manatlıq heyvan və taxıl gəticəyini bildirmiş və ona 2136 manat borcu qalması ilə bağlı əl yazısı yazıb vermişdir. Bundan bir müddət keçdikdən sonra onun ona heç bir mal gətirmədiyini görüb ona müraciət edərək qalan 2136 manat heyvan və taxıl gətirməli olduğunu bildirmişdir. O, isə ona nə qalan pulu verəcəyini, nə də istədiyi malları gətirəcəyini bildirmiş, “hara istəyirsən get şikayət et” demişdir. Bundan sonra onun bu cür davranışını onu aldatması və onun etibarından sui-istifadə etməsi hesab edərək onun bu hərəkətlərindən polis orqanına şikayət etmişdir. Şikayətin araşdırılması prosesində Cavabdeh ona cəmi 400 (dörd yüz) manata yaxın pul qaytarmışdır. Şikayəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar xx.xx.2024-cü il tarixli məktubla ona göndərilmiş və iş üzrə mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmuşdur. O, Cavabdeh verdiyi 3500 manatın 2115 manatını onun təklifi ilə kredit olaraq götürmüş və ötən 10 ay müddətində ödəmələrdə çətinliklər üzündən gecikdirmələr üzrə əlavələr olmaqla 2527 (iki min beş yüz iyirmi yeddi) manat kredit faizləri ödəmişdir. Belə bir vəziyyətdə təqaüddə olan şəxs və müharibə qazisi kimi ona ödənişlər çox çətindir və Cavabdeh ona qarşı bu cür qanunsuz hərəkətləri ona mənəvi əzablar verir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək səhəti ilə bağlı qısa müddətə olmayacağını bildirmişdir. 10 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 10 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, o, iddiaçı ilə qoyun-quzu alveri ilə məşğul olmuş, iddiaçı ona 3500 manat pul vermiş və o, əvəzində həmin pula heyvan gətirməli idi. O, ona 1819 manatlıq heyvan gətirmişdir. Lakin, avtomobilin nasazlığına görə başqa heyvan gətirə billməmişdir və ona 1681 manat borcu qalmışdır. Daha sonra müəyyən ödənişlər etmişdir. Hazıda iddiaçıya 500 manat borcu qalmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20032-S141084/600472 saylı, xx.xx.2020 il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli, 5 saylı razılaşmadan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 20% dərəcəsi ilə xx.xx.2024-cü il tarixinədək 15 000 manat pul verilmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, bank tərəfindən İddiaçı 14751 manat pul təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-cı maddəsinə əsasən rədd edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək huququ izah edilmişdir. Həmin Qərarda Cavabdeh izahatı ilə müəyyən olunmuşdur ki, 1681 manat borcu qalmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, 2024-cü ilin müxtəlif aylarında Cavabdeh tərəfindən İddiaçı hesabına 1681 manat borcdan 300 manat pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi qazılaşmaya əsasən onlar heyvan alışı və satışı ilə məşğul olmuşlar. Həmin işlə əlaqədar olaraq malların hissə-hissə gətirməsi üçün İddiaçı Cavabdeh 3500 manat pul vermişdir. Cavabdeh iddaçıya 1819 manatlıq məhsul gətirmişdir. Cavabdehin ona verilən 3500 manat puldan iddiaçıya ümümilikdə 1681 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması bildirilsə də cavabdeh borcunu ödəməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən edilmişdir ki, izahatı alınmış Rzayev X1 Elçin Əhliman oğlunun ona 1681 manat borcunun olduğu qeyd etmiş, izahatı alınmış Cavabdeh isə İddiaçı 1681 manat borcunun olduğunu etiraf etmişdir. Bundan başqa, məhkəmə iclasında təqdim edilmiş qəbzlərdən müəyyən edilmişdir ki, 22 yanvar 2024-cü il tarixdən sonra 2024-cü ilin müxtəlif aylarında Cavabdeh tərəfindən İddiaçı hesabına 1681 manat borcdan 300 manat ödənilmişdir. Bundan başqa, iddiaçı “bank krediti üzrə gecikdirmələrə görə 253 (iki yüz əlli üç) manat pulun” cavabdehən tutulmasını xahiş etsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx"ASC-dən 15 000 manat pul götürmüş, lakin həmin vasaitdən Cavabdeh 3500 manat təqdim olunması öz təsdiqini tapmışdır. Qalan 11500 manat məbləğ isə iddiaçının özündə qalmışdır. Hazırda isə iddiaçı 15000 manat kredit borcun gecikməsinə görə 253 manat pulun tulumasını tələb edir ki, buna dair sübut təqdim də bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiası 1381 manat (1681-300=1381) pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının iddia tələbinin mənəvi zərər əvəzi olaraq 1000 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia qeyd olunan hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1381 (bir min üç yüz səksən bir) manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1381 (bir min üç yüz səksən bir) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2214/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2214/2024
25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver