Məhkəmə qərarları › İş №2(003)-225/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-225/2024

04.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-225/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İlkin iddia tələbi üzər iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı1, İlkin iddia tələbi üzər iddiaçıların, qarşılıqlı iddia tələbi üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Qaşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmasının təsdiq edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, tikilinin öz hesabına sökülməsi, söküntüdən sonra istifadə edilmiş materiallarının götürülməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin aldığı pulun müqabilində özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivi, 258 saylı Bağ sahəsinin 44 kv.m hissəsinin onların adına sənədləşdirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsində İddiaçı2 tərəfindən tikilmiş 50 kv.m yarımtikilinin sökülməsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılması və Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsi ilə 259 saylı bağ sahəsinin arasında keçid yolu tam şəkildə açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 261 saylı bağ sahəsini 2012-ci ildə X4 almışlar. Sonradan həmin bağ sahəsinin qonşuluğunda olan torpaq sahəsini almaq istəmişlər. Pakizə Məmmədova ilə razılaşdıqdan sonra 259 saylı bağ sahəsini də almışlar. Daha sonra 2013-cü ildə Pakizə Məmmədovaya 2250 manat ödəniş edərək, 258 saylı bağ sahisində 1.5 sot əlavə torpaq sahəsi almışlar. X20 aldığı torpaq sahələrini bir sənəddə rəsmiləşdirmək istədiyi üçün həmin vaxt sənədləşmə işləri aparmamışlar. Bir müddət sonra həmin torpaq sahəsində (258 saylı bağ sahəsinə düşən hissədə) tikililər inşa etmişlər. Həmin vaxt Pakizə Məmmədova onların xəbəri olmadan onlara satdığı 258 saylı bağ sahəsini həm də X1. Onlar bundan xəbər tutanda, yəni 2014-cü ildə artıq Mürsəlov Paşa həmin torpaq sahəsini Cavabdeh satmışdır. X26 həmin vaxt 258 saylı bağ sahəsində olan yaşayış evində yaşamışdır. Onlara satılmış torpaq sahəsinin sonradan ayrı-ayrı iki şəxsə satılmasını Cavabdeh aldığı torpaq sahəsini sənədləşdirərkən bilmişlər. X29 orada yaşadığı üçün ona inanmışlar və sənədləşmə işlərinin sonraya saxlamışlar. Cavabdeh 2015-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ona məxsus Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağda yerləşən 16,7 kv.m yaşayış və 6,2 kv.m yardımçı sahəsi olan bağ evindən çıxarılması, 12 mart 2014-cü il tarixdən başlayaraq qətnamə qəbul olunan tarixədək hər ay iki yüz manatdan hesablanaraq evinin kirayə haqqının X4 tutularaq ona ödənilməsi, İddiaçı2 tərəfindən zəbt edilmiş ərazilərin və orada inşa edilmiş yarımtikilinin İddiaçı2 şəxsi vəsaiti hesabına sökülərək boşaldılması, 258 və 258a saylı bağ arasında olan mərz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 02 may 2013-cü il tarixli **********18011301 saylı reyestr nömrəsi ilə verilmiş texniki pasporta əsasən bölünməsi, həmin texniki pasporta və bölgü sxeminə əsasən bağının yan hissəsi ilə gedən yolun tam şəkildə açılması, AN-İN № ******* saylı daşınmaz əmlakın alqı- satqı müqaviləsi ilə ona satılmış Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı 0,105 ha ərazisi olan bağın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-136/2016 nömrəli, 15 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən edilmiş, X6 Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivi, 258 saylı bağda yerləşən 16,7 kv.m yaşayış və 6,2 kv.m yardımçı sahəsi olan bağ evindən və bağın 0,105 ha torpaq sahəsindən çıxarılması, İddiaçı2 tərəfindən bağ sahəsinin zəbt edilmiş 44 kv.m hissəsinin boşaldılması və həmin bağ sahəsinin ərazisinin yaxınlığında İddiaçı2 tərəfindən inşa edilmiş tikilinin 50 kv.m hissəsi İddiaçı2 şəxsi vəsaiti hesabına sökülməsi və Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ evinin texniki pasportunda və 12 mart 2014-cü il tarixli bölgü sxeminə əsasən bağın yan hissəsi ilə gedən keçid yolunun tam şəkildə açılması qət edilmişdir. Həmin məhkəmə işində Cavabdeh iddiasını əsaslandırarkən bildirmişdir ki,... “Paşanın dediyinə görə bağın əvvəlki sahibi X11 bağın arxa hissəsindən 261 saylı bağın sahibi İddiaçı2 etibarnamə yolu ilə 44 kvadrat metrini satmışdır”. Bu isə o deməkdir ki, Cavabdeh X9 torpaq sahəsini satın alarkən bilirdi ki, aldığı torpaq sahəsinin həmin 44 kvadrat metr hissəsi 261 saylı bağın sahibi İddiaçı2 satılmışdır. X3 da çox yaxşı bilirdi. Həm də Pakizə 44 kv.m deyil, 1.5 sot torpaq sahəsi üçün 2250 manat almışdır. Bütün bunlara baxmayaraq, məhkəmə həmin bağ sahəsinin zəbt edilmiş 44 kv.m hissəsinin boşaldılması barədə qətnamə qəbul etdi. Qətnamə icra olunması üçün 08 noyabr 2016-cı il tarixdə icra vərəqəsi verilərək, Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinə göndərilmişdir. Baxmayaraq ki, 2013-cü ildə Pakizə Məmmədovaya 2250 manat ödəniş edərək, 258 saylı bağ sahəsində 1.5 sot əlavə torpaq sahəsi almışlar, amma bu dəfə də tələbkar Cavabdeh ilə razılığa gəlmişlər ki, həmin 44 kv.m torpaq sahəsi üçün ona 1600 (bir min altı yüz) manat tərəflərindən ödəniş edilsin və həmin 44 kv.m torpaq sahəsindən heç bir tələbi olmasın. O, da onlarla razılaşmışdır. 30 may 2017-ci il tarixində Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsində Cavabdeh 1600 (bir min altı yüz) manat tərəflərindən ödəniş edilmişdir. Bu barədə qəbz tərtib edilmişdir. Həmin qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh İddiaçı2 zəbt olunmuş 44 kv.m torpaq sahəsi üçün 1600 (bir min altı yüz) manat pulu aldım”. Eyni zamanda Cavabdeh 30 may 2017-ci il tarixində ərizə ilə Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinin rəisi İdris Həsənquliyevə müraciət edərək bildirmişdir ki, “Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-136/2016 saylı qətnaməsi ilə Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin zəbt olunmuş 44 kv.m hissəsi cavabdeh X12 tərəfindən boşaldılmalıdır. Cavabdeh X12 ilə aralarında olan razılaşmaya əsasən tələb olunan zəbt olunmuş 44 kv.m torpaq sahəsi üçün 1600 (bir min altı yüz) manat pulu almış və gələcəkdə həmin 44 kv.m torpaq sahəsi ilə əlaqədar heç bir tələbi olmayacaqdıpr. Xahiş etmişdir ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-136/2016 saylı qətnaməsi ilə Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin zəbt olunmuş 44 kv.m hissəsi icra olunmadan məhkəməyə geri qaytarılsın”. Həmin ərizə Bakı şəhəri Xəzər rayonu İcra Şöbəsinə təqdim edilmiş və müvafiq ştampla təsdiq edilmişdir. Daha sonra Cavabdeh 19 may 2023-cü il tarixində ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin rəisi İdris Həsənquliyevə müraciət edərək bildirmişdir ki, “Tərəflər arasında hal-hazırda razılaşma var, göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirəm ki, İcra haqqında Qanunun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən Xəzər rayon Məhkəməsinə geri qaytarasınız”. Həmin ərizə də Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş və müvafiq ştampla təsdiq edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin 22 may 2023-cü il tarixli qərarı ilə icra sənədi Bakı şəhəri Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. Beləliklə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsi üçün Cavabdeh 2017-ci ildə 1600 (bir min altı yüz) manat ödəniş etmişlər. Həmin vaxt Xaşa-Xuna bağ massivi deyilən yerdə torpaq sahələrinin satışı təxminən 1 sot üçün 1000-1500 manat olmuşdur. Cavabdeh 258 saylı bağ sahəsinin 44 kv.m hissəsini sənədləşdirmək istədiklərini bildirmişlər. Lakin o, bildirmişdir ki, onun heç kimə veriləsi torpaq sahəsi yoxdur. Dəfələrlə təkid etməklərinə, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi ərizələri göstərməklərinə baxmayaraq, 2017-ci ildə etdikləri ödəniş müqabilində torpaq sahəsinin onların adınaa sənədləşdirməsindən imtina etmişdir. Eyni zamanda Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsini almamışdan əvvəl, yəni 2013-cü ildə Pakizə Məmmədovadan 2250 manat ödəniş edərək, 258 saylı bağ sahəsində aldıqları torpaq sahəsində tikililər tikmişlər (yarımtikili vəziyyətdə qalmışdır). Həmin tikililər də 258 saylı bağ sahəsinin ərazisində olduğundan tikilini öz vəsaitləri hesabına sökmək istəmişlər. Lakin Cavabdeh buna maneə yaratmışdır. Ona bildirmişlər ki, tikili onların tərəfindən tikilib və məhkəmə qətnaməsinə əsasən sökülməsi barədə qərar çıxarılmışdır. Cavabdeh sanki heç nəyi bilmirmiş kimi davranaraq, tikililərin ona məxsus olduğunu bildirmişdir. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivi, 258 saylı bağı alarkən həmin tikili artıq tikilmişdir. Yəni inşa edilmiş 50 kv.m yarımtikili Elçin almamışdan əvvəl tikilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-136/2016 nömrəli, 15 fevral 2016-cı il tarixli qətnaməsində (Qətnamənin 5-ci səhifəsi, 10-cu sətrində) göstərilmişdir ki, “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsinin qanunsuz tikili altında 50 kv.m ərazisi var. Məhkəmə iclasında müəyyən edildi ki, həmin 50 kv.m tikili İddiaçı2 tərəfindən tikilimişdir”. Həmin qətnaməyə əsasən İddiaçı2 tərəfindən inşa edilmiş tikilinin 50 kv.m hissəsi İddiaçı2 şəxsi vəsaiti hesabına sökülməsi qət edilmişdir. Cavabdeh açıq-aşkar məhkəmə tərəfindən müəyyən edilmiş halları inkar edir. Digər tələbləri isə 258 saylı bağla 259 saylı bağ arasında keçid yolunun açılmasıdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 136/2016 nömrəli, 15 fevral 2016-cı il tarixli qətnaməsində (qətnamənin 5-ci səhifəsi, 3-cü abzas) göstərilmişdir ki, “Bundan əlavə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsinin yan hissəsi ilə 259 saylı bağa keçən yol nəzərdə tutulmasa da, Kənan Rəhmanovun, X13 və Cavabdeh iştirakı ilə tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş ünvan 1nin yerləşdiyi torpaq sahəsinin bölgü sxemindən və 258 saylı bağ evinin texniki pasportundan görünür ki, 258 saylı bağla 259 saylı bağ arasında keçid nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin keçid açılmalıdır”. Həmin Qətnaməyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ evinin texniki pasportunda və 12 mart 2014-cü il tarixli bölgü sxeminə əsasən bağın yan hissəsi ilə gedən keçid yolunun tam şəkildə açılması qət edilmişdir. Lakin məhkəmə qətnaməsinin icrası tələbkarın tələbdən imtina etməsi və icra işinin məhkəməyə qaytarılmasından sonra mümkün olmamışdır. Tələbkar isə həmin keçid yolunu qanunsuz olaraq, zəbt etmiş və hazırda 259 saylı bağ sahəsinə keçid yolu tamamilə bağlanmışdır. Bu isə onların mülkiyyətlərində olan 259 saylı bağ sahəsindən istədikləri kimi istifadə etməklərinə maneə yaradır. Ona görə də hesab edirlər ki, həmin keçid yolu da açılmalıdır. Daha sonra İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyət hüquqi ilə Cavabdeh məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsinin Cavabdeh tərəfindən iddiaçılar Pərixanım Veysəl qızı və İddiaçı2 alqısatqı müqaviləsi ilə satılmasının (müqavilənin bağlanmasının) təsdiq olunması və həmin torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının tanınması, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində İddiaçı2 tərəfindən tikilmiş 150 kv.m tikilinin bütövlükdə İddiaçı2 öz hesabına sökülməsi, söküntüdən sonra orada istifadə edilmiş bütün tikinti materiallarının İddiaçı2 tərəfindən götürülərək aparılması, bu hərəkətlərin (həm söküntünün, həm də söküntüdən sonra tikinti materiallarının götürülüb aparılmasının) yerinə yetirilməsi zamanı buna şərait yaradılması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilk əvvəl iddia ərizəsi ilə iddiaçılardan İddiaçı2 və digər şəxslərə qarşı Xəzər rayon Məhkəməsinə müraciət etmiş və bu tələblərdən də biri, İddiaçı2 tərəfindən Cavabdeh məxsus olan bağ sahəsinin 44 kv.m hissəsinin zəbti ilə bağlı olmuşdur. Nəticədə, Xəzər Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(003)-136/2016 nömrəli qətnaməsi ilə Cavabdeh məxsus olan bağ sahəsinin 44 kv.m hissəsinin İddiaçı2 tərəfindən boşadılması qət olunmuşdur. Daha sonra, qətnamədən şikayət verilmiş olsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-3944/2016 nömrəli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və ondan da şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. Qətnamə icra olunması üçün icra icraatına daxil olmuş və müvafiq icra işi başlanmışdır. İcra hərəkətlərinin keçirildiyi vaxtlarda, Cavabdehla İddiaçı2 danışıqlar apararaq, zəbt olunmuş 44 kv.m torpaq sahəsinin dəyəri pul ilə ödənilməklə Elçindən alınması barədə hər iki tərəf razılaşmışlar. Buna görə də Cavabdeh icra işinin həmin hissədə məhkəməyə qaytarılmasını xahiş edilmişdir (bu barədə həm iddia ərizəsində açıqlanma verilmiş, həm də bunu təsdiq edən müvafiq sənədlər əlavə olunmuşdur). Ancaq Cavabdeh neçə vaxtdır ki, qeyd olunan torpaq sahəsinin iddiaçıların hər hansı birinin adına rəsmiləşdirilməsindən imtina edir və uzun müddətdir ki, yayınır. Bunun üçün də, hazırki iş üzrə iddiaçılar qeyd olunan torpaq sahəsinin ümumi anlamda onların adlarına rəsmiləşdirilməsi barədə iddia ərizəsində göstərmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, haqqında danışılan 44 kv.m torpaq sahəsi iddiaçılardan İddiaçı1 mülkiyyətində olan, bağ sahəsinin (torpağın) bir hissəsinə düşmüşdür. Eyni zamanda, hər iki iddiaçı ər-arvaddırlar və İddiaçı1 mülkiyyətində olan bağ (torpaq) sahəsi onların birgə nikah dövründə əldə etdikləri daşınmaz əşyadır. Cavabdeh 30 may 2017-ci il tarixdə ödənilmiş 1600 (bir min altı yüz) manat məbləğinin əvəzinə torpaq sahəsinin iddiaçıların və ya onlardan hər hansı birinin adına özgəninkiləşdirilməsinin hansı iddiaçının adına aparılması onlar üçün fərq etmir. Bununla belə, pul Elçin tərəfindən alınmış (götürülmüş) olsa da, torpaq sahəsi bu günə qədər iddiaçıların xeyrinə (adlarına) özgəninkiləşdirilməmiş və hətta bu barədə Cavabdeh dəfələrlə bildirilməsinə baxmayaraq, sonuncu dəfə o, bundan imtina etmişdir. Baxmayaraq ki, pul Elçinə ödənilərkən tərəflər arasında alqı-satqı barədə razılaşma olmuş və həmin razılaşma üzrə də cavabdehin istədiyi pul vəsaiti ona ödənilmişdir (verilmişdir). Bu barədə qəbz yazmış və sonradan da qeyd olunan iş üzrə tərəflər arasında razılaşdıqlarına görə işin məhkəməyə qaytarılması barədə yuxarıda istina edilən ərizə ilə icra şöbəsinə müraciət ermişdir. Odur ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsinin (hal-hazırda da İddiaçı1 sahiblik və istifadəsindədir) iddiaçılarla (və ya onlardan hər hansı biri ilə) cavabdeh arasında alqısatqı müqaviləsinin bağlanmasının təsdiq edilməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçılardan İddiaçı2 tərəfindən inşa edilmiş 150 kv.m tikilinin 50 kv.m-nin cavabdehin mülkiyyətində olan bağ sahəsinin başqa hissəsinə düşməsi barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təsdiq olunur. Bu səbəbdən də, həmin qətnamə ilə tikilinin bu hissəsinin İddiaçı2 öz hesabına sökülməsi qərara alınmış, eləcə də iki bağ arasında olan keçid yolunun açılması barədə məhkəmə qət etmişdir. Ancaq sonradan, hazırki iş üzrə cavabdeh qanunsuz olaraq, İddiaçı2 məxsus olan tikilinin hamısını bütövlükdə hasara alaraq, özünün mülkiyyətində olan torpaq sahəsini özbaşına və qanunsuz olaraq sahəsini artırmaq yolu ilə tikilinin hamısını mənimsəmişdir. Bu isə onu bildirir ki, Cavabdeh bağ sahəsinə tikilinin 50 kv.m-i düşürdüsə, hal-hazırda Elçin tikilinin yerdə qalan 100 kv.m hissəsini də bütövlükdə qanunsuz hasara almaqla mənimsəmişdir. Ancaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bir daha təsdiq olunmuşdur ki, göstərilən tikili, hansı ki ümumi sahəsi 150 kv.m olmuşdur, İddiaçı2 tərəfindən inşa edilmişdir. Tikilini bütövlükdə qanunsuz və əsasız olaraq öz bağ sahəsinin hüdudlarından kənara çıxmaqla hasara aldıqdan sonra, Cavabdeh müvafiq ərizə ilə Xəzər rayon İcra Şöbəsinə müraciət edərək icra işinin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda, hazırki iddia ərizəsində verilmiş iddia tələbi kimi, 50 kv.m hissəsinin sökülməsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qərar çıxarılması istənilmişdir. Tikilinin 100 kv.m hissəsinin Elçinə aid olmayan ərazidə olması səbəbindən onunla bağlı vaxtı ilə mübahisə olmamışdır. Bunun üçün də tikilinin ümumilikdə 150 kv.m olduğunu nəzərə alaraq, tikilinin tam şəkildə sökülməsi və bununla bağlı da cavabdehin buna şərait yaratması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi barədə üzərinə öhdəlik qoyulmalıdır. Çünki göstərilən tikili qanunsuz olaraq Cavabdeh tərəfindən hasara alınaraq mənimsənilmişdir. Ancaq həmin tikliliyə qoyulmuş xərclər, tikinti zamanı istifadə olunan tikinti materialları və ümumilikdə bütün xərclər İddiaçı2 tərəfindən çəkilmişdir. Odur ki, tikilinin sökülməsi iddiaçılardan İddiaçı2 marağında olduğundan və söküntünün də onun öz hesabına aparılaraq orada olan tikinti materialarını götürməsi üçün şəratin yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunan tikilnin sökülməsində digər məqsəd, Xəzər Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli qətnaməsi ilə qət edilmiş keçid yolunun açılmasının təmin olunmasıdır. Əgər qeyd olunan söküntü həyata keçirlərsə, həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunacaq, həm də iddiaçıya aid olan tikinti materiallarının ona qaytarılması təmin olunacaqdır. Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsində mülkiyyət hüquqlarına toxunan hissədə cavabdeh tərəfindən inşa edilmiş hasarın onun hesabına sökülməsi, zəbt olunmuş sahənin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AN-1 № ******* saylı 12 mart 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi X19 Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivində yerləşən 0.12 ha ərazisi olan 258 saylı bağın 0.105 ha ərazisini və həmin ərazidə yerləşən 16.7 kvadrat metr yaşayış və 6.2 kvadratmetr yardımçı sahəsi olan bağ evini 15.000 manata ona satmışdır. Bağ sahəsinin 1.050 kvadrat metrini alqı-satqı yolu ilə almış, yerdə qalan 52 kvadrat metri isə Mürsəlov Paşanın mülkiyyətində olmuşdur. Daha sonra 258 saylı bağ sahəsinin yerdə qalan 0,0150 ha torpaq sahəsini də alqı-satqı yolu ilə aldıqdan sonra həmin bağ sahəsinin ölçüsü 0,1050 ha dan 0,12 ha qədər artmış və bunula əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli çıxarış əldə etmişdir. Qeyd edir ki, iddiaçı Cavabdehlər X8, İddiaçı2 və X16 qarşı "bağın boşaldılması, yığılmış kirayə haqqının qaytarılması, qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş ərazinin qaytarılması, yolun açılması" tələbinə dair iddiası üzrə çıxarılmış 2(003)- 136/2016 saylı 15 fevral 2016-cı il tarixli Qətnaməsinə əsasən cavabdeh X2 Elçin Əsəd oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağda yerləşən 16.7 kv.m yaşayış və 6.2 kv.m yardımçı sahəsi olan bağ evindən və bağın 0,105 ha torpaq sahəsindən çıxarılması, cavabdeh İddiaçı2 tərəfindən bağ sahəsinin zəbt edilmiş 44 kv.m hissəsi boşaldılması və həmin bağ sahəsinin ərazisinin yaxınlığında İddiaçı2 tərəfindən inşa edilmiş tikilinin 50 kv.m hissəsi İddiaçı2 şəxsi vəsaiti hesabına sökülməsi, Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 258 saylı bağ evinin texniki pasportunda və 12 mart 2014-cü il tarixli bölgü sxeminə əsasən bağın yan hissəsi ilə gedən keçid yolu tam şəkildə açılması qət edilmişdir. Sözü gedən iş icra olunması üçün aidiyyəti orqana göndərilərkən inşa edilmiş tikilinin 50 kv.m hissəsinin sökülməməsi razılığa gəlinmiş və bunun üçün ödəniş edilmiş, ondan sonra X19 ilə alqı-satqı müqaviləsi bağlanmış, əlavə hissəsi alınmışdır. Hazırda sözü gedən hissə mülkiyyət hüququ ilə mənə məxsusdur. Qeyd edir ki, cavabdehlər ona məxsus bağ sahəsinin bir hissəsini zəbt edərək oranı hasarlamış, bu günə qədər olan tələblərinə baxmayaraq həmin hissəni ona təhvil vermirlər. Adı çəkilən mübahisə ilə bağlı işə baxarkən torpaq sahəsi faktiki hasara alınmadığından Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağ sahəsi 258 saylı bağ sahəsi faktiki ərazisini müəyyən etmək mümkün olmamışdır. Hazırda bağ sahəsi hasara alındığından bağ sahəsinin faktiki ərazisini müəyyən etmək olar və bu zaman cavabdehlərin onun bağ sahəsinin müəyyən hissəsinin zəbt edildiyi müəyyən olunar. Xəzər Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş 2(003)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində İddiaçı2 tərəfindən tikilmiş 150 kv.m tikilinin bütövlükdə İddiaçı2 öz hesabına sökülməsi, söküntüdən sonra orada istifadə edilmiş bütün tikinti materiallarının İddiaçı2 tərəfindən götürülərək aparılması, bu hərəkətlərin (həm söküntünün, həm də söküntüdən sonra tikinti materiallarının götürülüb aparılmasının) yerinə yetirilməsi zamanı buna şərait yaradılması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə ilkin iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən Cavabdeh məxsus 258 saylı bağ sahəsində inşa edilmiş tikilinin 50 kv.metrinin sökülməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzər iddiaçıların, qarşılıqlı iddia tələbi üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı etiraf etməyərək təmin edilməməsini xahiş etdi. İzahatında bildirdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh məxsus torpaq sahəsinin 44 kv.m hissəsinin icra icraatı zamanı ilkin iddiaçılar həmin torpaq sahəsi almışlar. Bununla bağlı Cavabdeh 2017-ci il tarixli müvafiq qəbzdə həmin torpaq sahəsinə dair 1600 manat pulu aldığını bildirmişdir. Həmin məhkəmə qətnaməsi çıxarılan zaman torpaq sahəsi hasara alınmamışdır. Daha sonra Cavabdeh torpaq sahəsini hasara almış və bu zaman ilkin iddiaçılar tərəfindən inşa edilmiş 150 kv.metr tikilini bütövlükdə zəbt etmişdir. İşin hallarındandan isə görünür ki, Cavabdeh, əlavə ona məxsus olmayan torpaq sahəsini zəbt edərək öz torpaq sahəsinə qatmışdır və ilkin iddiaçılara məxsus tikili həmin zəbt edilmiş torpaq sahəsində yerləşir. Tikilinin ilkin iddiaçılar tərəfindən inşa edilməsi halı isə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı qətnaməsi ilə müəyyən edilmişdir. İddia müddəti ilə bağlı bildirmişdir ki, mübahisə predmeti mülkiyyət hüququ ilə bağlıdır. Qanunvericilikdə isə mülkiyyət hüququ ilə bağlı müddətin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı1 ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı etiraf etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında qaşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh ilkin iddianı etiraf etməyərək təmin edilməməsini, qarşılıqlı iddiasını müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, ekspert rəyi ilə müəyyən edilmiş 6 kv.metr torpaq sahəsi ona məxsus torpaq sahəsidir və o, həmin torpaq sahəsinin qaytarılmasını tələb edir. İlkin iddiaçılar tərəfindən sökülməsi tələb olunan ona məxsus torpaq sahəsində yerləşən tikilinin neçə kvadrat metr olmasını bilmir. Ona məxsus torpaq sahəsini əhatə edən hasar həmin tikiliyə birləşdirilmişdir. Məhkəmə iclasında qaşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı etiraf etməyərək təmin edilməməsini, qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və qarşılıqlı iddia ərizəsinin, ilkin iddia ərizəsinə etirazına (mülahizəsinə) uyğun izahat verdi. Eyni zamanda ilkin iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsinin Cavabdeh tərəfindən iddiaçılar Pərixanım Veysəl qızı və İddiaçı2 alqı-satqı müqaviləsi ilə satılmasının (müqavilənin bağlanmasının) təsdiq olunması hissəsində iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dinlənilmiş iş üzrə mütəxəssis rəyi vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X27 bildirmişdir ki, onun tərəfindən verilmiş rəy hər iki torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmiş koordinatlar əsasında verilmişdir. Mütəxəssis rəyində göstərilmiş zəbt olunan 6 kv.metr hissə İddiaçı1 məxsus torpaq sahəsində inşa edilmiş yaşayış evinin arxa hissəsinə düşən hissəsi təşkil edir. Yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə 44 kv.metr torpaq sahəsinə daxildir. Həmçinin bildirmişdir ki, mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən Cavabdeh istifadəsində olan 237 m2 metr torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir, yəni həmin torpaq sahəsi kiminsə adına qeydiyyata alınmamışdır. İş üzrə mübahisə predmetinə daxil olan sökülməsi tələb olunan tikilinin bir hissəsi həmin Cavabdeh tərəfindən zəbt olunmuş 237 m2 metr torpaq sahəsində yerləşir. Həmin zəbt olunan torpaq sahəsi ərazidə olan keçid yolunun üzərinə düşür. Ərazidə hazırda mövcud olan keçid yolu isə başqa şəxsə məxsus torpaq sahəsinin bir hissəsidir. Əlavə olaraq bildirdi ki, Cavabdeh ünvan 1nə 2018-ci ildə çıxarış verilən zaman torpaq sahəsinə dair yeni texniki pasport verilməmişdir. Hazırda torpaq sahəsinin dövlət reyestrində alınmış koordinatlarla torpaq sahəsinə dair əvvəlki texniki pasportda olan koordinatlar əsasında fərqlilik mövcuddur. Onun tərəfindən verilmiş mütəxəssis rəyi isə məhz hazırda mövcud olan baza məlumatları əsasında verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan: -hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 259 saylı bağ sahəsi (0.12 ha torpaq sahəsi) İddiaçı1 xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsi (0.12 ha torpaq sahəsi) xx.xx.2018-ci il tarixdə Cavabdeh oğlunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. -AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X19 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.9 kv/m olan bağ evinin yerləşədiyi, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.015 ha hissəsini – alıcı Cavabdeh satmış, ümumi sahəsi 22.9 kv.m olan bağ evi və torpaq sahəsinin 0.105 ha hissəsi xx.xx.2014-cü il tarixli 4Ə-34 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 2(003)-136/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək cavabdeh X6 Cavabdeh məxsus Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 258 saylı bağda yerləşən 16.7 kv.m yaşayış və 6.2 kv.m yardımçı sahəsi dan bağ evindən və bağın 0,105 ha torpaq sahəsindən çıxarılması, cavabdeh İddiaçı2 tərəfindən bağ sahəsinin zəbt edilmiş 44 kv.m hissəsinin boşaldılması və həmin bağ sahəsinin ərazisinin yaxınlığında İddiaçı2 tərəfindən inşa edilmiş tikilinin 50 kv.m hissəsimim İddiaçı2 şəxsi vəsaiti hesabına sökülməsi, Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 258 saylı bağ evinin texniki pasportunda və 12 mart 2014-cü il tarixli bölgü sxeminə əsasən bağın yan hissəsi ilə gedən keçid yolu tam şəkildə açılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı Cavabdehlər X8, İddiaçı2 və X16 qarşı iddia ərizəsi (iddia tələbinin həcminin artırılmasına dair ərizə) ilə müraciət edərək cavabdeh X6 ona məxsus Xəzər rayonu Xaşa-Xuna bağ massivi 258 saylı bağda yerləşən 16.7 kv.m yaşayış və 6.2 kv.m yardımçı sahəsi olan bağ evindən çıxarılması, 12 mart 2014-cü il tarixdən başlayaraq qətnamə qəbul olunan tarixədək hər ay 200 manatdan hesablanaraq evinin kirayə haqqının X4 tutularaq ona ödənilməsi, cavabdeh İddiaçı2 tərəfindən zəbt edilmiş ərazilərin və orada inşa edilmiş yarım tikilinin cavabdeh İddiaçı2 şəxsi vəsaiti hesabına sökülərək boşaldılması, 258 və 258 a saylı bağ arasında olan mərz Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərzi İdarəsinin 02 may 2013-cü il tarixli **********18011301 saylı reyestr nömrəsi ilə verilmiş texniki pasporta əsasən bölünməsi, həmin texniki pasporta və bölgü sxeminə əsasən bağının yan hissəsi ilə gedən yolun tam şəkildə açılması, AN-İN № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ona satılmış Xəzər rayonu Xaşa-Xuna bağ massivi 258 saylı 0,105 ha ərazisi olan bağın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin həmin qətnamədən müəyyən olunmuşdur ki, X19 Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massiviində yerləşən 0.12 ha ərazisi olan 258 saylı bağın 0.105 ha ərazisini və həmin ərazidə yerləşən 16.7 kvadmetr yaşayış və 6.2 kvadratmetr yardımçı sahəsi olan bağ evini 15.000 manata Cavabdeh satmışdır. Daha sonra, iddiaçı Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivində yerlə 0.12 ha ərazisi olan 258 saylı bağ evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, yoxlamaölçü işlərinin aparılması ilə əlaqədər mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, təqdim edilmiş bölgü sxemi düzgün tərtib edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin 27 oktyabr 2015-ci il tarixli rəyinə və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2015-ci il tarixli 18929 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağ sahəsi 258 saylı bağ sahəsinin ərazisinin yaxınlığında inşa edilmiş tikilinin 50 kv.m hissəsi həmin bağın sahəsinə düşür. Aparılmış tikilinin sahibini müəyyən etmək mümkün olmamışdır və həmin tikili iddiaçının təqdim etdiyi texniki pasportda yoxdur. Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağ sahəsi 258 saylı bağ sahəsinin qanunsuz tikili altında 50 kv.m ərazisi var. Məhkəmə iclasında müəyyən edildi ki, həmin 50 kv.m tikili İddiaçı2 tərəfindən tikilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 3944/2016 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 2(003)-136/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon icra şöbəsinin icra məmuru Qulam İsmayılzadə tərəfindən Xəzər Rayon Məhkəməsinə 2(003)-136/2016 saylı, xx.xx.2016-cı il icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. -Xəzər rayon İcra şöbəsinə ünvanlanmış Cavabdeh xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, həmin ərizədə X12 ilə aralarında olan razılaşmaya əsasən tələb olunan zəbt olunmuş 44 kv.m torpaq sahəsi üçün tərəfindən 1600 manat pulu almış və gələcəkdə Xəzər Rayon Məhkəməsinə 2(003)-136/2016 saylı, xx.xx.2016-cı il icra sənədində boşaldılması qeyd olunan 44 kv.m torpaq sahəsi ilə əlaqədar heç bir tələbinin olmayacağını bildirmiş və həmin hissədə icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. -Cavabdeh tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli qəbzin surətindən görünür ki, həmin qəbzdə qeyd olunmuşdur ki, Cavabdeh X5 zəbt olunmuş 44 kv.m torpaq sahəsi üçün 1600 manat pulu almışdır. - Xəzər rayon İcra şöbəsinə ünvanlanmış Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, həmin ərizədə tərəflər arasında tam razılaşma olduğunu bildirmiş və icra sənədinin “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən geri qaytarılması xahiş etmişdir. -Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinə 2(003)-136/2016 saylı, xx.xx.2016-cı il icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2024cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən, 0.12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş bir mərtəbəli, bir otaqlı, 16.7 kv.m yaşayış, 6.2 kv.m köməkçi sahədən ibarət 258 saylı bağ evi keçmiş X7 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.2003-cü il tarixli 3925 saylı bağın istifadəyə verilməsi haqqında müqavilə və X31 kitabında xx.xx.2009-cu il tarixdə 13281 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X17 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş 2V-03-961 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında sözügedən bağ evi və mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə X6, X14 və X15 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə/01-13 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 258 saylı bağ evi və 0.12 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X13 adına qeydiyyata alınmışdır. Bakı şəhərinin notariusu X24 tərəfindən təsdiq edilmiş 4Ə-02/341 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-şatqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 0.12 hektar torpaq sahəsinin 0.015 hektar hissəsini X19 öz mülkiyyətində saxlamaqla, həmin torpaq sahəsinin 0.105 ha hissəsi və ümumi sahəsi 22.9 kv.m olan bağ evi Cavabdeh mülkiyyətinə verilmişdir. Daha sonra Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-197 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 258 saylı bağ evinin yerləşdiyi ümumi sahəsi 0.12 ha olmuş torpaq sahəsinin 0.015 ha hissəsi də Cavabdeh mülkiyyətinə verilmişdir. Həmin alqı-satqı müqavilələri əsasında ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 22.9 kv.m olan bağ evi tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh oğlnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Həmçinin bildirilmişdir ki, sözügedən bağ evi və yerləşdiyi torpaq sahəsi Xaşa-Xuna bağ massivi ərazisi olmaqla yaşayış məntəqəsi torpaqlarıdır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, arxiv torpaqayırma (kadastrı planı) sənədlərinə və vahid elektron kadastr baza məlumatlarında koordinatlara əsasən torpaq sahəsinin 50.0 kv.m hissəsi faktiki olaraq İddiaçı1 tərəfindən hasarlanaraq istifadə edilməkdədir. İddiaçı1 tərəfindən inşa edilmiş yaşayış evinin 6.0 kv.m hissəsi əlavə istifadə olunan torpaq sahəsində yerləşir. Qeyd olunanlarla bağlı torpaq sahələrinin koordinatlarını əks etdirən izahlı sxem əlavə olunmuşdur. Həmin rəyə əlavə edilmiş sxemdən görünür ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi 2400 kv.m, tərəfindən əlavə istifadə edilən torpaq sahəsi 50 kv.m təşkil edir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 1200 kv.m, əlavə istifadəsində olan torpaq sahəsi isə 237 kv.m təşkil edir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/4672 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsi yuxarıda qeyd olunan mütəxəssis rəyinə uyğun olmuşdur. Yəni arxiv torpaqayırma (kadastrı planı) sənədlərinə və vahid elektron kadastr baza məlumatlarında koordinatlara əsasən torpaq sahəsinin 50.0 kv.m hissəsi faktiki olaraq İddiaçı1 tərəfindən hasarlanaraq istifadə edilməkdədir. İddiaçı1 tərəfindən inşa edilmiş yaşayış evinin 6.0 kv.m hissəsi əlavə istifadə olunan torpaq sahəsində yerləşir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İlkin iddia tələbi üzrə iddiaçıların, qarşılıqlı iddia tələbi üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddiaya etiraz təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində məhkəməni yayındırmağa və aldatmağa çalışmışdır. Belə ki, Cavabdeh öz qarşılıqlı iddia ərizəsini onunla əsaslandırır ki, vaxtı ilə Xəzər ravon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində göstərilən 50 kv.m hissəsinin sökülməsi barədə razılığa gəlmişlər. Ancaq tərəflər arasında razılaşma 50 kv.m hissə üzrə deyil, 44 kv.m hissənin hazırki iddiaçılar tərəfindən alınması ilə əlaqədardır. Belə ki, hazırki iş üzrə Cavabdeh ilk əvvəl iddia ərizəsi ilə iddiaçılardan İddiaçı2 və digər şəxslərə qarşı Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələblərindəndə biri, İddiaçı2 tərəfindən Cavabdeh məxsus olan bağ sahəsinin 44 kv.m hissəsinin zəbti ilə bağlı olmuşdur. Nəticədə, Xəzər rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(003)-136/2016 nömrəli qətnaməsi ilə Cavabdeh məxsus olan bağ sahəsinin 44 kv.m hissəsinin İddiaçı2 tərəfindən boşadılması qət olunmuşdur. Daha sonra, qətnamədən şikayət verilmiş olsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-3944/2016 nömrəli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və ondan da şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. Qətnamə icra olunması üçün icra icraata daxil olmuş və müvafiq icra işi başlanmışdır. İcra hərəkətlərinin keçirildiyi vaxtlarda, Cavabdehla İddiaçı2 danışıqlar apararaq, zəbt olunmuş 44 kv.m torpaq sahəsinin dəyəri pul ilə ödənilməklə Elçindən alınması barədə hər iki tərəf razılaşmışlar. Buna görə də Cavabdeh icra işinin həmin hissədə məhkəməyə qaytarılmasını xahiş etmişdir (bu barədə həm iddia ərizəsində açıqlama verilmiş, həm də bunu təsdiq edən müvafiq sənədlər əlavə olunmuşdur). Ancaq Cavabdeh uzun müddətdir ki, qeyd olunan torpaq sahəsinin iddiaçıların hər hansı birinin adına rəsmiləşdirilməsindən imtina etməklə yayınır. Bunun üçün də, iddiaçılar qeyd olunan torpaq sahəsinin ümumi anlamda onların adlarına rəsmiləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə olan halda, cavabdeh də özünün bu hərəkətlərini örtbasdır etmək üçün qarşılıqlı iddia ərizəsində bu qaydada göstərmişdir. Xəzər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində göstərilən 50 kv.m sahədə ilkin İddiaçı2 tərəfindən tikilmiş, ümumi sahəsi 150 kv.m olan tikilinin 50 kv.m hissəsinin də Cavabdeh aid olan torpaq sahəsinə düşən 50 kv.m hissəsinin sökülməsi bu günə qədər də icrasız olaraq qalmışdır. Yuxarıda qeyd etdikləri kimi, tikilinin sökülməsi ilə bağlı icra işinin geri qaytarılması barədə X35 rayon İŞ-nə müvafiq qaydada ərziə ilə müraciət etmişdir. Ona görə ki, İddiaçı2 tərəfindən tikilmiş 150 kv.m tikilinin yalnız 50 k/m hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə düşməsinə baxmayaraq sonradan məhkəmənin qətnaməsi icra olunarkən, Cavabdeh özbaşına olaraq, qanunsuzluq edərək, tikilinin yerdə qalan 100 kv.m hissəsini də zəbt edərək hasara almışdır. Bununla da İddiaçı2 məxsus olan 150 kv.m tikili tam şəkildə Cavabdeh tərəfindən zəbt olunmaqla mənimsənilmişdir (bu barədə iddia ərizəsində və eləcə də, sonradan tərəflərindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədə ətraflı olaraq göstərilmişdir). Buna görə də İŞ-nə ərizə verərək, "İcra haqqında" AR-nın Qanununun 23-cü maddəsinin tələbləri əsasında icra sənədinin geri qaytarılmasını istəmişdir. Əgər belə bir hal varsa və bu da təkzib olunmaz sənədlərlə öz təsdiqini tapırsa, deməli Cavabdeh qəsdən, bilə-bilə və məhkəməni də aldatmaqdan çəkinmədən öz qarşılıqlı iddia ərizəsində bu qaydada qeyd etmişdir. Bu azmış kimi, qarşılıqlı iddia ərizəsində iddiaçı "Qeyd edim ki, cavabdehlər ona məxsus bağ sahəsinin bir hissəsini zəbt edərək oranı hasarlamış, bu günə qədər olan tələblərinə baxmayaraq həmin hissəni ona təhvil vermirlər" barədə məhkəməyə bildirir. Ancaq burada Cavabdeh ona məxsus olan torpaq sahəsinin hansı hissəsinin və nə qədər sahə olması barədə bildirmir. Bu da təbiidir, çünki həmin isitinad etmək istədiyi torpaq sahəsi məhz elə 44 kv.m olan hissədir. Bu barədə də iş materiallarındakı sənədlərdən açıq şəkildə görünür ki, həmin hissənin əvəzi olaraq Cavabdeh pul ödənilmişdir. Digər tərəfdən, çox maraqlıdır ki, icra icraatında bununla bağlı Cavabdeh özünün qəbzə imza atmaqla pulu götüməsi barədə, eləcə də sonradan həmin hissədə icra işinin geri qaytarılması barədə ərizəsi də vardır. Bundan sonra həmin vaxtdan bu günə qədər 6 (altı) il keçmişdir və Cavabdeh da bununla bağlı heç bir iddia və ya tələb irəli sürməmişdir. Lakin hazırki iş üzrə ilkin iddiaçılar belə bir tələb irəli sürən kimi, Cavabdeh da həmin məsələni ortaya atmaqla, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bu xüsusatlar barədə həm vaxtı ilə Xəzər rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədə, hansı ki həmin qətnamə artıq qanuni qüvvəyə minmiş və icra icraatında olmuşdur, həm hazırki iş üzrə verilmiş ilkin iddia ərizəsində və ona qoşma kimi əlavə olunmuş sənədlərlə, həm də qarşılıqlı iddia ərizəsinin mahiyyətindən bəlli olur ki, Cavabdeh verdiyi iddia tam əsasız və ancaq ilkin iddia tələbləri barədə mahiyyətini məhkəmənin nəzərindən qaçırtmaq və mübahisənin əsaslarını kənarlaşdırmaqdır. Bununla belə, iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi cəmi bu iki əsasdan başqa əsaslara söykənməmiş və ərizənin ancaq ikinci səhifəsinin birinci və ikinci abzaslarında bu əsaslar göstərilmişdir. Digər səhifələrdə və orada qeyd olunmuş müddəaların hamısı qanunvericiliyin normalarının sadalanması, birinci səhifədə də vaxtı ilə çıxarılmış məhkəmə qərarı barədə məlumatların verilməsiindən başqa bir tutarlı hüquqi tərəflər qarşılıqlı iddia ərizəsində göstərilməmişdir. Odur ki, qarşılıqlı iddia ərizəsi üzrə olan tələb tam əsassız olduğundan rədd olunmalıdır. Qaşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilkin iddiaya etirazında (mülahizəsində) bildirmişdir ki, iddia tələbinin birinci hissəsi Cavabdeh məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsinin Cavabdeh tərəfindən iddiaçılar Pərixanım Veysəl qızı və İddiaçı2 alqı-satqı müqaviləsi ilə satılmasının (müqavilənin bağlanmasının) təsdiq olunmasıdır. İş materillarına əlavə olunmuş ərizədən görünür ki, tərəflər 2(003)-136/2016 saylı 15 fevral 2016-cı il tarixli qətnaməsi üzrə icra vərəqəsinin geri qaytarılamsı ilə bağlı razılığa gəlmiş və tərəflər arasında ödəniş məhz icra vərəqəsinin geri qaytarılması üçün olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçıların ümumiyyətlə Cavabdeh həmin vaxtdan hazırkı iddia verilənədək alqı-satqı müqaviləsinin bağlanması üçün notariat ofisinə müraciət etməsi müəyyən olunmamışdır. Halbuki icra işində ərizə tərtib olunan zaman bir çox yerlərdə notariat ofisləri olmuş və tərəflər öz iradələrinin məhz alqı-satqı olduqlarını bildirməkdən ötrü notariat ofislərinə müraciət edə bilərdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə daşınmaz əmlak barədə alqı-satqı müqaviləsi notariat qaydada bağlanmalıdır. (AR MM-nin 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr əsas hesab olunur). Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İddia tələbinin ikinci hissəsi Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində İddiaçı2 tərəfindən tikilmiş 150 kv.m tikilinin bütövlükdə İddiaçı2 öz hesabına sökülməsi, söküntüdən sonra orada istifadə edilmiş bütün tikinti materiallarının İddiaçı2 tərəfindən götürülərək aparılması, bu hərəkətlərin (həm söküntünün, həm də söküntüdən sonra tikinti materiallarının götürülüb aparılmasının) yerinə yetirilməsi zamanı buna şərait yaradılması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasıdır. Hesab edir ki, iddia bu hissədə də təmin oluna bilməz və iddiaya bu hissədə xitam verilməlidir. Belə ki, həmin hissə 2(003)-136/2016 saylı 15 fevral 2016-cı il tarixli qətnaməsinin predmeti olmuş, iddiaçılar sadacə həmin qətnamənin predmetinə formal düzəliş verməklə iddianın əsaslı olması görünüşünü vermişdir. Əslində isə mübahisə bu hissədə eyni tərfələr arasında eyni predmet barəsində və eyni əsaslar üzrədir. Bundan başqa Cavabdeh bağ sahəsinin 1.050 kvadrat metrini alqı-satqı yolu ilə almış, yerdə qalan 52 kvadrat metri isə Mürsəlov Paşanın mülkiyyətində olmuşdur. Daha sonra 258 saylı bağ sahəsinin yerdə qalan 0,0150 ha torpaq sahəsini də alqı-satqı yolu ilə aldıqdan sonra həmin bağ sahəsinin ölçüsü 0,1050 hadan 0,12 ha qədər artmışdır. Beləliklə həmçinin Cavabdeh hazırkı iddia tələbində irəli sürülən və söküntüsünü tələb etdikləri sahəni də həmin vaxt Mürsəlov Paşadan almışdır. Hesab edir ki, həmçinin tələb bu hissəsinə cavab verməli olan şəxs Cavabdeh deyildir. İddiaçılar pozulmuş hüquqları ilə bağlı Mürsəlov Paşaya qarşı iddia tələbi ilə müraciət edə bilərlər. Qaşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin tətbiq olunmasına dair ərizə ilə müraciət edərək İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmasının təsdiq edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması, tikilinin öz hesabına sökülməsi, söküntüdən sonra istifadə edilmiş materiallarının götürülməsi” tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ilkin tələb üzrə iddia müddəti tətbiq edilməlidir. İddia tələbinin birinci hissəsi Cavabdeh məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivi, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsinin Cavabdeh tərəfindən iddiaçılar Pərixanım Veysəl qızı və İddiaçı2 alqı-satqı müqaviləsi ilə satılmasının (müqavilənin bağlanmasının) təsdiq olunmasıdır. İş materillarına əlavə olunmuş ərizədən görünür ki, tərəflər 2(003)-136/2016 saylı 15 fevral 2016-cı il tarixli qətnaməsi üzrə icra vərəqəsinin geri qaytarılması ilə bağlı razılığa gəlmiş və tərəflər arasında ödəniş xx.xx.2017-ci il tarixdə olmuş, hazırki iddia tələbi ilə ilkin iddiaçılar xx.xx.2023-cü il tarixdə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı tələb üzrə alqı-satqının bağlanmış hesab edilməsinə dair hissə daşınmaz əşyalarla bağlı müqavilə tələbi olduğundan tərəfin məhkəməyə müraciət etmək üçün lazım olan müddəti keçdiyindən məhkəmə iddiadan imtina etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə ilkin iddia tələbi üzrə İddiaçı1 məxsus və qarşıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 258 və 259 saylı bağ sahələrində yerində müayinə aparılmışdır. Yerində müayinə zamanı müəyyən olunur ki, ilkin iddia tələbi üzrə mübahisə predmeti olan 150 kv.metr olan tikili (yarımtikili) hazırda ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlıq iddia tələbi üzrə iddiaçı Cavabdeh istifadəsində olan torpaq sahəsində yerləşir və həmin torpaq sahəsinin maqistral yol tərəfinə düşən hissəsinin hasarına bitişikdir. Həmçinin ilkin iddia tələbi üzrə mübahisə predmetinə daxil olan 258 saylı bağ sahəsinin 44 kv.metr hissəsi hazırda ilkin iddia tələbi üzrə iddiaçılar qaşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 istifadəsindədir. Qarşılıqlı iddia tələbi üzrə mübahisə predmetinə daxil olan hasar İddiaçı1 və İddiaçı2 istifadələrində olan evin arxa hissəsində olan torpaq sahəsi ilə Cavabdeh məxsus 258 saylı bağ sahəsini qonşu sahələrə ayıran hasardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. -238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -393-ci maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. -393-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. -646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. -101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk öncə ilkin iddiaya qiymət verərək qeyd edir ki, bu iddia Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən Cavabdeh məxsus 258 saylı bağ sahəsində inşa edilmiş tikilinin 50 kv.metr hissəsindən başqa digər hissəsi İddiaçı2 öz hesabına sökülməsi, söküntüdən sonra orada istifadə edilmiş bütün tikinti materiallarının İddiaçı2 tərəfindən götürülərək aparılması, bu hərəkətlərin (həm söküntünün, həm də söküntüdən sonra tikinti materiallarının götürülüb aparılmasının) yerinə yetirilməsi zamanı buna şərait yaradılması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi öhdəlikləri Cavabdeh üzərinə qoyulması hissəsində əsaslı, digər hissələrdə isə əsassızdır. Belə ki, ilkin iddiada mülkiyyət hüquqi ilə Cavabdeh məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsinin Cavabdeh tərəfindən iddiaçılar Pərixanım Veysəl qızı və İddiaçı2 alqı-satqı müqaviləsi ilə satılmasının (müqavilənin bağlanmasının) təsdiq olunması və həmin torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının tanınması barədə tələb irəli sürülsə də və bu tələb əvvəlki tərəflər arasında mövcud olmuş mübahisə əsasında qəbul olunmuş məhkəmə qətnaməsinin icrası zamanı həmin 44 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən satılması halına əsaslandırılsa da məhkəmə araşdırılması zamanı Cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin bir hissəsini təşkil edən 44 kv.m torpaq sahəsinin ilkin iddiaçılara satılması halı müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-136/2016 saylı qətnaməsinə əsasən sözügedən 44 kv.m torpaq sahəsinin İddiaçı2 tərəfindən boşaldılması qət edilmiş və bu qətnamənin icrası zamanı Cavabdeh tərəfindən X5 1600 manat pul alınmış, sonda Cavabdeh X12 ilə aralarında icra sənədi üzrə razılaşmanın mövcud olmasının bildirməsi və icra sənədinin geri qaytarılmasının xahiş etməsi barədə ərizəsi əsasında Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-136/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədi məhkəməyə geri qaytarılmışdır. Lakin mübahisə predmetinə daxil olan 44 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən ilkin iddiaçıların mülkiyyətinə verilməsi barədə məhkəməyə bu halın təsdiq olunması üçün mötəbər sübutlar təqdim edilməmişdir. Yuxarıda sadalan mülki qanunvericiliyin tələblərindən göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisi tərəfindən başqa şəxsin mülkiyyətinə verilməsi üçün bu barədə iki tərəfli müqavilə bağlanmalı və bu müqavilə notarial qaydada təsdiq edilməlidir. İş üzrə isə yalnız Cavabdeh tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 44 kv.m torpaq sahəsinə dair 1600 manat pulun alınması və bu torpaq sahəsinə dair gələcəkdə tələbinin olmaması barədə ərizəsinin və tərəfindən pulun alınması barədə qəbz mövcuddur ki, həmin ərizənin və qəbzin ona məxsus torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətinə verilməsini təsdiq edən sənədlər kimi qəbul edilməsini məhkəmə mülki qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisə predmetinə daxil olan həmin 44 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə hər iki tərəfin iradə ifadəsini əks etdirən hər hansı bir sövdələşmənin (şifahi və ya yazılı forma müqavilənin bağlanmasının) mövcud olması və bu razılaşmanın sonradan həyata keçirilməsinin mümkün olmaması mülkiyyətçinin (Cavabdeh) hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi ilə nəticələnməsi işin araşdırılmış halları ilə müəyyən edilməmiş və bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddiaçılar tərəfindən Cavabdeh məxsus olan torpaq sahəsinin 44 kv.m hissəsinin onlara satılmasının təsdiq olunması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınması barədə tələbləri əsassızdır və iddia bu hissədə təmin edilməməlidir. Həmçinin bu zaman məhkəmə, ilkin iddia tələbi üzrə iddiaçıların Cavabdeh məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsinin 44 kv.m hissəsinin Cavabdeh tərəfindən onlara alqı-satqı müqaviləsi ilə satılmasının (müqavilənin bağlanmasının) təsdiq olunması və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqlarının tanınması barədə tələblərinin əsaslı olmasının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, bu hissədə iddia müddətinin tətbiq edilməsi barədə qaşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizəsinə qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə, ilkin iddia tələbinin digər hissəsinə qiymət verərək hesab edir ki, qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-136/2016 saylı qətnaməsi ilə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 258 saylı bağ sahəsində inşa edilmiş tikilinin (yarımtikili) İddiaçı2 tərəfindən inşa edilməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin tikili ilə bağlı ər-arvad olan ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və Həbibov X10 Elçin Əsəd oğluna qarşı iddia irəli sürməkdə haqlı olmuşlar və bu tikilidə istifadə olunan materiallar onların mülkiyyəti hesab edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, həmin tikilinin bir hissəsinin, yəni 50 kv.metr hissəsinin Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-136/2016 saylı qətnaməsi ilə İddiaçı2 tərəfindən öz hesabına sökülməsi qət olunduğundan və bu hissədə iş üzrə icraata xitam verildiyindən ilkin iddia tələbi üzrə iddiaçıların bu hissədə tələbləri qismən əsaslıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, həmin tikilinin digər hissəsi hazırda dövlət reyestrindən qeydiyyatdan keçmiş Cavabdeh məxsus torpaq sahəsində deyil, onun tərəfindən zəbt edilmiş əlavə istifadəsində olan 237 kv.m torpaq sahəsində yerləşir. Həmin tikilinin isə ümumilikdə 150 kv.metr olması ilə bağlı isə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə, tikilinin İddiaçı2 tərəfindən inşa edilməsinin mübahisələndirilməsinin yol verilməzliyini, yəni həmin tikilinin onun tərəfindən inşa edilməsini artıq məhkəmə qətnaməsi ilə müəyyən edilməsini, bu halda isə həmin tikilidə istifadə olunmuş materialların mülkiyyətçisinin ilkin iddiaçılar hesab edildiyini, bununla da həmin tikilinin ölçüsünün nə qədər təşkil etməsi əhəmiyyət kəsb edən haldan ibarət olmamasını, həmçinin həmin tikilinin sökülməsində və tikintidə istifadə olunan materialların daşınmasında Cavabdeh tərəfindən maneçiliyin olmasını, həmin tikintiyə Cavabdeh tərəfindən hər hansı bir əlavələrin inşa edilməməsini (ona məxsus torpaq sahəsində olan hasarın yalnız həmin tikiliyə birləşdirilməsinin müəyyən olunmasını) nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən Cavabdeh məxsus 258 saylı bağ sahəsində inşa edilmiş tikilinin 50 kv.metr hissəsindən başqa digər hissəsi İddiaçı2 öz hesabına sökülməli, söküntüdən sonra orada istifadə edilmiş bütün tikinti materialları İddiaçı2 tərəfindən götürülərək aparılmalı, bu hərəkətlərin (həm söküntünün, həm də söküntüdən sonra tikinti materiallarının götürülüb aparılmasının) yerinə yetirilməsi zamanı buna şərait yaradılması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi öhdəlikləri Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin qarşılıqlı iddiaya münasibətdə hesab edir ki, qarşılıqlı iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 259 saylı bağ sahəsində olan yaşayış evinin arxa hissəsinə düşən hissədə İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsinin bir hissəsi olan 6 kv.metr sahə zəbt edilmişdir. Bu zaman məhkəmə, qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-136/2016 saylı qətnaməsi ilə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsinin zəbt edilmiş 44 kv.metr hissəsinin İddiaçı2 tərəfindən boşaldılmasının qət edilməsini, qarşılıqlı iddianın bu halla bağlı olmamaqla bağ sahəsində hazırda mövcud olan mülkiyyət hüquqlarına toxunan hissədə inşa edilmiş hasarın sökülməsi və zəbt olunmuş sahənin mülkiyyətinə qaytarılmasından ibarət olmasını nəzərə alır. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 259 saylı bağ sahəsində olan yaşayış evinin arxa hissəsinə düşən hissədə İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsinin bir hissəsi olan 6 kv.metr sahə Cavabdeh qaytarılmalı və həmin hissədə inşa edilmiş hasar İddiaçı2 və İddiaçı1 hesabına sökülməlidir. Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən Cavabdeh məxsus 258 saylı bağ sahəsində inşa edilmiş tikilinin 50 kv.metr hissəsindən başqa digər hissəsi İddiaçı2 öz hesabına sökülməli, söküntüdən sonra orada istifadə edilmiş bütün tikinti materiallarının İddiaçı2 tərəfindən götürülərək aparılması, bu hərəkətlərin (həm söküntünün, həm də söküntüdən sonra tikinti materiallarının götürülüb aparılmasının) yerinə yetirilməsi zamanı buna şərait yaradılması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi öhdəlikləri Cavabdeh üzərinə qoyulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ sahəsi, 259 saylı bağ sahəsində olan yaşayış evinin arxa hissəsinə düşən hissədə İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsinin bir hissəsi olan 6 kv.metr sahə Cavabdeh qaytarılmalı və həmin hissədə inşa edilmiş hasar İddiaçı2 və İddiaçı1 hesabına sökülməlidir. Həmçinin məhkəmə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı birgə qaydada İddiaçı2 və İddiaçı1, 25 manat hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən Cavabdeh məxsus 258 saylı bağ sahəsində inşa edilmiş tikilinin 50 kv.metr hissəsindən başqa digər hissəsi İddiaçı2 öz hesabına sökülsün, söküntüdən sonra orada istifadə edilmiş bütün tikinti materiallarının İddiaçı2 tərəfindən götürülərək aparılması, bu hərəkətlərin (həm söküntünün, həm də söküntüdən sonra tikinti materiallarının götürülüb aparılmasının) yerinə yetirilməsi zamanı buna şərait yaradılması, hər hansı bir maneə və ya müdaxilələr törətməməsi öhdəlikləri Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 259 saylı bağ sahəsində olan yaşayış evinin arxa hissəsinə düşən hissədə İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 258 saylı bağ sahəsinin bir hissəsi olan 6 kv.metr sahə Cavabdeh qaytarılsın və həmin hissədə inşa edilmiş hasar İddiaçı2 və İddiaçı1 hesabına sökülsün. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı birgə qaydada İddiaçı2 və İddiaçı1, 25 manat hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar