Məhkəmə qərarları › İş №2(003)-2260/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2260/2024

14.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2260/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Heseynəli qızına, Cavabdeh5 Heseynəli qızına, Cavabdeh6, Cavabdeh7, X2, Cavabdeh9 və Cavabdeh10 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Heseynəli qızının, Cavabdeh5 Heseynəli qızının, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh9 və Cavabdeh10 istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 fərdi yaşayış evi iddiaçı olaraq o, İddiaçı cavabdehlərdən xx.xx.2023-cü il tarixdə 50 saylı notariat kontorunda alqı-satqı müqaviləsi yolu almış və həmin ev onun adına xx.xx.2023-cü ildə mülkiyyət hüququ tanınmışdır. ünvan 1 fərdi yaşayış evində o, ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər fərdi yaşayış evinin keçmiş sakinləri olmuşlar. Cavabdehlərin ailə üzvü evi ona satdıqdan sonra həmin evdə yaşamırlar. Cavabdehin ailə üzvləri ilə alqı-satqı müqaviləsi bağlayarkən evdən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdürlər və cavabdehlərin ailə üzvləri həmin evi ona sataraq çıxmışlar. Evi ona satıldıqdan sonra olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlər yaşamırlar. Lakin bütün bunlara baxmayaraq cavabdehlər indiyə qədər evində pasport qeydiyyatındadırlar. Evin bütün komunal xərclərini iddiaçı olaraq o, ödəyir. Cavabdehlərin qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də evindən cavabdehlərin istifadə hüququ itirilməlidir. İddiaçı tərəf və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Heseynəli qızının, Cavabdeh5 Heseynəli qızının, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh9 və Cavabdeh10 istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh6 ( Cavabdeh1 əvəzinə) ünvan 1 fərdi yaşayış evi alıcı İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Heseynəli qızı, Cavabdeh5 Heseynəli qızı, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 fərdi yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, İddiaçı ünvan 1 fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlər mənzilin keçmiş sakinləri olmaqla, mənzilin alqı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvləri deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin evə dair İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilindən cavabdehlərin istifadə hüquqları itirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Heseynəli qızının, Cavabdeh5 Heseynəli qızının, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar