Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2267/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavahdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mersedes Benz minik markalı **-SU-*** dövlət nömrə nişanlı avtomaşınıma vurulmuş 510 (beş yüz on) manat dəyərində maddi, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və mənəvi zərərə görə 3000 (üç min) manat olmaqla, cəmi 3710 (üç min yeddi yüz on) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını bildirdilər. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçı bildirdi ki, onlar mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, tərəflər mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmış və tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:
1. X2 predmetini İddiaçı məxsus Mercedes Benz minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin əvəzinin ödənilməsini təşkil edir.
2. Barışıq Sazişi hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında (İş Ne 2(003)-2267/202) olan İddiaçı Cavabdeh qarşı Mercedes Benz minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin dəyəri 400 manat məbləğində maddi zərərin ödənilməsi üçün əsasdır.
3. Tərəflər razılığa gəlirlər ki, dekabr ayının 23-dən başlayaraq, borclu Cavabdeh birinci ay 140 manat, ikinci ay 130 manat və üçüncü ay 130 manat olmaqla, cəmi 400 manat məbləğində pulu üç ay ərzində İddiaçı ödəməyi öz öhdəsinə götürür.
4. Tərəflər bəyan edirlər ki, aralarında Mercedes Benz minik markalı ** SU ***7 dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin ödənilməsinə dair mübahisəni qeyd edilmiş qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
5. Bu saziş Azərbaycan dilində, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin hər birinə bir nüsxədə təqdim edilir, bir nüsxəsi isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6390 saylı xx.xx.2022-ci il tarixli rəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşunaslıq ekspertizalarının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlandığından aparılmış ekspertiza tədqiqatının dəyəri tərəflər arasında bərabər bölünməlidir. Belə ki, aparılmış ekspertiza tədqiqatının dəyərindən 50,0 manat məbləğində pul İddiaçı, 50,0 manatı isə Cavabdeh birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 252.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. X2 predmetini İddiaçı məxsus Mercedes Benz minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin əvəzinin ödənilməsini təşkil edir.
2. Barışıq Sazişi hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında (İş Ne 2(003)-2267/202) olan İddiaçı Cavabdeh qarşı Mercedes Benz minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin dəyəri 400 manat məbləğində maddi zərərin ödənilməsi üçün əsasdır.
3. Tərəflər razılığa gəlirlər ki, dekabr ayının 23-dən başlayaraq, borclu Cavabdeh birinci ay 140 manat, ikinci ay 130 manat və üçüncü ay 130 manat olmaqla, cəmi 400 manat məbləğində pulu üç ay ərzində İddiaçı ödəməyi öz öhdəsinə götürür.
4. Tərəflər bəyan edirlər ki, aralarında Mercedes Benz minik markalı ** SU ***7 dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin ödənilməsinə dair mübahisəni qeyd edilmiş qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
5. Bu saziş Azərbaycan dilində, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin hər birinə bir nüsxədə təqdim edilir, bir nüsxəsi isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilir. İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza xərci kimi 100,0 (bir yüz) manat pulun 50,0 manat məbləğində olan hissəsi İddiaçı, 50,0 manatı hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Emin Məmmədli