Məhkəmə qərarları › İş №2(003)-229/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-229/2025

21.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-229/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması və payın naturada bölünərək mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin və evin naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçı və cavabdehin pay hissələrinin naturada ayrılması və texniki pasportun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Gənclik küçəsi, ev 9 ünvanında yerləşən fərdi ev paylara bölünərək ½ hissəsi özünün,1/4 hissəsi açıq saxlanılmış,1/4 hissəsi isə cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh adı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş cıxarışda onun adı ilə birlikdə getməyini Daşınmaz Əmlakın Dövlət Reyestri tələb edir. Lakin cavabdeh qeyd olunan əmlakın qanunla ona düşən hissəsi ilə razılaşmadığından onunla heç bir kompromisə girmir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbinə etiraz etməyərək izahatında göstərmişir ki, evin naturada bölünməsinə etiraz etmir. Əlavə olaraq qeyd etdi ki, evləri ayrıdır və Xuraman onun qonşusudur. Hazırda məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********39-10301 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Gənclik küçəsi, 9 saylı fərdi yaşayış evinin hüquq sahibləri; fərdi evin ¼ hissəsi və 0,0116075 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə, fərdi evin ½ hissəsi və 0,090235 ha torpaq sahəsi isə İddiaçı (payları) xüsusi mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 10/9967 saylı rəyində göstərilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1469 ha torpaq sahəsinin naturada paylarına uyğun şəkildə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olara texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. - İşə əlavə edilmiş 19 may 2024-cü il tarixli, 10/9967 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə- tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; - İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Gənclik küçəsi, 9 saylı fərdi yaşayış evinin hüquq sahibləri; fərdi evin ¼ hissəsi və 0,0116075 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə, fərdi evin ½ hissəsi və 0,090235 ha torpaq sahəsi isə İddiaçı (payları) xüsusi mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Qanunun mənasından göründüyü kimi, əşyanın naturada ayrılmasının ilkin şərti, həmin əşyanın paylı mülkiyyətdə olmasıdır. Hazırkı halda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Gənclik küçəsi, 9 saylı fərdi yaşayış evinin ¼ hissəsi və 0,0116075 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə, fərdi evin ½ hissəsi və 0,090235 ha torpaq sahəsi isə İddiaçı (payları) xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1469 ha torpaq sahəsinin naturada paylarına uyğun şəkildə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olara texniki cəhətdən mümkün olduğunu mötəbər sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddia tələbi payların naturada ayrılması hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1469 ha torpaq sahəsinin naturada paylarına uyğun şəkildə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq ayrılmalı və paylara uyğun olaraq texniki pasportun verilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Habelə, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Gənclik küçəsi, 9 saylı fərdi yaşayış evinin Cavabdeh məxsus ¼ hissəsi və 0,0116075 ha torpaq sahəsi, fərdi evin İddiaçı məxsus ½ hissəsi və 0,090235 ha torpaq sahəsi naturada ayrılsım. Bunun üçün tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılsın. İddiaçıya və cavabdehə paylarına uyğun olaraq texniki pasportun verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar