Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2299/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru (üçüncü şəxs "xxxx" KB ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru (üçüncü şəxs "xxxx" KB ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 8İ-2190 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 25 saylı notariat ofisinin 8İ-2190 saylı icra qeydinə əsasən ondan "xxxx" KB ASC-nin xeyrinə 52130 manat əsas, 2560.80 manat faiz, 103.70 manat dəbbə pulu tutulmalıdır. Bank tərəfindən borcun tutulması ilə bağlı icra qeydinin verilməsi ilə əlaqədar notariat ofisinə müraciət edilməsi barədə xəbərdar edilməmiş. Eyni zamanda bank tərəfindən şişirdilmiş borcun ondan tutulması tələb olunur. Ona görə də hesab edir ki, icra qeydinin ləğvi üçün iddiası əsaslıdır. Daha sonra iddiaçı, iddia tələbini dəqiqləşdirərək, iddia ərizəsinində texniki səhvə yol verildiyini bildirmiş və iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli 8İ-2190 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, "xxxx" KB ASC tərəfindən bildiriş ona 2022-ci ilin qış aylarında təqdim olunmuşdur. Lakin həmin zaman bildirişdə qeyd olunan borc məbləğləri ilə razı olmamışdır. Belə ki, onun tərəfindən ödənilən məbləğlər yalnız faiz və cərimədən çıxılmış, əsas borcu isə olduğu kimi qalmışdır. Bildiriş ona təqdim olunanda elə bilmişdir ki, bildirişdə qeyd olunan pul məbləğlərini 21 gün müddətində ödəməsə məhkəməyə müraciət olunancaqdır. O da bununla bağlı razı olmuş və məhkəmədən məlumat gözləmişdir. Belə ki, o, məhkəmədə bank tərəfindən ondan tələb olunan borcun şişirdilmiş olduğunu bildirərək iş üzrə ekspertiza təyin edilməsini tələb edəcəkdir. Lakin bir müddət əvvəl icra məmuru tərəfindən Xəzər rayon İcra şöbəsinə dəvət olunmuşdur. İcra şöbəsinə gələndə isə məhkəmə olmadığını, notariusun icra qeydi əsasında bankın əsassız ondan tələb etdiyi borcun evinə yönəldilməsi barədə icra qeydinin olduğunu müəyyən etmiş və dərhal həmin icra qeydinin ləğvi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2019-c il tarixli 14Y/19 saylı əsasə kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il arix 14Y719-4 saylı əlavə kredit müqaviləsinə əsasən iddiaçıya 31 ay müddətinə xx.xx.2024-cü tarixədək illik 1776 faiz ödəmək şərtilə 52130 manat məbləğində kredit verilmişdir. Krediti təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Gəncə şəhəri 53 saylı notaria kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 14Y1/19 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 676 saylı 0,1 ha torpaq sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditalan üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və müqavilə şərtlərini pozulmuşdur. İddiaçı kredit borcu üzrə 52130 manat əsas, faiz borcu üzrə 2560,80 manat, cərimə borcu üzrə 103,70 manat, cəmi 54794.50 manat borcu yaranmışdır. Yaranmış borcun ödənilməsinin təmin olunması məqsədilə bank tərəfindən həmin borcun ipoteka predmetinə yönəldilməsi qərara alınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş ona təqdim edilmişdir. Lakin borc ödənilmədiyindən notariat orqanına müvafiq icra qeydinin veriməsi barədə müraciət olunmuşdur. Həmçinin bildirmişdir ki, bildirişdə yalnız məhkəməyə müraciət ediləcəyi təqdirdə bu barədə qeydlər aparılır, icra qeydinin verilməs ilə bağlı qeydlər isə bildirişdə qeyd olunmur. Cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi məhkəməyə müraciət edərək, mülki işin məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən İddiaçı təqdim olunmuş xx.xx.2022ci il tarixli bildirişin surətindən görünür ki, həmin bildirişdə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 14Y/19 saylı kredit müqavləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 14Y/19-4 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 31 ay müddətinə, xx.xx.2024-cü il tarixədək illik 17% ödəmək şərtilə 52130 manat kredit verilməsi, X2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 67 G saylı 0.1 ha torpaq sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 52130 manat əsas, faiz borcu üzrə 2560,80 manat, cərimə borcu üzrə 103,70 manat, cəmi 54794.50 manat borcunun yaranması, borcun 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 67G saylı 0,1 ha torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanacağı, bu zaman maliyyə arayışında göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulunun da tələb ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 8İ-2190 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə tutmanın yönəldilməlidir. (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 52130 manat əsas borc, 2560,80 manat faiz borcu, 103,70 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 54794,50 manat təşkil edir.) Həmçinin borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 54819,5 manat pul tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli FR/90725/69/22 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış olan kredi müqaviləsi üzrə bank tərfindən sonuncuya 5 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək 1 il güzəşt müddəti olmaqla illik 1 faiz dərəcəsi ilə 4960,74 manat məbləğində kredit verilmişdir. Borclu İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetrilməmiş və bank tərəfindən xx.xx.2022-ci il tarixli borcluya bildiriş məktubu göndərilmişdir. Həmin icra qedyinin aparılacağı ilə bağlı bildiriş sonuncunun məlum olan ünvanına “qapı bağlıdır” səbəbindən çatdırılmamış və ünvan 2ndən "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 34.1.4cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası göstərilməlidir. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4.2-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Sadalanan normativ hüquqi aktların maddələrinin tələblərindən görünür ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və bu hal “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatları əks etdirən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipotekaqoyana sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İşin araşdırılmış hallarından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipotekaqoyana təqdim edilməmişdir. Belə ki, ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən ipotekaqoyan İddiaçı təqdim edilmiş bildirişdən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.2.3-cü maddəsinə göstərilən məlumat, yəni ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq həmin bildirişdə göstərilməmişdir. Bununla da iş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə bank tərəfindən iddiaçıya məlumat verilməməsi halına qiymət verərək məhkəmə hesab edir ki, iddianın əsası qəbul edilməli və iddia tələb əsaslı hesab edilməlidir. Belə ki, “bank tərəfindən iddiaçıya təqdim edilmiş bildirişdə (İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun imperativ göstərişlərinə əməl edilməməklə tərtib edilmiş) ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlığı əks etdirən məlumatın göstərilməməsi halı - həmin bildirişi qəbul etmiş ipoteka qoyanın müəyyən edilmiş müddətdə, etirazı olduğu halda ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verməsi ilə bağlı məsələdən yayındırılması halına gətirib çıxarmaqla, yaranmış borcla və həmin borcun ipoteka predmetinə yönəldilməsi barədə kredit verən bank tərəfindən məhkəməyə müraciət edilməsi halının da istisna edilməməsinin göstəricisi olmaqla tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı hansı orqana müraciət edilməsi barədə anlaşılmazlıq yaradır. Bununla da bank tərəfindən ipoteka qoyana (iddiaçıya) təqdim edilmiş bildirişin borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilməsi barədə bildiriş kimi qəbul edilməsi mümkün deyil. Ona görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana qanunvericiliyin müəyyən etdiyi formaya riayət edilməklə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana qanunvericiliyin müəyyən etdiyi forma və məzmuna (bildirişdə göstriləməli hallara) riayət edilməklə təqdim edilmədiyindən notariat ofisi tərəfindən icra qeydinin verilməsi qanuna uyğun qaydada verilməməklə əsaslı olmadığından həmin icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edi ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ-2190 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ- 2190 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2299/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2299/2022
08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver