Məhkəmə qərarları › İş №2(003)-234/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-234/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-234/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC Cavabdeh qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1495.0 (bir min dörd yüz doxsan beş) manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30.0 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 1525,0 (bir min beş yüz iyirmi beş) manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 13.12.2019-cu il tarixdə, saat 23:00 radələrində Bakı-Quba yolunda, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X1 məxsus olan KİA Clarus minik markalı, ** TX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X3 məxsus olan, MERSEDES BENZ C180 minik markalı, ** KM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 15.01.2020-ci il tarixdə, TP ******* saylı “X8 Haqqında Qərar” qəbul olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X3 məxsus olan, MERSEDES BENZ C180 minik markalı, ** KM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1495.0 (bir min dörd yüz doxsan beş) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 29.01.2020-ci il tarixli, İC AA 0568/20 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən “zərərçəkən X3 məxsus olan, MERSEDES BENZ C180 minik markalı, ** KM ***1 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymış zərərə görə 13.02.2020-ci il tarixdə 1495.0 (bir min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1495,0 (bir min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, hazırda LPO ASC "xxxx" Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Hesab edirlər ki, zərərçəkənə ödənilmiş məbləğin əvəzi 1495.0 (bir min dörd yüz doxsan beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,0 (otuz) manat dövlət rüsumunun Cavabdeh, LPO ASC "xxxx" Sığorta Şirkətinin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlıdırlar və bu haqlı tələbləri məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, qeyd olunan hadisə həqiqətən onun tərəfindən törədilmişdir. Lakin dəymiş ziyanla razı deyil. Beləki, iddia tələbində göstərilən məbləğ həddindən artıq şişirdilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan İC AA 0568/20 saylı sığorta aktının surətindən görünür ki, LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC-də sığortalanmış “Mercedes Benz C180” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 1495,0 manat müəyyən edilmiş. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus **-TX-*** dövlət qeydiyyat nişanlı “KİA CLARUS” markalı avtomobil LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC -də sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 13.02.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-nin 3 saylı filialının hesabına 1495,0 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes benz C 180” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD274980 saylı 14.07.2018-ci il tarixli etibarnamənin sürətindən görünür ki, sahibi X6 ona məxsus “Mercedes benz C 180” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilini X3 1 il müddətinə idarə etmək səlahiyyətini vermişdir. İş materiallarında olan 15.01.2020-ci il tarixli TP ******* saylı X8 haqqında qərarın surətindən görünür ki, 13.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9139 saylı, 16.02.2022-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz C 180” markalı, 99 KM-531 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə 1495,0 manat müəyyən olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “KİA CLAUS” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin, Mercedes Benz C 180” markalı, 99 KM-531 dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, işin materialları ilə sübut olunur. Bununla da sığortalanmış “KİA Clarus” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə Mercedes Benz C 180” markalı, 99 KM-531 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nunun 25.1.8-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı “LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC-yə keçdiyindən, iddiaçı LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh oğlundan alınaraq iddiaçı LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, , “Mercedes Benz C180” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 1495,0 manat müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 1495,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “KİA Clarus” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilCavabdeh tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş 1495,0 manat ziyan Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1495,0 (bir min dörd yüz doxsan beş manat) manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1525,0 (min beş yüz iyirmi beş manat) alınaraq LPO “Standart İnsurance» Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. (X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar