Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2344/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Səttarov X11 qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Xəzər rayonunun Qala kəndində yerləşən 75 sot torpaq sahəsi üçün ödədiyi 30000 (otuz min) manat məbləğində pulun, torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi və hasar tikintisi üçün tərəfindən əlavə olaraq 10000 (on min) manat, mənəvi ziyanının əvəzi olaraq 10000 (on min) manat və eləcədə hazırkı iddia tələbinin qaldırılması üçün tərəfimdən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi, eləcə də cavabdeh Səttarov X8 əməllərində cinayət tərkibini mümkünlüyü barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayında Xəzər rayonunun Qala kəndində yaşayan tanışlardan bir nəfər (Babaş adlı şəxs) qonşuluğunda sotu 400 manata torpaq sahəsinin satıldığını bildirdi. Ailəsi qaçqınlıq həyatı yaşadığına və şəhər həyatı onlara sıxdığına görə evdə məsləhətləşib təsərrüfatla məşğul olmaq və yaşamaq üçün 75 sot torpaq sahəsi almağa qərar verdilər. Onlar birlikdə torpaq sahəsinə baxdıqdan sonra torpağın 1 sotunu 400 manata razılaşmışdıq və bundan sonra o cavabdehə 30000 (otuz min) manat məbləğində pul vermişdi. Cavabdeh ona bildirmişdir ki, artıq torpaq sahəsinin ona ayrılan hissəsində tikinti apara bilər. Cavabdeh dediyinə görə hasara alınmış bu torpaq sahəsi 1990-cı illərdən onlara məxsusdur. Atası bu torpaq sahəsini hələ 1990-cı ildə almışdı. Torpağı satan Cavabdehla torpaq sahəsində görüşüb razılaşdıq 1 nəfər cavabdeh tərəfindən 1 nəfər də onun tərəfimdən şahid qismində iştirak etməklə aramızda alqı-satqı barədə qəbz imzalamaqla 30000 (otuz min) manatı verib ondan 75 sot torpaq sahəsini aldı. Bundan sonra ona ayırdığı hissədə hasar tikintisinə başladı. Hasar tikintisi başa çatmaq üzrə idi ki, yerli icradan gəlib hasarı tamamilə sökdülər. Eyni zamanda Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin sahənin Cavabdeh aid olmadığını bildirdilər. Bu haqda Cavabdeh bildirdi və pulunun geri qaytarılmasını tələb etmişdir. Daha sonra iddaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Xəzər rayonunun Qala kəndində yerləşən 75 sot torpaq sahəsi üçün ödədiyi 30000 (otuz min) manat məbləğində pulun, torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi və hasar tikintisi üçün tərəfindən əlavə olaraq 10000 (on min) manat, cavabdehin yalan məlumatları nətiçəsində maddi və əldən çıxmış fayda kimi 20000 manat məbləğində pulun və və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Səttarov X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Həmçinin məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında cavabdeh Səttarov X8 nümayəndəsi və vəkili X9 iddia tələbinin 30000 manat borc hissəsində mübahisə olmadığını, lakin cavabdehin həmin borcu birdəfəlik imkanının olmadığını və həmin borcu hissə-hissə ödəmək iqtidarında olduğunu, iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səttarov X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Səttarov X1 Rayonu Qala Şüvəlan qəsəbəsində yerləşən 0,75 ha. torpaq sahəsini İddiaçı 30000 manat pul məbləğində satmışdır. İş materiallaırında olan cavabdeh Səttarov X2 məhkəməyə ünvanladığı etirazda qeyd edilmişdir ki, 2019-cu ilin noyabr ayında sonradan adını bildiyi Seymur adlı şəxş ona yaxınlaşaraq torpaq sahəsi almaq istədiyini bildirmiş, o hasara alınmış torpaq sahəsinin 1990-cı illərdən babasından qaldığını, lakin ətrafdakı bir çox qonşular kimi həmin torpaq sahəsinin də sənədlərinin olmadığını cavabdehin nəzərinə çatdırmışdır. O isə torpaq sahəsinə dair sənədlərini özünün düzəldəcəyini bildirdi. İlkin olaraq o ona torpaq sahəsini 50000 manata verəcəyini bildirdi, lakin yaxın adamların xahişi ilə sonda 30000 manata razılığa gəlmişlər. Sənəd olmadığına görə öz aralarında yazılı olaraq hər iki tərəfdən bir nəfərin şahidliyi ilə qəbz tərtib edərək imzalamışlar. Lakin o iddiaçıya artıq torpaq sahəsində tikinti işlərinin başlaya bilməsini deməmişdir. İddiaçı qəbzə imza atmaqla da bilirdi ki, torpaq sahəsinin sənədləri yoxdur. Onun özü dəfələrlə bildirdi ki, torpaq sahəsini sənədləşdirəcək. İddiaçı ona torpaq sahəsində tikinti işlərini apara bilmədiyini və ondan 30000 manatı tələb etmiş, cavabında hazırda 30000 manatın deyil pulun bir hissəsini qaytarmaq imkanının olduğunu, qalan pulun sonra qaytara biləcəyini bildirdi. İddianın ikinci hissəsinə münasibət iddiaçı əvvəlcədən həmin torpaq sahəsinin sənədsiz olduğunu bildiyindən, özünün sənədləşdirəcəyini dəfələrlə qeyd etdiyindən tikinti və s işlərə dair xərclərə görə özü risk və məsuliyyət daşımışdır. Maddi ziyan dəyməsinə dair iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddianın 10000 manat mənəvi ziyanla bağlı tələbinə gəldikdə qeyd edir ki, iddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə prosesində mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini 10000 manat məbləğində mənəvi ziyanın hansı qaydada və əsaslarla maddi formada qiymətləndirməsini aydınlaşdıra bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o ustadır, hörgü işi ilə məşğul olur. Həmin sahədə bir ay işləmişdir. Təxmini olaraq 0,50-0,60 ha. ərazidə 17 maşın daş gətirilmişdir. Daşın bir ədədinin qiyməti 0,40 qəpik olmaqla həmin ərazidə boşaldılmışdır. 2,5 metr hündürlükdə hasar hörgüsü aparılmışdır. Həmin hasarın hörgüsünün aparılması üçün 140 kisə sement istifadə olunmuşdur. Həmin ərazidə tikinti aparılması ilə bağlı icazənin alınıb-alınmamasında məlumatı yoxdur. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi cavabdeh X3 Xəzər rayonunun Qala kəndində yerləşən 75 sot torpaq sahəsi üçün ödədiyi 30000 (otuz min) manat məbləğində pulun, torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi və hasar tikintisi üçün tərəfindən əlavə olaraq 10000 (on min) manat, cavabdehin yalan məlumatları nətiçəsində maddi və əldən çıxmış fayda kimi 20000 manat məbləğində pulun cavabdehdən tutulmasında ibarətdir. İddiaçının iddia tələbinin cavabdehdən 30000 (otuz min) manat məbləğində pulun tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin (etiraz ərizəsi) qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi cavabdehdən 30000 manat pulun tutulması hissəsində tam olaraq təmin edilməlidir. İddia tələbinin cavabdehin torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi və hasar tikintisi üçün tərəfindən əlavə olaraq 10000 (on min) manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Cavabdehin məhkəməyə təqdim etmiş olduğu etirazda və şahid ifadəsindən görünür ki, iddiaçı tərəfindən həmin ərazidə tikinti işləri aparılmış, və həmin tikintinin aparılması üçün iddiaçı tərəfindən 140 kisə sement, 17 maşın daş istifadə edilmişdir. Həmin tikinti üçün 8500 daş istifadə edilmişdir. Həmin daşın dəyəri 0,35 qəpik olmaqla heblandığı təqdirdə 2975 manat təşkil edir. Eyni zamanda tikinti üçün usta xərci olaraq 1325 manat, istifadə edilmiş 140 kisə sementə görə 700 manat smeta xərci kimi nəzərə alınmaqla cavabdehdən 5000 manat pulun tutulması ağılabatandır. Həmçinin məhkəmə qeyd edir ki. iddiaçı tikintiyə sərf etdiyi mişar daşları şəxsi əmlakı kimi yenidən istifadə və sahiblik hüququnu özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddia tələbinin cavabdehin mənəvi ziyanının əvəzi olaraq 10000 (on min) manat mənəvi zərər əvəzi olaraq tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, öhdəlik üzrə qaytarılmalı olan məbləğin vaxtında qaytarılmaması nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə də iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh Səttarov X7 Xəzər rayonunun Qala kəndində yerləşən 0,75 ha. torpaq sahəsi üçün ödədiyi 30000 (otuz min) manat məbləğində pul, torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi və hasar tikintisi üçün tərəfindən əlavə olaraq 5000 (beş min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Səttarov X7 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Səttarov X7 Xəzər rayonunun Qala kəndində yerləşən 0,75 ha. torpaq sahəsi üçün ödədiyi 30000 (otuz min) manat məbləğində pul, torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi və hasar tikintisi üçün tərəfindən əlavə olaraq 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissəsində rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2344/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2344/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver