Məhkəmə qərarları › İş №2(003)-2405/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2405/2021

12.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2405/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi– 21 fevral 1985-ci il təvəllüdlü Ərizəçi (Vyaçeslavovna) barəsində doğum akt qeydində "uşaq haqqında məlumat" bölməsində ata adının “Vyaçeslavovna", “ata-anası haqqında məlumat” bölməsində atasının adının “Vyaçeslav” olmasına dair aparılmış qeydin (məlumatın) düzgün olmamasını və ata adının “Slavikovna”, atasının adının “Slavik” kimi qeyd edilməli olmasının müəyyən olması faktı barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi (Vyaçeslavovna) 21 fevral 1985-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 29 iyun 1985-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən X-JQ seriyalı 474224 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Həmin doğum haqqında şəhadətnamədə onun atasının adı “Slavik”, onun ata adı isə “Slavikovna” kimi qeyd edilmişdir. X14 Vazg(q)enoviç 13 oktyabr 1961-ci ildə Ermənistan SSR-nin Qoris (Gorus) şəhərində anadan olub, 12 aprel 2004-cü ildə Belarusiya Respublikasında vəfat edib. Anası X7 18 avqust 1964-cü ildə Azərbaycun SSR-nin Bakı şəhərində anadan olub, Anası Azərbaycun Respublikasının vətəndaşı olub, 02.12.2006-ci ildə Suraxanı RPİ tərəfindən Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 05635909 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Anası 14 avqust 2009-cu ildə Bakı şəhərində vəfat edib. O, anası ilə birlikdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Bacısı Məmmədova (Abkaryan) Elina Slavikovna 24 mart 1987-ci ildə Ermənistan SSR-nin Qoris (Gorus) şəhərində anadan olub. Bacısı Azərbaycan Respublikası vətəndaşıdır. X15 07 sentyabr 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə Füzuli rayonundu həlak olub. 1988-ci ildə onlar Belarusiyaya getmiş, Minsk şəhərinin Mədil rayonunun Brili kəndində yaşamışlar, 4-cü sinfə qədər orta məktəbi Belarusiyada oxumuş, ailədaxili zorakılıq səbəbindən anası atası ilə olan nikahın pozulması üçün Belarusiyada məhkəməyə müraciət etmiş və 27 dekabr 1996-cı ildə onlar Azərbaycana qayıtmışlar. O vaxtdan atası ilə əlaqəsi olmayıb. Anası ilə atasının nikahının pozulması Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 oktyabr 2006-cı il tarixdə qeydiyyata alınıb. O, 2010-cu ildə Azərbaycan Respublikasının vətəndaşı X4 ilə ailə qurmuşdur. X1 və X11 adlı uşaqları doğulub. Onun şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nə nikaha daxil ola, nə də uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmişdir. Hal-hazırda, ailə üzvləri ilə birgə ünvan 2 ünvanında yaşayır. 26 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edib. Bundan sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmaq üçün yaşayış yeri üzrə Bakı şəhər Xəzər rayon Polis İdarəsinə müraciət etmişdir. Sənədlərinə baxış keçirilərkən doğum haqqında şəhadətnamədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən vurulmuş möhürün silindiyi məlum olmuşdur. Bu səbəbdən də, onu şəxsiyyət vəsiqəsi ilə təmin etmək mümkün olmadı. Onun doğum faktı 29 iyun 1985-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alındığı üçün Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi onun müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra o, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iddia tələbini təmin etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi 09 oktyabr 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1603/2019 saylı iş üzrə 30.07.2019-cu tarixli qərarı əsasında onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmişdir. Doğum haqqında təkrar şəhadətnaməsi ona təqdim olunanda doğum haqqında təkrar şəhadətnaməsində səhvlərin olduğunu - atasının adının “Vyaçeslav”, onun ata adının “Vyaçeslavovna” kimi qeyd edildiyini görmüşdür. Buna görə qeydiyyat şöbəsinə müraciət etmiş, ona bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə qeydə alınmış 517 saylı doğum akt qeydində onun atasının adı “Vyaçeslav”, onun ata adı “Vyaçeslavovna” kimi qeyd edildiyinə görə doğum haqqında təkrar şəhadətnaməsində də atasının adı və ata adı bu cür qeyd edilmişdir. Həmin vaxt ona bəlli olmuşdur ki, onun doğum akt qeydində səhv var, belə ki, onun ata adı səhvən “Vyaçeslavovna” və atasının adı səhvən “Vyaçeslav” kimi yazılıb. əslində isə atasının adı “Slavikovna” atasının adı isə “Slavik” kimi yazılmalı idi. Bu səbəbdən də 21 yanvar 2020-ci ildə Bakı şəhəri Maraqlı şəxs1nə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən DMX tərəfindən verilmiş arayış və atasının adının “Slavik” olmasını təsdiq edən sənədlər — “atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə”, “atasının ölümü haqqında şəhadətnamə” və “bacısının doğum haqqında şəhadətnaməsi” əsasında Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə 517 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsini (atasının adının “Slavik, ata adının “Slavikovna” kimi yazılmasının təmin edilməsini), yeni düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsini və yeni dəyişikliklər əsasında ona doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs1 ərizəni təmin etməkdən imtina etmiş və bu barədə ona 05/103 saylı, 29.01.2020-ci il tarixli aşağıdakı məzmunlu məktubla cavab vermişdir: "Qeyd edirik ki, doğum haqqında akt qeydində atanızın adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar, həmçinin şəxsiyyətinizi təsdiq edən sənəd yəni, şəxsiyyət vəsiqəniz olmadığından müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir." Bundan sonra o, 24 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən DMX tərəfindən verilmiş arayış və atasının adının “Slavik” olmasını təsdiq edən sənədlər — “atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə”, “atasının ölümü haqqında şəhadətnamə” və “bacısının doğum haqqında şəhadətnaməsi” əsasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə 517 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsi (atasının adının “Slavik, ata adının “Slavikovna” kimi yazılmasının təmin edilməsi), yeni düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və yeni dəyişikliklər əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2-1(112)-3607/2020 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslinə, ”İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 9-cu bəndinə istinad edərək qeyd etmişdir ki, onun iddia tələbinə inzibati məhkəmə İcraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan sonra 14 iyul 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2-1(112)-3607/2020 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün hesab edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 2-1(103)1430/2020 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2-1(112)-3607/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası İnzibari prosessual Məcəlləsinin 35-ci maddəsinə, Azərbaycan Respublikdası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslinə (339.2-ci maddəsinə), "inzibati və mülki hüquq mündasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 9-cu bəndinə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun o aprel 201 5-ci il tarixli, 05 saylı Qərarına istinad edərək qeyd edib ki, onun iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmələr tərəfindən mülki məhkəmə içraatı qaydasında baxılmalıdır. Sonra o, 25 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 2-1(103)-1430/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün şayılması və işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2109/2020 saylı, 17.11.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2-1(103)-1430/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə öz qərarını aşağıdakı kimi əsaslandırıb: “İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən o halda həyata keçirilir ki, mübahisənin qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. MPM-in yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında” işlərə xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi qeydin düzəldilməsinə və ya dəyişdirilməsinə əsas olan sübut əhəmiyyəti kəsb edir. Həmin icraat qaydasına o hallarda müraciət olunur ki, vətəndaşlıq vəziyyəti akılarının qeydiyyatı kitablarında hüquqi faktlara (doğum, nikah, boşanma, övladlığa götürmə və s.) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilmiş olsun və müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina etsin (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmadığını müəyyən etmək üçün qeydiyyat orqanın sərəncamında mübahisəsiz sübutların olmaması səbəbi ilə). Bu halda, vətəndaşlıq vəziyyəti akılarının qeydiyyatı kitabında qeydlərin düzgün olmadığı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı işdə də vəziyyət, məhz belədir. Buna görə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya aid qeydlərin düzgün olmadığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir.” Hal-hazırda, onun 36 yaşı var. Lakin şəxsiyyət vəsiqəsi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsində doğum akt qeydinmdən irəli gələn səhvlər olduğu üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün doğum akt qeydinə düzəliş edilməlidir - ata adı “Vyaçeslavovna”dan “Slavikovna”ya, atasının adı “Vyaçeslav”dan “Slavik”ə düzəldilməlidir. Buna görə də, o, 17 mart 2021-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxs1nə təkrar müraciət edərək “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən DMX tərəfindən verilmiş arayış və atasının adının “Slavik” olmasını təsdiq edən sənədlər — "atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə”, “atasının ölümü haqqında şəhadətnamə” və “bacısının doğum haqqında şəhadətnaməsi” əsasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə 517 saylı aktla qeydə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsini (atasının adının “Slavik, ata adının: “Slavikovna” kimi yazılmasının təmin edilməsini), yeni düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsini və yeni dəyişikliklər əsasında onu doğum haqqında yeni şəbadətnamə ilə təmin etmələrini” xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs1 ərizəsini təmin etməkdən imtina etmiş və bu barədə ona 05/15 — 286/Q saylı, 31.03.2021-ci il tarixli (Həmin məktub ona 13.04.2021-ci il tarixdə təqdim edilib.) aşağıdakı məzmunlu məktubla cavab verdi: "Qeyd edirik ki, doğum haqqında akt qeydində ata adınıza müvafiq düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından və şəxsiyyətinizi təsdiq edən şəxsiyyət vəsiqəniz olmadığından müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. Müvafiq düzəlişin edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında şəhadətnamə ilə təmin olunacaqsınız.” Beləliklə, ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, atasının adı “Slavik” olduğu halda, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 14 may 1985-ci il tarixdə 517 saylı nörmə ilə qeyd edilmiş onun (21 fevral 1985-ci il təvəllüdlü Ərizəçi (Vyaçeslavovna)) barəsində doğum akt qeydində "uşaq haqqında məlumat" bölməsində ata adı səhvən "Vyaçeslavovna”, “ata-anası haqqında məlumat” bölməsində atasının adı “Vyaçeslav” kimi qeyd edilib. Belə ki, ərizəyə əlavə etdiyi “atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə”, “atasının ölümü haqqında şəhadətnamə” və “bacısının doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, atasının adı “Slavik”dir. Ona görə də, hesab edir ki, onun doğum akt qeydində səhv var, belə ki, onun ata adı səhvən “Vyaçeslavovna”, atasının adı səhvən “Vyaçeslav” kimi yazılmışdır. Əslində isə onun ata adı “Slavikovna” və atasının adı “Slavik” kimi qeyd edilməli idi. Ona görə də hesab edir ki, “atası ilə anasının nikahının pozulması haqqında şəhadətnamə”, “atasının ölümü haqqında şəhadətnamə” və “bacısının doğum haqqında şəhadətnaməsi” əsasında atasının adının “Slavik” olması təsdiq olunduğundan və Qeydiyyat Şöbəsi doğum akt qeydinə düzəliş/dəyişikliklər etməkdən imtina etdiyindən doğum akt qeydində ata adına/atasının adına dair aparılmış qeydin/məlumatın düzgün olmaması məhkəmə tərəfindən müəyyən edilməlidir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, o, heç vaxt şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır. İşin hallarından bəllidir ki, əslində doğum akt qeydindəki səhvlərin düzəldilməsi ona elə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün lazımdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, o, 21.02.1985-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində anadan olsa da, onun şəxsiyyət vəsiqəsi yoxdur, o, uzun müddət sənədsiz yaşamışdır. Onun ilkin doğum haqqında şəhadətnaməsində atasının adı “Slavik”, onun ata adı “Slavikovna” kimi qeyd edilib. Buna uyğun olaraq, ona 26 dekabr 2018-ci ildə DMX tərəfindən verilmiş “onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə” qərarda da onun ata adı “Slavikovna” kimi göstərilib. Doğum haqqında şəhadətnaməsinə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən vurulmuş möhür silindiyindən Xəzər rayon Polis İdarəsi həmin sənədi etibarlı sənəd kimi qəbul etməyib və o, şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilməmişdir. Bundan sonra Sabunçu rayon Qeydiyyat Şöbəsi onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin edib. Atasının adının “Slavik” olmasına baxmayaraq onun doğum haqqında təkrar şəhadətnaməsində atasının adı “Vyaçeslav”, onun ata adı “Vyaçeslavovna” kimi qeyd edilib. Məhz bu zaman ona bəlli olub ki, onun doğum akt qeydində də onun atasının adı səhvən “Vyaçeslav”, onun ata adı “Vyaçeslavovna” kimi qeyd edilib. Nəticədə, onun atasının adının əslində “Slavik” olmasına baxmayaraq, onun doğum akt qeydinə əsasən verilmiş doğum haqqında təkrar şəhadətnaməsində onun atasının adı “Vyaçeslav”, onun ata adı “Vyaçeslavovna” kimi qeyd edildiyindən o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilmir. Çünki ona 26 dekabr 2018-ci ildə DMX tərəfindən verilmiş “onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə” qərarda onun ata adı “Slavikovna” kimi göstərilib, doğum haqqında təkrar şəhadətnaməsində isə ata adı “Vyaçeslav”/“Vyaçeslavovna” kimi göstərilib. Bu səbəbdən də o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün ona onun ata adının “Slavikovna”, atasının adının “Slavik” kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamə lazımdır. Bunun üçün isə onun doğum akt qeydindəki səhvlər düzəldilməlidir (ata adının “Slavikovna”, atasının adının “Slavik kimi yazılması təmin edilməlidir). Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə plaraq bildirdi ki, onlar iki bacıdır. Onlar 1196-cı ildən Azərbaycanda yaşayırlar. Ailə qurublar və uşaqları vardır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi İlona onun doğma bacısıdır.Onlar doğulandan birlikdə yaşamışlar. Atalarının adı Slavikdir. Onun doğum akt qeydində də ata adı Skavikdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X-JQ seriyalı 474224 saylı, 29.06.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 21 fevral 1985-ci ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin atası qrafasında X6, anası qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 103480 saylı, 09.10.2019-cu il tarixli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Vyaçeslavovna 21 fevral 1985-ci ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin atası qrafasında X2, anası qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 dekabr 2018-ci il tarixli şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərarından görünür ki, 21 fevral 1985-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16.03.2021-ci il tarixli arayışının surətindən görünür ki, 21 fevral 1985-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Ərizəçi (himayə sənədi ***-*******9) Dövlət Miqrasiya Xidməti tərəfindən 28.04.2020-ci il tarixdən 31.05.2021-ci il tarixinədək Balı şəhəri ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abkaryan Slavik Vazgenoviç 08.04.2004-cü ildə ölmüşdür. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasındakı nikah 12.10.2006-cı ildə 209 saylı akt qeydinə əsasən Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində pozulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14.08.2009-cu ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (ərizəçinin bacısı) 24 mart 1987-ci ildə anadan olmuş, şəhadətnamənin atası qrafasında X6, anası qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında 11.10.2019-cu ildə4047 saylı akt qeydinə əsasən 5 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmışdır, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan, məhkəmənin sorğusuna əsasən alınmış Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabının 14 may 1985-ci il tarixli 517 saylı akt qeydinin surətindən görünür ki, 21 fevral 1985-ci il təvəllüdlü Ərizəçi Vyaçeslavovna barəsində doğum akt qeydində "uşaq haqqında məlumat" bölməsində ata adı "Vyaçeslavovna”, “ata-anası haqqında məlumat” bölməsində atasının adı “Vyaçeslav” kimi qeyd edilib. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 Ərizəçi ünvanlanmış 05/103 saylı, 29.01.2020-ci il tarixli məktubunda deyilir: "Qeyd edirik ki, doğum haqqında akt qeydində atanızın adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar, həmçinin şəxsiyyətinizi təsdiq edən sənəd yəni, şəxsiyyət vəsiqəniz olmadığından müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir." Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi atasının adı “Slavik” olduğu halda, Ərizəçi 21 fevral 1985-ci il tarixdə Bakı şəhərində anadan olmasına dair Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə aparılmış 517 nömrəli doğum akt qeydində "uşaq haqqında məlumat" bölməsində ata adı “Vyaçeslavovna” və “ata-anası haqqında məlumat” bölməsində atasının adı “Vyaçeslav” kimi göstərilmişdir. Göründüyü kimi, Ərizəçi doğum akt qeydi kitabında göstərilən ata adı ilə, atalarına məxsus ölüm haqqında şəhadətnamə, ata və anasına məxsus nikahın pozulması haqqında şəhadətnamə, bacısına məxsus doğum haqqında şəhadətnamə və digər sənədlərdə göstərilən atasının adı düz gəlmir. Belə ki, “Slavik” adının əvəzinə “Vyaçeslav” adı yazılmışdır. Ərizədən də görünür ki, ərizəçi Azərbaycan Respublikası MPM-nin 339 və 341-ci maddələrinə istinad edərək, doğum haqqında akt qeydləri kitabında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə aparılmış 517 nömrəli doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, ərizəçi qeyd edilən normaya istinad edərək, onun doğum haqqında akt qeydləri kitabında olan qeydlərin düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi Azərbaycan Respublikası MPM-nin 37-ci fəsli ilə yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 160-cı maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar, habelə qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əgər vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəlişin və ya dəyişikliyin aparılması üçün kifayət qədər əsas yoxdursa, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi həmin hərəkətləri etməkdən imtina edə bilər. Bu halda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmaması haqqında ərizəyə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin (“Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” adlanan 37-ci fəsli) 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir. Qeyd edilən Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər məhkəmə qətnaməsi ilə düzəldilmir. Ona görə ki, həmin düzəliş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Odur ki, ərizə təmin edilərək, Ərizəçi doğum haqqında akt qeydləri kitabında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə aparılmış 517 nömrəli doğum akt qeydləri (ata adları barədə qeydlərin) düzgün olmaması müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 fevral 1985-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olan Ərizəçi doğum haqqında akt qeydləri kitabında "uşaq haqqında məlumat" bölməsində ata adının “Vyaçeslavovna” və “ata-anası haqqında məlumat” bölməsində atasının adının “Vyaçeslav” olmasına dair Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 may 1985-ci il tarixdə aparılmış 517 nömrəli qeydin düzgün olmaması müəyyən edilsin. Bu qətnamə Ərizəçi doğum haqqında akt qeydləri kitabında "uşaq haqqında məlumat" bölməsində ata adının “Slavikovna” və “ata-anası haqqında məlumat” bölməsində atasının adının “Slavik”kimi düzəldilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar