Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2417/2020 11.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh 120 saylı orta məktəbin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladına və ona edilən qanunsuzluqlara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Fərdi Məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə 120 saylı orta məktəbin rəhbərliyi və Rayet Novruzova barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, mülki prosessual qanunverciliyin bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olması barədə müddəası, göstərilən şəxslərin məhz mülki mühakimə icraatı qaydasında məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmalarını özündə ehtiva edir. Hazırki halda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələbindən göründüyü kimi, cavabdeh göstərilən şəxs və digər şəxslər barəsindən cinayət qanununda nəzərdə tutulmuş müdəa ilə cinayət işinin başlanılmasını xahiş etmişdir. Bununla bağlı isə məhkəmə hesab edir ki, hazırki müraciət mülki mühakimə icratın qaydasında baxılmalı və qiymət verilməli tələb kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 46-cı maddəsinə maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək və məlumatı istintaq aidiyyəti üzrə göndərmək barədə qərarlardan birini qəbul etməlidir. Yuxarıda qeyd edilərə əsasən məhkəmə hesab edir ki, iddiaçının övladına və ona edilən qanunsuzluqlara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Fərdi Məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə 120 saylı orta məktəbin rəhbərliyi və Rayet Novruzova barəsində cinayət işinin başlanılması isə cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş səbəb və əsaslar olduğu halda cinayət təqibini həyata keçirən orqanların fəaliyyətinə aid olmaqla (məhkəmə cinayət təqibini həyata keçirən orqan deyil) belə bir tələbə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya cinayət təqibini həyata keçirən müvafiq orqanlara müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 120 saylı orta məktəbin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladına və ona edilən qanunsuzluqlara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Fərdi Məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə 120 saylı orta məktəbin rəhbərliyi və Rayet Novruzova barəsində cinayət işinin başlanılmasına dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya cinayət işinin başlanılması haqqında cinayət təqibini həyata keçirən müvafiq orqanlara müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2417/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2417/2020
11.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver