Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2418/2020 11.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 3(003)-74/2017 saylı inzibati xəta haqqında iş üzrə xx xxx 2017-ci il tarixli qərarı ilə İPMnin 32-ci və 70-ci maddəsinə görə həmin məhkəmə işi təkrar mübahisələndirilsin və İPMnin 35-ci maddəsinə görə iddianın mümkün sayılması üçün sübüt olan məhkəmə ekspertizasının 8040 saylı rəyi nəzərə alınmasını və 3(003)-74/2017 saylı inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2016-cı il tarixdə baş vermiş yol nəqliyyat qəzası barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsinə görə bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respubliası Prezidentinin Fərmanında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati işlərə (inzibati protokolun tərtib edilməsi, qərar qəbul edilməsi) qeyd olunan Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Republikası Daxili İşlər Nazirliyi baxır. Göründüyü kimi, iddiaçının hazırki tələbi inzibati xətalarla bağlı müvafiq inzibati orqanın fəaliyyətinə aiddir ki, buna da mülki hüquq münasibətlərindən irəli gələn iddia kimi mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Yəni, İddiaçı müraciətində inzibati xəta haqqında protokol tərib etməklə qərar qəbul edilməsini xahiş etmişdir ki, qeyd edilən məsələnin həlli məhkəmələrin səlahiyyətinə aid edilməmişdir. Belə ki, iddiaçının irəli sürdüyü tələb üzrə qeyd edilən hərəkətlərin edilməsi müvafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəsna səlahiyyətinə aiddir. Yəni, həmin növ inzibati xətalara dair məsuliyyət tədbirlərinin görülməsi səlahiyyəti yalnız həmin müvafiq icra hakimiyyəti orqanındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbdə göstərilən məsələnin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə), eyni zamanda müraciət etdiyi halda həmin orqanın müraciətin təmin edilibedilməməsi barədə qərarından inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yuxarı səlahiyyətli orqanına və ya məhkəmə şikayət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia tələbində göstərilən məsələnin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə), eyni zamanda müraciət etdiyi halda həmin orqanın müraciətin təmin edilib-edilməməsi barədə qərarından inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yuxarı səlahiyyətli orqanına və ya məhkəmə şikayət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2418/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2418/2020
11.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver