Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-242/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000,0 manat məbləğində pulun və ya 0.12 ha torpağının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Mayak bagları massivində yerləşən 0.12 sot torpağı var idi və həmin torpağı satmaq üçün elan vermişdi. 2018-ci ildə Cavabdeh adlı şəxs ona yaxınlaşaraq bildirdi ki, o, bir nəfər iranlı ilə iş görür və iranlının etimadını qazanmaq və ondan nisyə mal ala bilməsi üçün iranlının Azərbaycanda olan inandığı şəxsin adına notarial qaydada daşınmaz əmlak rəsmləşdirməli (girov qoymalı) idi. Cavabdeh iranlının göstərdiyi şəxsin adına öz xalası qızına məxsus 180000,0 manat qiymətləndirilmiş torpaq sahəsini rəsmləşdirdiyini və bundan sonra iranlı ona mal verdiyini bildirdi. Eyni zamanda cavabdeh bildirdi ki, o, burda həmin malı Rüstəmlə (qaynı) birlikdə bazarda satış edən Sübhan adlı şəxsə verib satılmasını təşkil edir. Lakin Sübhan 55000 manat dəyərində malı satıb pulunu iranlıya göndərməmişdir və bunun nəticəsi olaraq həmin iranlı ilə arasında mübahisə yaranmış və iranlıda olan cavabdehin xalası qızına məxsus torpağın iranlı tərəfindən mənimsənilməsi təhlükəsi yarandığından iddiaçıdan ona kömək etməyini və hazırda satmaq istədiyi 120000,0 min manat dəyərində olan torpağını iranlının Azərbaycanda olan inandığı şəxsin adına rəsmləşdirməyi xahiş etdi. Əlisahib bildirdi ki, bu pulun qaytarılması üçün ona az bir müddət lazımdı, lakin iranlı təkidlə ya pulu ya da torpağı satmağı tələb edir. Torpağın satılacağı təqdirdə onun xalası qızının ailəsində müəyyən problemlər yarada, münaqişələrə səbəb ola bilər. Razılaşmaya əsasən cavabdeh xalası qızının torpağını iranlının girovundan çıxardıqdan sonra onun pulunu ödəyəcək və təqribən 2-3 ay müddətində iddiaçıya ya pulunu ya da torpağını verməli idi. Lakin cavabdeh həmin pulu iranlıya verə bilmədiyi üçün o, iddiaçının torpağını cavabdehin xalası qızının girovda olan torpağı ilə əvəz edərək satmışdır. O, bununla bağlı cavabdehə irad bildirəndə o narahat olmamağını, Sübhanı məhkəməyə verdiyini və pulu ondan alıb iddiaçıya qaytaracağını bildirdi. Cavabdeh Beyləqan Rayon Məhkəməsinə müraciət edərkən qeyd edilənləri etiraf etmiş, onun günahı ucbatından 120000 manat dəyəri olan torpağının mənimsənilməsinə səbəb olduğunu qeyd etməklə və Sübhandan pulun tutulmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 2(020)-466/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin bu günədək cavabdeh nə pulunu nə torpağını qaytarmamışdır. İddiaçı məcburiyyət qarşısında qalıb polis orqanlarına müraciət etmiş, lakin cavabdeh orda tamamilə həqiqətə uyğun olmayan ifadələr verərək nə torpağını nə pulunu qaytarmır. Cavabdeh xalası qızının torpağı iddiaçının əmlakı hesabına və onun iddiaçını aldatması hesabına iranlının girovundan çıxarmışdır. Nəticədə əsassız varlanan Əlisahib olmuş, lakin bu məsələ istintaqda araşdırılmamışdır. Eyni zamanda istintaqda dindirilən şahişdlərin ifadələri də nəzərə alınmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq Cavabdeh 60000,0 manat məbləğində pulun və ya 0.12 ha torpağının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, bu günə kimi Əlisahib ona nə torpaq sahəsini, nə də ki, pulunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. O, izahatında bildirdi ki, Vidadini, Mətləbi və Rüstəmi uşaqlıqdan tanıyır. Rüstəmin ona 3000 manat borcu olsa da, qaytara bilmirmiş. Rüstəm həmin ərəfədə demişdir ki, Sübhan adlı dostu irandan kortof vurmaq istəyir və kartofu iranlı bir şəxsin göndərəcəyini demişdir. Lakin iranlının şərti olmuşdur ki, nisyə kartof göndərə bilər, amma torpaq lazımdır ki, iranlının etibar etiyi şəxsin adına girov qoyulsun. Bu halda iranlı nisyə kartof göndərəcəkdir. O. xalası qızının satdıq torpaq sahəsi olduğunu, lakin onlrın öz aralarında danışmalı olduqlarını bildirmişdir. Bu zaman Rüstəm bildirmişdir ki, onun xalası qızı Əsli Əliyevanın torpağını iranlının adına keçirsinlər və bunun müqabilində Əsliyə hər ay 3000 manat pul versinlər. Bundan sonra o, da xalası qızına bu barədə demişdir. Sonradan Əsli ilə rüstəm öz aralarında danışaraq razılığa gəlmişlər. Onların arasında olan söhbətə o, qarışmamışdır. Sonradan notariusda xalası qızı Əslinin torpağını iranlının göndərdiyi adamın adına keçirmişlər. Bir müddət sonra məlum olmuşdur ki, xalası qızına pul vermədiyindən narazıçılıq olmuş, və Əsli torpağını geri istəmişdir. Vidadinin torpağının pulunu Sübhan və Rüstəm qaytaracaqmış. Lakin sonra Sübhan həbsxanaya düşmüş, Rüstəm də Vidadinin pulunu qaytarmamışdır. Onun bu işdə heç bir gəliri və marağı olmayıb, buna görə də iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Rüstəm onun qardaşıdır. Rüstəmin kartof biznesi barədə məlumatı olmamışdır. Sonradan məlum olmuşdur ki, qardaşı Rüstəm Əlisahib və Sübhan ilə kartof biznesinə daxil olmuşlar və bu məqsədlə Əlisahibin xalası qızına məxsus torpağı kartofu göndərməli olan iranlı şəxsin etibar etdiyi adamın adına keçirmişlər. İranlı isə kartofu nisyə göndərmiş və İranlıya 55 000 manat borc yaranmışdır. O, xəbər tutanda aydın olmuşdur ki, qardaşı Rüstəm bu borca şərikdir. Məlum olmuşdur ki, Əlisahibin xalası qızının torpağını iranlı Barat adlı şəxs borcun əvəzinə satmaq istəyir. İlk öncə öz torpaq sahəsini təklif etmiş, lakin iranlının adamı həmin torpaq sahəsini bəyənmədiyindən qəbul etməmişdir. Sonra qərara gəliblər ki, Vidadidən xahiş etsinlər ki, öz satlığa qoyduğu Mayak bağlarında yerləşən 12 sot torpağını İranlı Barata versin. Barat isə bununla razılamışdır. Həmin ərəfələrdə, yəni təxminən 2018ci ildə Vidadi, Rüstəm və Əlisahib onun yaşadığı evə gəlmişlər və torpaq məsələsi barədə söhbəti davam etdirmişlər. Vidadidən eşitmişdir ki, Əlisahib həddən artıq Vidadidən xahişlər edirmiş ki, torpağı geri qaytaracaq, Mətləb və Əlisahib hərəsi 30 000 manat verməlidir. Bu söhbətdən sonra Əlisahib Vidadiyə söz verərək 30 000 manatı verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində bildirdi ki, Vidadini əvvəllər tanımayıb. Əlisahib onun xalası oğludur. Rüstəmin Əlisahibin qonşusu kimi tanımışdır. Xalası oğlu Əlisahib Rüstəmin onunla danışmaq istədiyini demişdir. Rüstəm alver etmək üçün ona məxsus torpaq sahəsinin girov qoyulmasını xahiş etmiş, bunun əvəzində ona hər ay 3000 manat pul verəcəyini demişdir. Maddi vəziyyəti pis olduğundan rütəmlə razılaşmış və notariat ofisinə getmişdir. Bir neçə ay keçsə də cəmi 1 dəfə Rüstəm ona 500 manat pul vermişdir. Sonradan onun torpaq sahəsinin satılacağını eşitmiş və bu səbəbdən Rüstəmdən ona məxsus torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. Bu işlərdə Əlisahibin heç bir işi olmamış, yalnız onun xahişi ilə 1 dəfə notariusa onu aparmışdır. Bütün danışıqları Rüstəmlə öz evində şəxsən aparmışdır. Əlisahib Sübhan adlı şəxslə əvvəldən ticarət əlaqələrinin olduğunu və bu işdə də onunla iş görəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində qeyd etdi ki, Sübhan adında oğlanla alver etmək istəmişdir. Sübhan təklif etmişdir ki, girov şəklində torpaq və ya ev qormaqla iş görmək olar. Bir neçə gün sonra Əlisahib xalası qızının torpağı olduğunu və onu girov qoymaq mümkün olduğunu demişdir. Sübhan, o, Əlisahib və onun xalası qızı bu işdə pul qazanmalı idilər. Sübhan Əlisahibin xalası qızına ayda 3000 manat pul verəcəklərini demişdir. Məqsədləri irandan göndərilən kartofu qəbul edərək satıb malın pulunu iranlıya göndərmək, qalan gəliri isə aralarında bölmək olmuşdur. Lakin Sübhan onları aldatdıqlarından pul qazana bilməmişdilər. Bu səbəbdən işləri düz getməmiş və Əlisahibin xalası qızının torpağının əldən getməsinə razı olmamışlar. Bu səbəbdən də Vidadidən ona məxsus torpağı girov qoymasını xahiş etmişlər. Vidadi ilə münasibətləri yaxşı olmadığından sonuncu ona razılıq verməmişdir. Bu səbəbdən onun qardaşı Mətləb Vidadi ilə söhbət edərək bu barədə xahiş etmişdir. Eşitdiyinə görə həmin söhbətdə qardaşı Mətləb və Əlisahib iştirak etmiş, onun üzərinə düşən borcun əvəzini Mətləb ödəmiş, bir hissəsinin əvəzinə isə özünə məxsus torpaq sahəsini vermişdir. Əlisahibin xalası qızını əvvəldən tanımışdır, lakin ona məxsus torpaq sahəsini girov qoymaq üçün birlikdə notariusa getmişlər. Beyləqan Rayon Məhkəməsinə Əlisahib ilə birlikdə iddia vermişlər. Orda da Vidadinin torpaq sahəsini Əslinin torpaq sahəi ilə əvəzləşdirdiklərini qeyd etmişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 2(020)-466/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qısmən təmin edilmiş, cavabdeh X1 65000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumun alınıb iddiaçılar X8 və Cavabdeh hesabına ödənilməsi, iddia cavabdeh X1 girov qoyulmuş 120000 manat dəyəri olan və İddiaçı məxsus torpağın girovdan azad olurmusı uçün qalan 65000 manat, gecikdirməyə görə 5000 manat, girova görə ödəməli olduğu 18000 manat, cəmi 88000 manat məbləğində pulun alınıb iddiaçılar X9 və Cavabdeh hesabına ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət təqibi üzrə icraata xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh barəsində ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin material üzrə izahat vermiş Cavabdeh İddiaçı torpaq sahəsini qaytarmalı olduğuna və ya ona pul ödəməli olduğunda dair hərhansı bir öhdəliyinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AN-İ №0658871 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sürətindən görünür ki, İddiaçı Bakı şəhər Xəzər rayonu Şüvəlan qəsəbəsi 51 saylı BTK-nın 1230K saylı bağ sahəsini X4 24000,0 manat dəyərinə satmışdır. İş materiallarından müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhər Xəzər rayonu Şüvəlan qəsəbəsi 51 saylı BTK-nın 1230K saylı bağ sahəsi xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyata alınmışdır. Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə X1 65000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumun alınıb X8 və Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə təmin edilmiş məbləğin hüquqi əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil etmişdir. Hazırda iddiaçı cavabdehdən onun xeyrinə torpağının girovdan azad olunması üçün 60000,0 manat məbləğində pulun və ya 0,12 ha torpaq sahəsinin geri qaytarılmasını xahiş etmiş, öz tələbini cavabdehin onu aldatması nəticəsində torpağına dair alqı-satqı müqaviləsi bağlaması ilə əsaslandırmışdır və iddiaçının əmlakı hesabına cavabdehin varlanmış olduğunu qeyd edir. Lakin iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının hesabına əsassız varlanmamışdır. Belə ki, sözügedən daşınmaz əmlakın alıcısı o deyildir, onlar arasında heç bir yazılı və ya şifahi razılaşma olmamış və iddiaçı qarşısında vəzifələrin daşıyıcısı olması barədə də hər hansı sənəd və ya cavabdeh tərəfindən edilmiş etiraf müəyyən edilməmişdir. Buna görə də İddiaçı göstərilən müqavilədən yaranmış nəticələrin icrasını cavabdehdən tələb etməkdə haqlı deyildir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “60000,0 manat məbləğində pulun və ya 0.12 ha torpağının alınaraq ona qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-242/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-242/2024
16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver