Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2459/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsiüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış ümumilikdə 2828.23 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2858.23 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, mülki işin materiallarını və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsinə qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı iddia tələbindən imtina ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191 və 262-ci maddələrinin tələbləri iddiaçı tərəfə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a aldı: İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2459/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2459/2020
16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver