Məhkəmə qərarları › İş №2(003)-246/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-246/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-246/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı “Meqa Sığorta" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Meqa Sığorta" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5150,0 manat məbləğində sığorta ödənişi və 71,9 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “Meqa Sığorta" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Ford Transit” markalı ** ZF *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Y.Səfərov küçəsi ilə hərəkət edən zaman ara məsafəsinin düzgün seçilməməsi qaydalarını pozmuş, nəticədə, “Hyundai Accent” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə və “Toyota Land-Cruiser-Prado” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Daha sonra ikinci dəfə xx.xx.2022-ci il tarixində təkrar olaraq baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford Transit” markalı ** ZF *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Hyundai Accent” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla və Nəsimi rayonu DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla “Ford Transit” markalı ** ZF *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisələri nəticəsində “Hyundai Accent” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə 4370,0 (dörd min üç yüz yetmiş) manat, eyni zamanda Toyota Land-Cruiser-Prado” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə 630,0 (altı yüz otuz) manat, “Hyundai Accent” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə 150,0 (yüz əlli) cəmi, 5150,0 (beş min yüz əlli) manat maddi zərər dəymişdir, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221341 saylı xx.xx.2022-ci il tarixli, İAS221088 saylı xx.xx.2022-ci il tarixli, İAS221089 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən cəmi 5150,0 (beş min yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya 5150,0 manat məbləğində vəsatin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı “Meqa Sığorta" ASC-nin nümayəndəsi X2 iddia ərizəsi üzrə izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan avtonəqliyyat vasitələrinin icbari sığorta müqaviləsinə dair məlumat vərəqinin surətindən görünür ki, "Ford Transit” markalı ** ZF *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş İAS221341 saylı xx.xx.2022-ci il tarixli, İAS221088 saylı xx.xx.2022-ci il tarixli, İAS221089 saylı xx.xx.2022ci il tarixli, Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən cəmi 5150,0 (beş min yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qüsur aktlarına əsasən Hyundai Accent” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə 4370,0 (dörd min üç yüz yetmiş) manat, eyni zamanda Toyota Land-Cruiser-Prado” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə 630,0 (altı yüz otuz) manat, “Hyundai Accent” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə 150,0 (yüz əlli) manat, cəmi 5150,0 (beş min yüz əlli) manat maddi zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Ford Transit” markalı ** ZF *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40, manat cərimə olunmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və portaldan çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan Çeçenistan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək “B”, “B1”, “C”, “C1”, “D”, “D1” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin sürətindən görünür ki, “Ford Transit” markalı ** ZF *** dövlət nömrə nişanlı avtomobilin sahibi X3 avtomobili etibarnamə əsasənda Cavabdeh istifadəsinə vermişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Kapital Bank” SKB Gənclik filialının hesabına 630,0 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Kapital Bank” SKB C.Cabbarlı filialının hesabına 150,0 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin Nərimanov filialının hesabına 4370,0 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 688-05/22 SH saylı Pretenziya məktubundan görünür ki, iddiaçı borcluya borc barəsində xəbərdalıq etmiş və borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 9/8656 saylı ekspert rəyindən görünür ki, “Hyundai Accent” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4000,0 manat müəyyən edilir, “Toyota Land- Cruiser” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 580,0 manat müəyyən edilir, “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 150,0 manat müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi , “Hyundai Accent” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə,“Toyota Land-Cruiser-Prado” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə və “Hyundai Accent” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə Cavabdeh tərəfindən idarə edilən“Ford Transit” markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər vurulması və bunun nəticəsində göstərilən avtomobillərə zərər dəyməsi, işin materialları ilə sübut olunur. Məhkəmə hesab edir ki, “Hyundai Accent” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə,“Toyota Land-Cruiser-Prado” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobilə və “Hyundai Accent” markalı ** BE *** dövlət nömrə nişanlı Cavabdeh tərəfindən vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinin V hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək müvəqqəti məhdudlaşdırıla bilər. 35-ci maddəsinin Vİ hissəsinə əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsasdır. 35-1-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2022-ci il tarixli qərarına əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh oğlundan alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 71,90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5150 (beş min yüz əlli) manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 71,90 (yetmiş bir manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar