Məhkəmə qərarları › İş №2(003)-248/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-248/2025

03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-248/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakda payın naturada bölgüsü” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı “əmlakda payın naturada bölgüsü” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanı üzrə əmlakın paylara müvafiq naturada ayrılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırlar ki, Cavabdeh onun əmisinin arvadıdır. ünvan 1 ünvanında yerləşən əmlak babaları X10 miras qalmışdır. Vərəsəlik üzrə paylar müəyyən edilmiş və paylı mülkiyyət üzrə dövlət reyestrindən müvafıq çıxarış verilmişdir. Qeyd etmək istəyir ki, miras qalmış əmlak ilə bağlı xx.xx.2006-cı il tarixli 2432/2006 saylı Əzizbəyov rayon Məhkəməsinin qətnaməsini iş materiallarına əlavə etmişdir. X8 1974-cü ildə vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən əmlak üzrə vərəsəlik açılmışdır. Həmin vərəsəlik işi üzrə paylar müəyyən edilmişdir. Hal-hazırda paylar üzrə əmlakın naturada ayrılması zərurəti vardır. ünvan 1 ünvanında yerləşən əmlak paylar üzrə bölünmüş və hər bir şəxsin ayrılıqda istifadəsindərir. O payına uyğun olaraq mənzildən payının naturada ayrılmasını istəyir. Paylar müəyyən edildikdən sonra əmlak paylar üzrə bölünərək hasarlanmışdır. Foto şəkillər iş materiallarına əlavə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 1 ünvanı üzrə qeydiyyata alınmış çıxarışdan görünür ki, həmin ünvanda yerləşən əmlak üzrə Cavabdeh payı 2/3 hissə, İddiaçı payı 1/3 hissə üzrə müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında X1, X5, X7, X13, İddiaçı, Cavabdeh qeydiyyatdadırlar. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Сavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı Cavabdeh və İddiaçı paylı mülkiyyətindədir. Həmin çıxarışa əsasən iddiaçının payı ünvan 1 ünvanında yerləşən mülkün 1/3 hissəsindən ibarətdir. - Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh, İddiaçı və digərləri ünvan 1 ünvanında qeydiyyatdadırlar. - 10 saylı Notariat ofisinin xx.xx.2017-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007 tarixdə vəfat etmiş X3 vərəsələri bunlardr: Bakı şəh., Xəzər ray., Buzovna qəs., R. Axundov küç., ev 129-da qeydiyyatda olanlar: 1. oğlu X11 2. oğlu İddiaçı və onlarn hər bi mras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə veriən miras əmlak AR ƏMDK-nh yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfdən reyestr nömrəsi: **********68-10301, qeydiyyat nömrəsi: ********** ohn xx.xx.2017Cİ i tarxdə verimiş seriya RX ******* sayl Çıxarşa və real vaxt reflmində daşnmaz əmlakn dövbt reyestrindən əklə edimiş xx.xx.2017-ci i tarixl, qeydiyyat nömrəsi ********** olan Arayşa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R. Axundov küçəsində istifadədə olan 0.01346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.7 kv.m. olan 129 saylı fərdi yaşayş evinin mərhum X6 məxsus olan 1/3 haisəsindən ibarətdir. -xx.xx.2017-ci Vərəsəlik payının bağışlanma müqaviləsindən görünür ki, X11 Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci 1 terixdə 2V-180 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsindən vərəsəlik yolu ilə ona çatan payı qardaşı - İddiaçı bağışladı. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi Texniki Pasportunun sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Hüquq subyekti: Məmmədov İddiaçı Mariya İsa qızıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1740 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinin faktiki olaraq tərəflərin arasında bölünmüş vəziyyətdə olduğunu, tərəflərin faktiki istifadəsində və sərəncamlarında olan tikililərin faktiki təyinatlılığına uyğun olaraq, tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında olan tikililərin ayrı-ayrı tikililər olduğunu, hər bir tərəfin istifadəsində və sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, tərəflərin faktiki istifadəsində olan tikililərin texniki pasportda göstərilən tikililər) ümumi sahəsinin tərəflərin 1/3 və 2/3 payına uyğun olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu, eləcə də həyətyanı torpaq sahələrinə ayrı-ayrı giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikililərinin İddiaçı və Cavabdeh arasında paylarına uyğun 1/3 və 2/3 hissədə iki ayrı-ayrı təcrid mənzil şəklində naturada ayrılması Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iştirak edən tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara müvafiq surətdə naturada ayrılması”tələbinə dair iddia təmin edilməlidir. İş materiallarından aydın olduğu kimi, mübahisəli əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər vərəsəlik hüququ əsasında mərhum X2 intiqal etmiş və müvafiq hüquqi prosedurlar əsasında ümumi paylı mülkiyyət obyektinə çevrilmişdir. Hüquqi sənədlərlə təsdiqlənmişdir ki, Cavabdeh bu əmlakda 2/3, İddiaçı isə 1/3 pay mülkiyyət hüququ vardır ki, dövlət reyestrindən verilmiş çıxarışla bu hüquqlar rəsmiləşdirilmiş və hüquqi qüvvə qazanmışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1740 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyi əmlakın naturada ayrılmasının texniki və funksional baxımdan tam mümkün olduğunu təsdiqləyir. Belə ki, ekspert rəyi əsasında müəyyən edilmişdir ki: - Əmlakın tikililəri faktiki olaraq tərəflər arasında paylara uyğun fiziki şəkildə bölünmüş vəziyyətdədir; - Hər bir tərəfin istifadəsində olan tikililər yaşayış və yardımçı otaqlardan ibarət olub, ayrı-ayrı giriş-çıxışlara malikdir; - Tikililər “Tikinti Norma və Qaydaları (TNQ) 2.08.01-89-un” 2.2., 2.4. və 2.7-ci bəndlərinin tələblərinə, eləcə də metodik göstərişlərə tam uyğunluq təşkil edir; - Ümumi tikili sahəsi tərəflərin mülkiyyət payları olan 1/3 və 2/3 nisbətinə müvafiq şəkildə faktiki istifadə olunur. Bölünmə nəticəsində texniki cəhətdən müstəqil və sərbəst istifadə oluna bilən iki təcrid olunmuş mənzil formasında naturada bölgü mümkündür. Bu kontekstdə ekspert rəyi ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsinin texniki cəhətdən mümkün olduğunu göstərir. İddiaçı və cavabdeh artıq faktiki olaraq öz mülkiyyət paylarına uyğun şəkildə əmlakdan istifadə edirlər. İddiaçının təqdim etdiyi fotoşəkillər və qeydiyyat arayışları da bunu təsdiq edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə arayışı ilə müəyyən edilmişdir ki, qeyd olunan ünvanda həm iddiaçı, həm cavabdeh, həm də digər ailə üzvləri qeydiyyatdadırlar. Bu isə de-fakto naturada bölgünün mövcudluğunu sübut edir. Bu hallar göstərir ki, tərəflər artıq faktiki olaraq ayrılıqda istifadədə olan hissələrə malikdirlər və bu sahələrdə müstəqil şəkildə sərəncam verirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmuşdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında olan razılaşmaya əsasən onlar arasında bölünməsi nəzərdə tutulmuşdur ki, bu da mülkiyyətçilərin alarındakı razılaşma əsasında mümkündür. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi qanunvericilik məhkəmənin tərəflərin arasında razılıq olmadıqda payların mülkiyətçilərin paylarına uyğun naturada bölünməsini nəzərdə tutmuşdur. Belə ki, mübahisəli əmlakdan payın naturada ayrılmasının texniki cəhətdən mümkün olması ekspert rəyi ilə öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci müştərək qaydada iddiaçı və cavabdehdən tutulub X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1740 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən İddiaçı 1/3 hissədən, Cavabdeh 2/3 hissədən ibarət paylarının naturada ayrılması müəyyən edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci birgə qaydada İddiaçı və Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar