Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2487/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsində yerləşən 34 saylı fərdi yaşayış evi onun mərhum atası X3 məxsus olmaqla, onun xüsusi mülkiyyəində olmuşdur. Belə ki, həmin evə dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən təqdim edilmiş MN seriyalı 100803 saylı xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsi atasının adınadır. Atası X5 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Hazırda atasından miras qalmış həmin daşınmaz əmlakı qanun üzrə vərəsəlik hüququ əsasında öz adına rəsmiləşdirmək itəyir, bu məqsədlə də Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna müraciət etmiş, notariat kontorunda sənədləri yoxlanıldıqdan sonra ona bildirilmişdir ki, bəzi sənədlərdə onun atasının adı «Cabir» əvəzinə «Cabar» kimi qeyd edildiyindən uyğunsuzluq yaranır və sənədləşdirmə işlərinin aparılmasından imtina edilmişdir. Belə ki, atasının doğum haqqında şəhadətnaməmdə, atanın ananıın nikah qeydiyyatlarında və onun doğum haqqında şəhadətnamələrdə atasının adı səhvən «Cabir» əvəzinə «Cabar» kimi yazılmışdır. Hesab edir ki, qeyd etdiyi sənədlərdə atasının adının səhv yazılmasına səbəb həmin sənədləri tərtib edən şəxslərin rusdilli şəxslər olması səbəbindən olmuşdur. Həmçinin bir hərfı səhv yazmaqla buna əhəmiyyət verməmişlər. Qeyd edirəm ki, atası X5 xx.xx.1936-cı il təvəllüdlü olmuşdur. O, sağlığında daimi olaraq ünvan 1 ünvanında yaşamış və orada pasport qeydiyyatında olmuşdur. O da hazıradək ailə üzvləri ilə həmin ünvanda yaşayır. Hazırda onda olan atasının doğum haqqında şəhadətnaməsi Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1977-ci ildə təkrar olaraq təqdim edilmişdir. və akt qeydiyyatında səhvlik olduğundan onun adı yeni şəhadətnamədə «Cabar» kimi qeyd edilmişdir. Atası vaxtında sənədində olan bu səhvə əhəmiyyət verməmışdir. Lakin onun əvvəlki doğum haqqında şəhadətnaməsində və şəxsiyyətini təsdiq edən bütun sənədlərdə adı «Cabir» kimi qeyd edilmişdir. Bunun əsasında atasının ölüm haqqında şəhadətnaməsində də adı «Cabir» kimi yazılmışdır. Hazırda o, yuxarıda qeyd etdiyi X1 düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbədən ısə mənə bu barədə imtina məktubu təqdim edilmişdir və məhkəməyə müracıət etməyim məsləhət görülmüşdür. Daha sonra Ərizəçi məhkəməyə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Cabar oğluna verilmiş xx.xx.1961-ci il tarixli A3 065325 nömrəli doğum haqqında şəhadətnamənin Bakı şəhəri Xəzər Rayon Polis İdərsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X3 verilmiş MH 100803 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli 317515 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilən X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, göstərilən faktın müəyyən edilməsi ona mənzilin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Hüseynov X13 bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır, Ərizəçi onunla qonşuluqda yaşayır. Həmçinin əvvəllər mərhum Cabirdə həmin ünvanda yaşayıb. Onunla qonşuluq və dostluq münasibətlərində olmuşdur. O 2009-cu il tarixdə vəfat etmişdir. Qonşu kimi mərhumun adının Cabir olduğunu bilmiş və Cabir deyə müraciət etmişdi. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır, Ərizəçi onunla qonşuluqda yaşayır. Həmçinin əvvəllər mərhum Cabirdə həmin ünvanda yaşayıb. Onunla qonşuluq münasibətlərində olduğu müddətdə onun adının Cabir olduğunu bilmiş və Cabir deyə müraciət etmişdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli A3 065325 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Cabar oğlu xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası qrafasında X6, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli 317515 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1936-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası qrafasında Kərimov X9, ana qrafasında Kərimova X10 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ İ 363266 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov X19 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materaillarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH 100803 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, döngə 2, ev 34 X2 mülkiyyətindədir. İş materaillarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdərsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı “Kərimov” adı “Eldar” ata adı “Cabir” kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 05/-11-725 nömrəli məktubdan görünür ki, doğum haqqında şəhadətnamədə Cabar adının Cabir adına dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə məxsus olan sənədlərdə, həmçinin ərizəçinin mərhum atasına məxsus olan sənədlərdə ərizəçinin ata adı Cabar kimi qeyd edilmiş, lakin faktiki olaraq, həmçinin ərizəçiyə məxsus olan müəyyən sənələrdə atasının adı “Cabir” kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin ata adının “Cabir” olduğu halda “Cabar” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət, vərəsəlik) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də hesab edir ki, Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Cabar oğluna verilmiş xx.xx.1961-ci il tarixli A3 065325 nömrəli doğum haqqında şəhadətnamənin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən xx.xx.2011ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X3 verilmiş MH 100803 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli 317515 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilən X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Cabar oğluna verilmiş xx.xx.1961-ci il tarixli A3 065325 nömrəli doğum haqqında şəhadətnamənin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X3 verilmiş MH 100803 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli 317515 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilən X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2487/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2487/2020
10.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver