Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2502/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakların evdən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə oğlum X11 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal oslada sonradan aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən oğlu nikahın pozulması tələbi ilə bağlı ilkin olaraq cavabdehə mediasiya təkifi göndərmişdir. Hal-hazırda onlar boşanma ərəfəsindədirlər. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən fərdi yaşayış evi onun tərəfindən inşa edilmişdir. Həmin fərdi yaşayış evinin kommunal ödənişləri İddiaçı adına qeydə alınmışdır. Oğlu ailə qurduqdan sonra tək yaşamasın istəmiş o da həmin fərdi yaşayış evində oğlu və gəlininin yaşamasına icazə vermişdi. Son mübahisəyə qədər oğlu və gəlinin həmin fərdi yaşayış evində yaşamışlar. Hal-hazırda həmin fərdi yaşayış evində yaşayış yoxdur, cavabdehə məxsus cehiz əşyaları həmin evdə qalmaqdadır. Oğlu ayrılmaq qərarına gəldikdən sonra o dəfələrlə cavabdehə özünə məxsus cehiz əşyalarının onun fərdi yaşayış evindən çıxarılmasını tələb etsə də o hər dəfə müxtəlif bəhanələr gətirmiş cehiz əşyaları bu günədək onun evində qalmaqdadır. Belə olan halda yeganə çıxış yolu məhkəməyə müraciət etmək oldu. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 200,0 manat İbrahimə beh verdi evi aldı, daha sonra isə qalan məbləği ödədi. 4000,0 manatı Qızılgülün atası verdi, qaytarmağa hazırdı o, məbləği. Evi hədiyyə kimi alıb, 5000,0 manat qaytarmağı boynuna götürür. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildir ki, evin yerləşdiyi torpaq sahəsinin sənədi yoxdur, həmçinin təqdim ediliş video görüntüdən də evin hədiyyə olduğu müəyyən edilmir. İş üzrə İddiaçı iddia ərizəsində göstərmişdir ki, oğlu Rüfət Cəfərov Cavabdeh ilə nikahı qeyd etdirməklə ailə qurmuş, bu nikahdanCefərov Renat Rüfət oğlu adında bir övladları dünyaya gəlmişdir. Hal-hazırda onlar boşanma ərəfəsindədirlər. Evlilik dövründə Rüfətin ailəsinin yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu" adlanan ərazidə yerləşən fərdi yaşayış evi onun (Zakirin) tərəfindən inşa edilmişdir. Mənzilin kommunal ödənişləri onun (Zakirin) adınadır. Cavabdeh uşağı özü ilə atası Ruslanın evinə aparmış, hazırda yaşayış olmayan mənzilində cavabdehin cehiz əşyaları qalmaqdadır. İddia ərizəsində cavabdehin cehiz əşyalarının onun (Zakirin) qeyd edilən mənzilindən çıxarılması tələbini qoymuşdur. İş üzrə real vəziyyət belədir: xx.xx.2022-ci il tarixdə İddiaçının oğlu Rüfət Cəfərov Cavabdeh nikahı qeyd etdirməklə evlənmişlər, nikah qeydindən bir gün sonra, bəy və gəlin ailələrinin birgə niyyəti və razılığı ilə ilə, hər iki ailənin vəsaiti hesabına, yeni evlənənlərə toy hədiyyəsi olaraq, iddiaçının inşa etdiyini bəyan elediyi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən fərdi yaşayış evini etibarnamə ilə, cavabdehin qaynatası Zakirin adına almışlar (videoyazılar əlavə olunur). Yəni sözügedən mübahisəli mənzil faktiki olaraq Qızılgül və Rüfət Cəfərovlara aiddir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əşyalarının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hesab edir, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, o xx.xx.2022-ci ildə iddiaçının oğlu X11 ilə rəsmi nikaha daxil olmuş və xx.xx.2023-cü ildə isə toyu olmuşdur. Birgə nikahımızdan xx.xx.2023-cü il təvəllüdlü X12 adlı bir övladı anadan olmuşdur. xx.xx.2023-cü ildən etibarən o həyat yoldaşı - Rüfət ilə birlikdə valideyinlərinin onlar üçün birgə aldıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşamışdır. Gəlin köçərkən el adət-ənənəsinə uyğun olaraq valideynlərinin ona verdikləri cehiz əşyaları da həmin evdədir. X5 xəstələndiyinə görə 9 gün 1 nömrəli X1mışdır. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı X11 onu övladı ilə birgə xəstəxanadan çıxarsa da, birgə yaşadığı evə aparmadı. Onu və oğlunu valideynlərinin yaşadığı evə gətirdi. O, xx.xx.2025-ci il tarixinədək həyat yoldaşı və oğlum ilə birgə yaşadığı evə cavabdeh X11 tərəfindən buraxılmır. Nikahını rəsmiləşdirdikdən sonra toy mərasiminədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən özbaşına tikilini valideynlərinin maddi köməkliyi əsasında əldə etmişlər. Bunu evi aldığı şəxs də təsdiq edə bilər. Onun hal-hazırda yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Mübahsiələndirilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, mövcuddur və onun həmin evdə yaşamaq hüququ vardır. Valideynlərinin evi 2 otaqdan ibarətdir və evdə subay qardaşım var. Övladı azyaşlı olduğundan heç yerdə işləyə bilmir və başqa evdə kirayə yaşamağa maddi imkanı yoxdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş sənədlər Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı X4 0,05 ha torpaq sahəsi ayrılmışdır. Etibarnamənin surətindən görünür ki, X3 rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışla ona ayrılmış 0,05 ha torpaq sahəsi torpaq sahəsi üzrərində hüquqlarını İddiaçı vermişdir. Etibarnamə xx.xx.2100-cü ilədək qüvvədədir. Tətbiq edilən hüquq Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respubikasının Mülki Məcəllənin 180-ci maddəsinə əsasən hazırki münasibətləri tənzimləmir. Həmin norma özbaşına tikiliyə anlayış verməklə (maddə 180.1), özbaşına tikilini aparmış şəxsin ona mülkiyyət hüququnun və ona dair sərəncam vermək hüququnun olmaması (maddə 180.2), özbaşına tikiliyə mülkiyyət hüququnu tanınması (maddə 180.3) və özbaşına tikilinin sökülməsi (maddə 180.4) barədə münasibətləri tənzimləyir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində Cavabdeh qarşı tələbi ondan ibarət olmuşdur ki, cavabdehin cehiz əşyaları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, qeyd olunan yaşayış evi onun mülkiyyətindədir və həmin evdə hal-hazırda heç kim yaşamır, yalnız cavabdehin cehiz əşyaları qalmaqdadır. Cavabdeh isə bu tələblə razılaşmayaraq, iddianın əsassız olduğunu, sözügedən evin əslində ona və həyat yoldaşı Rüfət Zakir oğluna birgə nikah münasibətləri dövründə valideynlərinin birgə maddi vəsaiti ilə toy hədiyyəsi kimi alındığını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən xx.xx.1998-ci il tarixli 28 saylı əmrdən çıxarışdan göründüyü kimi, mübahisəli torpaq sahəsi X4 məxsus olmuş, sonradan həmin şəxs tərəfindən etibarnamə əsasında torpaq üzərindəki hüquqlar İddiaçı ötürülmüşdür. Bununla belə, qeyd edilən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmamışdır. Bu hal "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən, həmin əmlakın hüquqi cəhətdən tanınan mülkiyyət hüququnun olmaması nəticəsini doğurur. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən əmlakdan cehiz əmlaklarının çıxarılması ilə bağlı tələbdir. İşin müəyyən edilən hallarından da görünür ki, mübahisəli əmlak özbaşına tikili olsasa da tərəflər həmin evdə uzun müddət yaşamaqla təsərrüfat aparmışlar. Cavabdehə məxsus cehiz əşyaları həmin evdədir. Bundan əlavə, mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra əmlak üzərində hüquqlar üçüncü şəxslərə qarşı qüvvəyə minir. Mübahisəli yaşayış evinin hüquqi statusunun qeyri-müəyyən olması, qeydiyyatın olmaması şəraitində iddiaçının bu əmlak üzərində üstün hüquqlarının mövcudluğu tam sübut edilməmişdir. İş üzrə təqdim olunmuş izahat və sübutlardan aydın olur ki, Cavabdeh və iddiaçının oğlu X11 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2023-cü il tarixdə toy mərasimi keçirilmişdir. Cavabdeh qeyd olunan tarixdən etibarən həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə mübahisəli yaşayış evində yaşamışdır. Bu hal, ailə üzvlərinin faktiki birgə yaşayışı və həmin evdən istifadə etmələri ilə bağlı faktiki istifadəyə əsaslanan əşya hüququ – istifadə hüququ – yaradır. Əməkdaşlığa və qarşılıqlı niyyətə əsaslanan ailə münasibətləri çərçivəsində, mübahisəli yaşayış sahəsinin bəy və gəlinə toy hədiyyəsi olaraq təqdim olunduğu iddia edilən hal da, tərəflərin bu əmlaka ailə ocağı kimi münasibət göstərdiklərini və onun ailə həyatının təməli kimi istifadə olunduğunu təsdiqləyir. Belə bir şəraitdə iddiaçının mübahisə predmetinə aid evdə yaşamaq hüququna malik olduğunu və digər ailə üzvlərinin iradəsi ilə ziddiyyət təşkil edən şəkildə əşyaların çıxarılmasını tələb etmək hüququnun məhdud olduğunu qeyd etmək vacibdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikah dövründə ər və arvadın birgə yaşayışı üçün istifadə edilən əmlak üzərində hər iki tərəfin bərabər hüquqları formalaşır. Məhkəmə təcrübəsində də ailə tərəfindən istifadə edilən əmlakın ailənin birgə yaşayış mühiti kimi tanınması həmin əmlaka münasibətdə sadəcə faktiki deyil, həmçinin ailəvi hüquqi münasibətlər əsasında yaşamaq hüququnun mövcudluğunu ortaya qoyur. İddiaçı bu əşyaların onun mülkiyyətində olan evdə qalmasını əsas gətirərək onların çıxarılmasını tələb etmişdir. Lakin iddiaçının və ya onun oğlunun daşinmaz əmlak üzərində mülkiyyət hüququ yoxdur. Cavabdeh isə bu əşyaların ona məxsus olduğunu təsdiq etmiş və onların istifadəsinin və saxlanmasının faktiki olaraq ona məxsus mülkiyyətdə olduğunu bildirmişdir. Burada diqqətə alınmalıdır ki, cavabdeh hal-hazırda qeyd olunan yaşayış evinə buraxılmadığına görə, cehiz əşyalarının çıxarılması ilə bağlı iradəsi tam şəkildə təmin olunmamışdır. Əlavə olaraq, cavabdehin sosial vəziyyəti, azyaşlı övladın olması, onun hal-hazırda işsiz olması və digər obyektiv səbəblər onun mülki hüquqlarının daha da həssas yanaşma ilə müdafiəsini zəruri edir. Cavabdehin heç bir digər yaşayış sahəsinə malik olmaması və şəxsi əşyalarının qorunması baxımından mövcud vəziyyətin hüquqi həllini tapmaması onun sosial müdafiə hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu isə həm hüquqi sabitliyə, həm də mülki hüquqların effektiv müdafiəsi prinsipinə ziddir. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovoxozunda yerləşən cavabdehə məxsus cehiz əmlaklarının çıxarılması tələbini irəli sürməkdə haqlı deyildir. Belə ki, cavabdeh iddiaçının hazırda sahibliyində istifadəsində olan özbaşına tikiliyə gəlin köçməklə, sonuncu cehiz əmlaklarını həmin ünvana yığmışdır. Hazırda tərəflər arasında olan nikah pozulmadığından onun fərdi yaşayış evində yaşamaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əmlakların evdən çıxarılması» tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus olan cehiz əşyaların çıxarılmasına dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2502/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2502/2025
16.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver