Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-259/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yolun verilməsi, maneələrin aradan qaldırılması, tikililərin sökülməsi tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Z.Tağıyev küçəsində 0.25 ha torpaq sahəsində yerləşən 1070 saylı bağ sahəsinə giriş üçün cavabdeh tərəfindən iddiaçıya yol verilməsi, bağ sahəsinə giriş üçün nəzərdə tutulan dalan yoldan istifadə hüququnun həyata keçirilməsi ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması, həmin yol üzərində qanunsuz tikilən tikililərin (darvazanın), cavabdeh tərəfindən öz hesabına sökülməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında bağlanmış barışıq sazişini təqdim edərək tərəflər arasında barışığın əldə edildiyini bildirdi və barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxılmasını, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 20.10.222-ci il tarixli barışıq sazişindən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus 1071 saylı bağ evinin tinindən 1070 saylı bağ sahəsinə keçid üçün nəzərdə tutulan yol boyunca təqribən 11,70 metr məsafədə hörgü işlərinin aparılması, cavabdeh tərəfindən isə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.25 ha torpaq sahəsində yerləşən 1070 saylı bağ sahəsinə keçid üçün nəzərdə tutulan yolun qarşısında olan dəmir darvazanın sökülməsi və öz torpaq sahəsinin hüdudları daxilində yerləşdirilməsi, bağ sahəsinə keçid yoldan iddiaçının istifadəsi ilə bağlı hər hansı maneələr yaratmayacağı barədə barışıq əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilir və həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: - iddiaçı tərəf cavabdehə məxsus 1071 saylı bağ evinin tinindən 1070 saylı bağ sahəsinə keçid üçün nəzərdə tutulan yol boyunca təqribən 11,70 metr məsafədə hörgü işlərini aparacağını öhdəsinə götürür. - cavabdeh tərəf iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.25 ha torpaq sahəsində yerləşən 1070 saylı bağ sahəsinə keçid üçün nəzərdə tutulan yolun qarşısında olan dəmir darvazanın sökülməsi və öz torpaq sahəsinin hüdudları daxilində yerləşdirilməsini, bağ sahəsinə keçid yoldan iddiaçının istifadəsi ilə bağlı hər hansı maneələr yaradılmamasını öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı yolun verilməsi, maneələrin aradan qaldırılması, tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-259/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-259/2022
25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver