Məhkəmə qərarları › İş №2(003)-2592/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2592/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2592/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı “Atəşgah» Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı “Atəşgah» Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə Cavabdeh "Volksvvagen polo” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə — görə 400 ( dörd yüz) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 (otuz manat, qırx qəpik) dövlət rüsumu, cəmi 430,40 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Kia Mohave” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək İddiaçı Sığorta Şirkətində Könüllü Sığorta növü ilə sığortalanmış “Volksvvagen polo” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol neqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Volksvvagən polo” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat ziyan dəymişdir. 21 sentyabr 2020-ci il tarixli, 088657 saylı sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti ümumi zərər məbləğindən müqavilə üzrə nəzərdə tutulmuş 100 manat azadolma çıxılmaqla 400 (dörd yüz) manat sığorta ödənişini həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol neqliyyat hadisəsi nəticəsində İddiaçı sığarta şirkətinə dəymiş 400 (dörd yüz) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********6 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, «Volkswagen, Polo» markalı, XW8ZZZ61ZKG045980 ban nömrəli avtomobil xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 088657 nömrəli soğorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı X1 400 manat sığorta ödənişi olunmalıdır. İş materiallarında olan Xətai rayon DYPŞ inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirili bilinmişdir. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli 9267 nömrəli ödəniş tapşırığından görünür ki, “Atəşgah» Sığorta Şirkəti ASC tərəfindən X1 400 manat ödəniş ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan «KİA MOHAVE» markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq 400 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat, qırx qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «Volkswagen, Polo» markalı ** TR *** qeydiyyat nişanlı avtomobillə vurulmuş zərərə görə ödənilmiş 400 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 430,40 (dörd yüz otuz manat qırx qəpik) manat Cavabdeh tutularaq “Atəşgah» Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar