Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2594/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh atasına verdiyi 9500 dollar pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə bildirdi ki, 2003-cü ildə mərhum X2 Şağan qəsəbəsində Şağan məktəbli küçəsində ev 19-da yerləşən 1 mərtəbəli fərdi yaşayış evi alıb. Yaşar Aslanov bu evi həyət qarışıq 9500 dollara satmağa razılaşmışdır, əvəzində cavabdehin bibisi mərhum Sürəyyanı qeydiyyata salıb və işıq və qaz sayğacını adına keçirib. Ağayeva Sürəyya xx.xx.2016-cı ildə vəfat etmişdir. X7 xx.xx.2012-ci il tarixində vəfat etmişdir.Hazırda Cavabdeh xx.xx.2023-cü ildə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq sözü gedən əmlakın vərəsəsi tanınmışdır.Atasından miras qalmış əmlakı giriş qapısını sındırıb, qıfılı dəyişmişdir. Belə bir halda vərəsə atanın verəcəyi pulun qaytarılmasında borclu olduğunu bildirmişdir. Cavabdeh məhkəmədə bildirdi ki, o, iddianı qəbul etmir və pul verilməsinə dair heç bir sənəd yoxdur. Əvvəllər orada yaşayış olmamışdır, hazırda özü yaşayır. Məhkəmə iclasında dindirilmiş iddiaçının şahidi X3 bildirdi ki, mərhum Yaşar 2013-cü ildə 9500 dollar İddiaçı almışdır və mərhum bibisi Ağayeva Sürəyya sözügedən evə köçmüşdür, qaz və işıq sayğacı mərhum bibisinin adına olmuşdur. Məhkəmə iclasında dindirilmiş iddiaçının şahidi X4 şahid X1 ifadəsinə uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Beləki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsindən verilən arayışa əsasən reyestr nömrəsi **********12-10301 əmlakın hüquqi sahibi X5r. xx.xx.2023-cü il tarixli Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh qanuni vərəsə kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı 9500 dollar pulun X6 verilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbi iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2594/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2594/2024
30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver