Məhkəmə qərarları › İş №2(003)-2595/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2595/2021

15.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2595/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və sair ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 sayı 30.12.1999-cu il tarixli sərəncamı ilə ona Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə və onun üzərindəki tikiliyə köçürülməsi, Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsində və üzərindəki tikilidə quraşdırılmış mühafizə siqnalizasiya sisteminin onların hesabına sökülərək ləğv edilməsi, həmin torpaq sahəsi və üzərindəki evdən Cavabdeh3 və ona məxsus əşyaların çıxarılması, həmin torpaq sahəsi və üzərindəki evdən X1 məxsus olan əşyaların çıxarılması, Cavabdeh1 tərəfindən İddiaçı həmin torpaq sahəsindən istifadə və sahiblik edilməsinə yaradılan maneələrin aradan qaldırılması və hər hansı maneə yaratmağın ona qadağan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozunda 12 sot torpaq sahəsində inşa olunmuş 125 kv.m sahədən ibarət 4 otaqlı evə (tikiliyə) köçürülməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 saylı 30.12.1999-cu il tarixli sərəncamı ilə ona Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sahədə tərəfindən ev tikilmiş və 27.10.2001-ci il tarixdən X4 ilə nikaha girmiş və birgə nikahdan 4 övladı olmuşdur. Həmin torpaq sahəsində inşa olunmuş 4 otaqlı evdə yaşayıb birgə təsərrüfat aparmışlar. Xəzər Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanmış və ondan aliment tutulmuşdur. Bundan başqa, Sabunçu Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi , Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 7, 110 saylı mənzilə olan paylar bölünərək həmin mənzilə Cavabdeh2 3/5 hissədə, X3 2/5 hissədə payı müəyyən edilmişdir. 30.12.1999-cu il tarixli sərəncamı ilə ona ayrılmış Şüvəlan qəsəbəsində 877 saylı sahədə tikdirdiyi evi 2019-cu ilin iyun ayından Cavabdeh3 adlı vətəndaşa kirayə vermişdir. Cavabdeh2 ilə boşandıqdan sonra onun atası Cavabdeh1 və Cavabdeh3 iddiaçıya məxsus olan torpaq sahəsinin və evin kilidin dəyişmiş və iddiaçını ora buraxmırlar. İddiaçıya məxsus bəzi əşyaları sınıdırıb, məhv ediblər. Həmçinin iddiaçıya məxsus sahəyə Cavabdeh1 tərəfindən Cavabdeh4 ilə müqavilə bağlanmaqla təhlükəsizlik siqnalizasiyası qoyulmuşdur və o, özünə məxsus torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edə bilmir. Başqa sözlə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməklə bağlı “qanuni gözləntisi” vardır.Cavabdehlərin qanunsuz hərəkətlərinə görə DİN-in 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Şikayəti əsasında Xəzər RPİ-nin 1-ci Polis şöbəsində araşdırma aparılmış və 24.04.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa tərəfindən dəfələrlə Daxili İşlər Nazirliyinə bu barədə müraciət edilmişdir. Onu da qeyd edir ki, o, İİ qrup əlil olmaqla yanaşı, 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan mayordur. Beləliklə, qanunvericiliyin sadalanan müddəalarını, xüsusən də Konstitusiya Məhkəməsinin məsələyə dair formalaşdırdığı hüquqi mövqeyini nəzərə almaqla hesab edirəm ki, iddiaçı hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasa da, sərəncam əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Belə tələbetmə hüququnun yarana bilməsi üçün sahənin sərəncam əsasında ayrılması kifayət edir, əlavə olaraq hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ehtiyac yoxdur. Çünki sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Gülçülük sovxozunda 12 sot torpaq sahəsində 125 kv.m-dən ibarət 4 otaqlı ev cavabdehlə birgə nikah dövründə inşa olunmuşdur. Təxminən 20 il müddətində cavabdehlə həmin evdə birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 4 övladı anadan olmuşdur. Xəzər Rayon Məhkəməsinin 28.10 2020-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulduqdan sonra onu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Gülçülük sovxozunda 12 sot torpaq sahəsində 125 kv.m-dən ibarət 4 otaqlı evə buraxmır. Evin açarını dəyişib onun evdə yaşamağına mane olurlar, o, özünə məxsus torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edə bilmir. Evi o, kirayə vermişdir. Cavabdeh tərəf evdə polisin mühafizə sistemi quraşdırmış, kirayə verdiyi Fuad adlı şəxsi evdən çıxarmışdır. Bu barədə polis şikayət etmiş, nəticədə polisin mühafizə sistemi sökülmüş, lakın cavabdeh onu evə buraxmaqdan imtina etmişdir. Onun həmin evdə əşyaları var. 20 ilə yaxın müddətdə həmin evdə yaşamışdır. Hazırda yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsi Xəzər RİH-nın (keçmiş Əzizbəyov RİH) 2487 saylı 30.12.1999-cu il tarixli sərəncamı ilə ona ayrılmış və mülkiyyət hüququnu əldə etməklə bağlı “qanuni gözlənti” vardır. Köçürülməyi tələb etdiyi mübahisəli ev dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. İlk növbədə nəzərə alınmalıdır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 saylı 30.12 1999 cu il tarixli sərəncamı ilə torpaq sahəsi iddiaçıya ayrılmış, cavabdeh 2001-ci ildə gəlin gəlmiş, mübahisəli ev hazırkı vəziyyətə onların 20 illik nikah dövründə gəlmişdir. Hesab edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsi üzərində cavabdehlə təxminən 20 illik uzun müddətdə birgə təsərrüfat aparmaqla yaşadığı evə köçürülməlidir. İşin qeyd olunan hallarını, tərəflər etiraf etməklə mübahisələndirmirlər. Həmçinin, mübahisəsiz qaydada müəyyən edildi ki, cavabdeh özü hazırkı mübahisəli evdə hazırkı məhkəmə mübahisəsi başlayandan və mühafizə sıstemi söküləndən sonra yaşayır. Qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli evdə cavabdeh uşaqları ilə birlikdə yaşayır. Mübahisəli ev özbaşına tikilidir və tərəflərin birgə nikahı dövründə tikilmişdir. Cavabdehin mübahisəli evdən başqa yaşamağa başqa yeri yoxdur. iddiaçı yenidən ailə qurmuş, uzun müddətdir ki mübahisəli evdə yaşamır və iddiaçının özünün evi vardır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahi etdi. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” Sərəncam İddiaçı Cəmşid oğluna məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(003)-2441/2020 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 27.10.2001-ci il tarixdə 1105 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 17.08.2004-cü il təvəllüdlü X8, 28.09.2005-ci il təvəllüdlü X9, 26.10.2008-ci il təvəllüdlü X10 və 26.06.2012-ci il təvəllüdlü X5 iddiaçı Cavabdeh2 yanında saxlanılması, 17.08.2004-cü il təvəllüdlü X8, 28.09.2005-ci il təvəllüdlü X9, 26.10.2008-ci il təvəllüdlü X10 və 26.06.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11.08.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə hər ay qazancının (baqa gəlirlərinin) yarısı hissəsində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(008)-1105/2021 saylı qətnaməsinə əsasən, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 7, 110 saylı mənzilə olan paylar bölünərək, həmin mənzilə Cavabdeh2 3/5 hissədə, İddiaçı 2/5 hissədə payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ–nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Pərviz Məmmədov tərəfindən qəbul edilmiş 24.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında Cavabdeh3 barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Cavabdeh4 İddiaçı ünvanlanmış 02.06.2021-ci il tarixli, 254/465 saylı məktubunda deyilir: "Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozunda yerləşən evin mühafizəsi üçün vətəndaş Cavabdeh1 ilə bağlanmış müqavilə 26.05.2021-ci il tarixdən etibarən birtərəfli qaydada ləğv olunaraq, obyekt mühafizədən çıxarılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Xəzər RİH-nin (keçmiş Əzizbəyov RİH) 2487 saylı 30.12.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya Şüvəlan qəsəbəsində 877 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sahədə iddiaçı tərəfindən ev tikilmiş və 27.10.2001-ci il tarixdən X4 ilə nikaha girmiş və birgə nikahdan 4 övladı olmuşdur. Həmin torpaq sahəsində inşa olunmuş 4 otaqlı evdə yaşayıb birgə təsərrüfat aparmışlar. Xəzər Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanmış və ondan aliment tutulmuşdur. Bundan başqa, Sabunçu Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi , Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 7, 110 saylı mənzilə olan paylar bölünərək həmin mənzilə Cavabdeh2 3/5 hissədə, X3 2/5 hissədə payı müəyyən edilmişdir. 30.12.1999-cu il tarixli sərəncamı ilə ona ayrılmış Şüvəlan qəsəbəsində 877 saylı sahədə tikdirdiyi evi 2019-cu ilin iyun ayından Cavabdeh3 adlı vətəndaşa kirayə vermişdir. İddiaçı mübahisəli fərdi yaşayış evini (özbaşına tikili) tərk edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi , Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 7, 110 saylı mənzildə yeni qurduğu ailəsi ilə birlikdə yaşayır. İddiaçı uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evində yaşamır. Mübahisəli evdə cavabdeh uşaqları ilə birlikdə yaşayır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin 139.1-cimaddəsinəəsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. HəminMəcəllənin 139.3-cümaddəsinəəsasəndaşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə iclasında iddiaçı tərəf mübahisəlievin, o cümlədən evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydə alınması, həmin evin və torpaq sahəsinin onun sahibliyində olması barədə sübutu məhkəməyə təqdim edə bilmədilər. Həmçinin tərəflər mübahisəli evin tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində lazımi icazə əsasında inşa edilməsi barədə müvafiq sənədləri məhkəməyə təqdim edə bilmədilər. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən edildi ki, mübahisəli ev Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozu əraisində inşa edilən özbaşına tkilidir və uzun illərdir yaşayış sahəsi kimi istifadə olunur. Digər tərəfdən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (MM-in 146.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilənlər nəzərə alınmaqla hazırki işlə bağlı ilk növbədə qeyd edilməlidir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, qanunverici evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Qeyd edilənlər nəzərə alınmaqla hazırki işlə bağlı ilk növbədə qeyd edilməlidir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyi evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Lakin işin mübahisələndirməyən hallarından müəyyən olunur ki, iddiaçı 2019-cu ildən həmin mənzildə yaşamır və həmin mənzildə cavabdehlərlə birgə təsərrüfat aparmır. Eyni zamanda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçının həmin mənzilə hüquqları yaranmış olsaydı belə, aralarında olan ailə münasibətlərinə xitam verildiyi vaxtdan həmin hüquqlarda itirilmiş olur. O cümlədən, şəxsin həmin evə münasibətdə hüququnun müvəqqəti saxlanıla bilməsini qanunverici başqa yaşayış sahəsi ilə təminatının olmaması ilə əsaslandırmışdır ki, hazırki halda isə iddiaçının digər əmlaka payının tanınması, həmin mənzildə hazırda yaşamaqla yaşayış sahəsi ilə təminatlı olması işdə olan sənədlər və tərəflərin izahatlarıilə təsdiqini tapır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının həmin fərdi yaşayış evindən uzun müddətdir çıxmasını, başqa yaşayış sahəsinin olmasını, mübahisəli fərdi yaşayaış sahəsində cavabdehlərlə birgə təsərrüfat aparmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və sair” tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar