Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2600/2024 21.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, iddiaçı X3 cavabdeh X7 qarşı torpaq sahəsinin geri qaytarılması, dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdeh X7 qarşı torpaq sahəsinin geri qaytarılması, dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki sahibliyində olan ünvan 1 ünvanında fərdi yaşayış evimin yerləşdiyi torpaq sahəsini və ona dəymiş ziyana görə 180000(yüz səksən min) manat və mənəvi ziyana görə 4000(dörd min) olmaqla cəmi 184000(yüz səksəh dörd) min manat pulun Cavabdeh tərəfindən ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi X2 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. X1 tərəfindən verilmiş ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa, iş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, imza edənlər Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin dəftərxana müdiri Dadaş Qəniyev, məhkəmənin kompyuter proqramçısı Süleyman Süleymanov məhkəmənin böyük mütəxəssis operatoru Lyubov Koziryeva tərtib etmişlər aktı ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə X4 tərəfindən daxil olmuş zərf açıldıqda zərfin içərisində iddia ərizəsinin qoşmasında qeyd edilən dövlət rusumunun qəbzi, 4 ədəd arayış, şəxsiyyət vəsiqəsinin surəti, sərəncamdan çıxarışın surəti, elektron çıxarış, etibarnamə və vəkil orderi aşkar edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, hazırda məhkəmənin e-2(003)-3104/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh X7 qarşı faktiki sahibliyində olan ünvan 1 ünvanında fərdi yaşayış evimin yerləşdiyi torpaq sahəsini və ona dəymiş ziyana görə 180000(yüz səksən min) manat və mənəvi ziyana görə 4000(dörd min) olmaqla cəmi 184000(yüz səksəh dörd) min manat pulun Cavabdeh tərəfindən ona ödənməsi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: iddiaçı X3 cavabdeh X7 qarşı faktiki sahibliyində olan ünvan 1 ünvanında fərdi yaşayış evimin yerləşdiyi torpaq sahəsini və ona dəymiş ziyana görə 180000(yüz səksən min) manat və mənəvi ziyana görə 4000(dörd min) olmaqla cəmi 184000(yüz səksəh dörd) min manat pulun Cavabdeh tərəfindən ona ödənməsinə dair iddia ərizəsi geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2600/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2600/2024
21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver