Məhkəmə qərarları › İş №2(003)-2610/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2610/2022

21.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2610/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh İddiaçı qarşı evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi barədə İddiaçı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı bağ evi xx.xx.2022-ci il tarixdə adına qeydiyyata alınmışdır. Hazırda sözügedən bağ sahəsində qaz, işıq onun adına rəsmiləşdirilmişdir. Onlar öz bağ evlərinə girmək üçün polisə müraciət etmişlər və polisdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh, həmçinin ona aid olan əşyaların ona məxsus olan ünvan ünvanla 203 saylı) bağ evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinə uyğun izhat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, 2016-cı ildən hazırkı vaxtadək bu iş üzrə məhkəmə prosesləri olmuşdur. Həmin evi o satmamışdır, sadəcə olaraq 900 ABŞ dollarına kirayə vermişdir. Onlara inanıb bağışlama müqaviləsi verdim. Onun iddiaçıya hər hansı bir borcu yoxdur. Əksinə iddiaçının ona 33000 manatdan artıq borcu vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Hərrac Yekunları barədə 08/22 nömrəli protokoluna əsasən sifarişçi Nərimanov rayon İcra şöbəsi olmaqla borclu Cavabdeh məxsus Makı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, 0,06 ha torpaq sahəsində olan 2441 saylı bağ evi X1 tətrəfindən qalib alıcı olaraq alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı ünvanda yerləşən bağ evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 ünvanında yerləşən bağ evi İddiaçı mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 ünvanında yerləşən bağ evi İddiaçı mülkiyyətindədir, qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən bağ evinin cavabdehin qanunsuz istifadəsində olması öz təsdiqini tapmışdır. Bu da özlüyündə mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 (yeni ünvan 203 saylı) ünvanında yerləşən bağ evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ona məxsus olan əşyaları ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 (yeni ünvan 203 saylı) ünvanında yerləşən bağ evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar