Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2633/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı Cavabdehnə qarşı qərarın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qərarın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 09.04.202*-ci il tarixli qərarının ləğv olunmasını və hazırkı icra işinin cavabdeh tərəfindən davam etdirilmə vəzifəsinin onun üzərinə qoyulmasına dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2679/2021 nömrəli, 0*.07.2021-ci il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X1 və 03.0*.2009-cu il təvəllüdlü X2 hər həftənin bazar günləri İddiaçı ilə görüş və ünsiyyətdə olma vaxt müəyyən edilmişdir və icrası üçün Cavabdehnə göndərilmişdir. Lakin icra işinə borclu Cəlilova (Rəcəbova) Elmira İslam qızı tərəfindən mütəmadi qaydada maneələr törədilmişdir. Bununla bağlı 0*.0*.202*-ci il tarixdə Cavabdehnə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsinə cavab olaraq Cavabdeh məktubunda göstərilmişdir ki, borclu Cəlilova (Rəcəbova) Elmira İslam qızı halhazırda Suraxanı rayonu ərazisində yaşadığı üçün icra sənədi icra olunması üçün 09.04.202*-ci il tarixdə aidiyyəti üzrə Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin buna dair qərar qanunamüvafiq qaydada İddiaçı təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 1*2.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində göstərilən icra məmurunun hərəkətlərinə dair tələblə bağlı məhkəməyə ərizə qaydasında müaciət olunmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*2, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı qərarın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2633/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2633/2025
30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver