Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2638/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Zirə qəsəbəsi “Şinçi” bağları 241a yeni 203 saylı bağ sahəsi düzgün qiymətləndirilməsi, qonşunun bağ sahəsinin dəyəri 28000 manatdan çıxılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia ərizəsi onun əsaslandırılmışdır ki, ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 10075 saylı ekspert rəyi və xx.xx.2020-ci ildə Cavabdeh2 tərəfindən 03 saylı qiymətləndirmə düzgün aparılmamışdır. Belə ki, ekspertiza aparılarkən onun etirazına baxmayaraq, qonşunun bağ sahəsi 204 saylı Ağayev Mirzəağaya məxsus olduğunu bildirsə də, əhəmiyyət verən olmadı. İki bağ sahəsinin qiyməti 28000 manat təyin olundu və bunun acı nəticələri oldu. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür Məcəlləyə müvafiq olaraq əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir (149.2.3, 149.2.5, 150.0.2. 150.0.5). Lakin İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin göstərilən maddələrinin tələblərinə uyğun tərtib olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının tələbi aparılmış ekspertiza tədqiatının nəticəsi ilə bağlıdır ki, qeyd edilən ekspertiza tədqiqatının nəticəsi müstəqil akt deyil və mülki iş üzrə bağılmış və ya baxılacaq işin hallarını müəyyən edən sənəddir. İddiaçıya izah edilsin ki, o, qeyd edilən ekspert rəyi ilə bağlı iş üzrə qəbul edilmiş olan məhkəmə aktını məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-in 149, 152, 2*3, 2*4, 2*7, 2*8-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2638/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2638/2022
14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver