Məhkəmə qərarları › İş №2(003)-2642/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(003)-2642/2021

07.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2642/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı əmlakın natura qaydasında bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən onun, yəni İddiaçı1 faktiki sahiblik etdiyi, mülkiyyətində olan üzərində inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili yerləşən torpaq sahəsi hissəsini müəyyən edərək, həmin torpaq sahəsi hissəsinin naturada ayrılması, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən onun, yəni İddiaçı2 faktiki sahiblik etdiyi, mülkiyyətində olan üzərində inşa etdiyi, ailəsi ilə yaşadığı 2 mərtəbəli fərdi yaşayış evi yerləşən torpaq sahəsi hissəsini müəyyən edərək, həmin torpaq sahəsi hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin onun mülkiyyəti sayılan ½ hissəsi (615.95 kv.m.) üzərində yerləşən, inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili olan, həmin 615.95 kv.m. torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Müəyyən olunmuşdur ki, qətnamədə ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən İddiaçı2 faktiki sahiblik etdiyi, mülkiyyətində olan üzərində inşa etdiyi, ailəsi ilə yaşadığı 2 mərtəbəli fərdi yaşayış evi yerləşən torpaq sahəsi hissəsini müəyyən edərək, həmin torpaq sahəsi hissəsinin naturada ayrılması tələbləri məhkəmə iclasında mahiyyəti üzrə araşdırılmış, tələbin qeyd olunan hissəsi ilə bağlı tərəflərin izahatı alınmışdır. Buna baxmayaraq, qətnamə çıxarılarkən qətnamədə həmin tələblərə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 ərizəsini müdafiə edərək, iş üzrə əlavə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə qətnamənin çıxarılması barədə məsələyə baxılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası MPM-in 229.2-ci maddəsinə əsasən məhkəmə əlavə qətnamənin çıxarılması barədə məsələyə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4. maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4 və 220.5-ci maddələrinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. İddia tələbindən və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçı2 məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən İddiaçı2 faktiki sahiblik etdiyi, mülkiyyətində olan üzərində inşa etdiyi, ailəsi ilə yaşadığı 2 mərtəbəli fərdi yaşayış evi yerləşən torpaq sahəsi hissəsini müəyyən edərək, həmin torpaq sahəsi hissəsinin naturada ayrılmasını xahiş etmiş, lakin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iddiaçının naturada bölünməsini xahiş etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ başqa şəxsin adına dövlət qeydiyyatına alındığından, hazırda onun həmin əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı üçün onların həmin əmlakın naturada ayrılmasını tələb etmək hüququ da yoxdur. Belə olan halda, iddia tələbi təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 229-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı əmlakın natura qaydasında bölünməsi tələbinə dair ərizəsi üzrə əlavə qətnamə çıxarılsın. İddiaçı2 paylı əmlakın natura qaydasında bölünməsinə dair iddia tələbi təmin edilməsin. Əlavə qətnamədən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar