Məhkəmə qərarları › İş №2(003)-2669/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2669/2024

03.06.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2669/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, Ərizəçi doğum haqqında şəhadətnamənin və akt qeydinin etibarsız hesab edilməsi və doğum haqqında şəhadətnamələrdə yazılara dəyişiklik edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən etdi: Ərizəçi doğum haqqında şəhadətnamənin və akt qeydinin etibarsız hesab edilməsi və doğum haqqında şəhadətnamələrdə yazılara dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs barəsində olan AZ-İİİ seriyalı 535479 nömrəli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, habelə onun və qızının anket məlumatlarının (doğulduqları yerlər, adları ata adları və soyadları) Rusiya tərəfindən verilən sənədlərə (X2, X1) uyğun yazılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə xüsusi icraat qaydasında verilməsinə baxmayaraq ərizədə maraqlı şəxs göstərilməmişdir. Həmçinin ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci və 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarır. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi doğum haqqında şəhadətnamənin və akt qeydinin etibarsız hesab edilməsi və doğum haqqında şəhadətnamələrdə yazılara dəyişiklik edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar