Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2698/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc verilmiş pulun qaytarılması və mənəvi zərər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun etibarından istifadə etməsi ilə əlaqədar ondan aldığı 4000 manat borc pulu qaytarmamaqla ona vurduğu ziyanı ödəməkdən qanunsuz və əsassız olaraq imtina etməsi nəticəsində onun rahatlığının, səhətinin pozulmasını, sarsıntı, istirab, güclü həyacan keçirməyini, maddi və mənəvi zərərə məruz qalmağını nəzərə alıb Cavabdeh 4000 (dörd min) manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə 3000 (üç min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh bir neçə ildir ki, tanıyır və onunla çox səmimi münasibətləri olmuşdur. Belə ki, Cavabdeh Bakı şəhərinin Nizami rayonu ərazisindəki “Qara Qarayev” metro stansiyası yaxınlığındakı lombardda işləyirdi və ara-sıra onunla rastlaşanda salamlaşar və keyf-əhval tutardıq. Onunla söhbət əsnasında həmişə ona təklif edirdi ki, lombardla əlaqədar nə kimi işi olarsa, ona kömək edəcəkdir. Cavabdeh 2018-ci ilin sentyabr ayının sonlarında ona dedi ki, ona təcili olaraq 10000 (on min) manat pul lazımdır və o həmin pulu tam məbləğdə ona qaytarana qədər ona hər ay hörmət edəcək və ona borc olaraq verəcəyi həmin pulunu da tam məbləğdə, yəni 10000 (on min) manatını da ona qaytaracaqdır. Dilşad ona çox yalvarışlı xahişlər etdiyinə görə ona kömək etmək qərarına gəldi və 2018-ci ilin sentyabr ayının sonunda 40 ədəd 100 manatlıq kağız pullarını, yəni 4000 (dörd min) manat pulu saat 18-19 radələrində bacısı X3 yanında qeyd etdiyi həmin lombardda sayaraq Cavabdeh verdi. O da ona qarşı etibar və inam olsun deyə 4 (dörd) ədəd xüsusi kiçik sellofon torbada olan müxtəlif əyarlı qızıl-zinət əşyalarını: sep, sırğa, qolbağ, üzük və s. olmaqla ona girov kimi saxlamağından ötrü verdi. Həmin vaxt cavabdeh Dilşad xanım onun dörd min manat pulunu tam olaraq bir ilin içində qaytaracağını bildirdi və onlar bir növ öz aralarında şifahi olaraq borc müqaviləsi bağladılar. Bunun üstündən bir neçə ay keçdikdən sonra yəni, 2019-cu ilin avqust ayında cavabdehin işlədiyi həmin lombarda gəldi və ondan 4 min manat pulunun nə vaxt qaytaracağını soruşdu. O da cavabında ona dedi ki, qızılları gətir və 4 min manatını versin. Ona görə də həmin günün səhəri, yəni 2019-cu ilin avqust ayının axırlarında qohumu X5 ilə Dilşadın işlədiyi həmin lombarda gəldi və Dilşadın ona verdiyi həmin qızıllarını dörd ədəd xüsusi şəffaf selofan torbada olduğu kimi, yəni ona necə vermişdisə, o vəziyyətdə Cavabdeh qaytarıb verdi. Cavabdeh də həmin qızılları onun yanında işləyən Günel adlı qız vasitəsi ilə harayasa göndərdi və o qız da 10-15 dəqiqə sonra qayıdıb gəldi və dedi ki, pulu, yəni 4 min manatı vermədilər və qızılları onun əlindən alaraq dedilər ki, Dilşadın anbara borcu vardır. Bundan sonra Dilşad onu dilə tutaraq dedi ki, bir neçə gün səbr et, pulunu hörməti ilə birgə qaytaracaq. Lakin o, müxtəlif bəhanələrlə onu aldadaraq vaxt uzatmağa başladığı üçün bacısı Mükafat və qohumum Eminin iştirakı ilə 2019-cu ilin sentyabr ayının 25-də cavabdeh Dilşad xanımın işlədiyi həmin lombardda onun öz əli (xətti) ilə yazdığı qəbzi yazdırıb ondan aldı. Cavabdeh həmin qəbzdə özü də təsdiq edir ki, ondan 4000 manat pulu borc olaraq alıb və onu hər ay 200 manat olmaqla, 2 aydan sonra isə daha artıq məbləğlə qısa müddətə ödəyəcəkdir. Şifahi olaraq da bildirdi ki, 5-6 ayın içərisində pulunu 4000 manatını ona qaytaracaqdır. Bundan sonra Dilşad 2 dəfə, yəni 2019-cu ilin sentyabr və oktyabr ayında hər ay 200 manat olmaqla 2 aya ona cəmi 400 manat pul qaytardı və sonradan isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındı və onun mobil telefonuna 051683-06-08 nömrəsinə dəfələrlə zəng etməyinə baxmayaraq, mobil telefonunu açmadı və gizlənməyə başladı. Odur ki, o məcbur olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etdi. Lakin Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin tətqiqatçısı Məlikov Vüqar Cavabdehı tapmadan, onun izahatını almadan ərizə üzrə dələduzluq maddəsi ilə cinayət işinin başlanmasını rədd etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, sözügedən qəbzin əslini təqdim edə bilmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və işi araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 4000 manat pul borc götürmüşdür. Ayda 200 manat qaytarmaqla, sonrakı aylarda məbləği artırmaqla borcu qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Dilşadı əvvəllər tanıyırd. Dilşad maddi problemləri olduğuna görə bir tanış olaraq Müşkünazdan 10000 manat pul istədi, lakin Müşkünazın həmin məbləği verməyə imkanı olmadığına görə Dilşada onun iştirakı ilə 4000 manat pul verdi. Dilşadda öz növbəsində həmin pulu qısa vaxt ərzində qaytaracağına söz verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o İddiaçı qonşusudur. Dilşadı Müşkünazın vasitəsi ilə tanımışdır. Müşkünaz ona bildirdi ki, o, Dilşada 4000 manat pul vermiş, girov olaraq da sonuncu Müşkünza qızıl-zinət əşyaları vermişdir. 2019-cu ildə Müşkünaz bildirdi ki, Dilşad ona verdiyi 4000 manatı qaytarmaq istəyir və ondan onunla birlikdə Dilşadın yanına getməyi xahiş etdi. Dilşadla görüşən zaman o, Müşkünazdan qızılları aldı, lakin pulu qaytarmadı. Dilşad orada dedi ki, “sabah pulu qaytaracam”. Daha sonra 2 ay, hər ay 200 olmaqla, cəmi 400 manat pul verdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranması müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsinə əlyazma kserosurət sənəd əlavə etmişdir. Məhkəmə araşdırması zamanı həmin sənədin əslini məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı həmin sənədin onda olmamasını qeyd etmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi üç min manatdan yuxarı məbləğ üçün borc müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Tərəflər arasında belə münasibətlərin olduğuna istinad edən tərəf həmin halı da sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşməklə iddia tələbinin əsası kimi iddiaçı yalnız işə əlavə edilmiş kserosurət əlyazmaya istinad etmişdir ki, bu da hazırki iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş olan şahid ifadələrində İddiaçı tərərfindan Cavabdeh 4000 manat pul verdiyini və həmin pulun müqabilində Müşkünaza qızıl və zinət əşyaları verildiyi bildirilsə də, məhkəmə bu ifadələri mötbər sübut kimi qəbul edə bilməz. Belə ki, mülki iş üzrə cavabdeh olan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlum olan yaşayış ünvanı üzrə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bununla da, iddiaçının iddiasına, məhkəmə iclasında şahid qismində dindirilmiş olan şahidlərin ifadələrini münasibət bildirməməsi ilə nəticələnmişdir. Məhkəmə şahidlərin bir tərəfli olaraq dindirilməsi ilə kifayətlənməsi sonuncunun özünümüdafiə hüququnun pozulması ilə nəticəlmiş olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İddia tələbinin cavabdehin mənəvi ziyanının əvəzi olaraq 4000 (dörd min) manat mənəvi zərər əvəzi olaraq tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, öhdəlik üzrə qaytarılmalı olan məbləğin vaxtında qaytarılmaması nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun etibarından istifadə etməsi ilə əlaqədar ondan aldığı 4000 manat borc pulu qaytarmamaqla ona vurduğu ziyanı ödəməkdən qanunsuz və əsassız olaraq imtina etməsi nəticəsində onun rahatlığının, səhətinin pozulmasını, sarsıntı, istirab, güclü həyacan keçirməyini, maddi və mənəvi zərərə məruz qalmağını nəzərə alıb Cavabdeh 4000 (dörd min) manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə 3000 (üç min) manat pulun alınıb ona ödənilməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh onun etibarından istifadə etməsi ilə əlaqədar ondan aldığı 4000 manat borc pulu qaytarmamaqla ona vurduğu ziyanı ödəməkdən qanunsuz və əsassız olaraq imtina etməsi nəticəsində onun rahatlığının, səhətinin pozulmasını, sarsıntı, istirab, güclü həyacan keçirməyini, maddi və mənəvi zərərə məruz qalmağını nəzərə alıb Cavabdeh 4000 (dörd min) manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə 3000 (üç min) manat pulun alınıb ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2698/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2698/2020
18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver