Məhkəmə qərarları › İş №2(003)-27/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-27/2024

06.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-27/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızına, Cavabdeh3, X10 və X6 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “evin və torpağın naturada bölünməsi” tələbinə, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, X10 və X6 qarşı (X9 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair ilkin iddia ərizələri, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, X10 və X6 qarşı (Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 111,6 kv.m olan fərdi yaşayış evindən və 0,105 ha torpaq sahəsindən 1/3 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövləy Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı 1/3 hissədə ona, 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə isə Cavabdeh1 paylı mülkiyyətindədir. Məlum olmuşdur ki, yuxarıda adları çəkilən şəxslərdən başqa ünvan 1 ünvanında Cavabdeh3 0,0311 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda həmin ünvana dair 4 paylı mülkiyyətçi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 sentyabr 2021-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin 0,0311 ha torpaq sahəsi ünvan 2findən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 49-6 reyestr saylı Cavabdeh2 (onun əvəzinə X7 - imzalamış) ilə Cavabdeh3 arasında imzalanmış daşınmaz əmlakın alqıı satqı müqaviləsinə əsasən 28 yanvar 2021-ci il tarixdə sonuncunun adına qeydiyyatdan keçmiş) və onun adına ********** qeydiyyat saylı, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızına, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsinə baxılması zamanı iddiaçının ərizəsinə əsasən, Cavabdeh2 X12 və X11 ilə əvəz edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-400/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X9, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(003)-400/2023 saylı mülki işlə İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızı, Cavabdeh3, X12 və X6 qarşı əmlakın naturada bölgüsü tələbinə dair 2(003)-70/2023 saylı mülki işin birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. e-2(003)-400/2023 saylı mülki iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdehlər İddiaçı, X9, Cavabdeh3 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payına düşən 0.035 ha hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı Cavabdeh3 0.0311 ha torpaq sahəsi, İddiaçı fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi, Cavabdeh2 fərdi evdən 1/3 hissə və 0.0039 ha torpaq sahəsi, Cavabdeh1 fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi paylı mülkiyyətindədir. O, 2017-ci il tarixdə özünə məxsus hissəni Əliyev X1 lakin rəsmiləşdirə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X9, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsinə baxılması zamanı iddiaçının ərizəsinə əsasən, Cavabdeh2 varisləri X12 və X11 ilə əvəz edilmişdir. e-2(003)-400/2023 saylı mülki iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payına düşən 0,0311 ha hissənin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı 1 Cavabdeh3 0.0311 ha torpaq sahəsi, İddiaçı fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi, Cavabdeh2 fərdi evdən 1/3 hissə və 0.0039 ha torpaq sahəsi, Cavabdeh1 fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi paylı mülkiyyətindədir. O, tərəflərə mübahisənin məhkəmədən kənar həll edilməsini təklif etsə də tərəflər razı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsinə baxılması zamanı iddiaçının ərizəsinə əsasən, Cavabdeh2 varisləri X12 və X11 ilə əvəz edilmişdir. Digər tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə digər tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən İddiaçı iddiası qismən, Cavabdeh1 və Cavabdeh3 iddiaları isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı Cavabdeh3 0.0311 ha torpaq sahəsi, İddiaçı fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi, Cavabdeh2 fərdi evdən 1/3 hissə və 0.0039 ha torpaq sahəsi, Cavabdeh1 fərdi evdən 1/3 hissə və 0.035 ha torpaq sahəsi paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi Texniki pasportun sürətindən görünür ki, ünvan 1 ünvanı Cavabdeh3 və başqalarının mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-10/1489 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı 111,6 kv.m olan fərdi yaşayış evindən 1/3 payının və 0,105 ha torpaq sahəsindən 0,035 ha sahənin təcrid şəkildə naturada ayrılması texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7208 saylı, xx.xx.2023-cü il tarixli rəyindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsindən 1/3 hissədə naturada bölgüsü texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-10/2612 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında 0,105 ha torpaq sahəsinin 1/3 hissədə naturada bölgüsü mülkiyyətdə olan fərdi yaşayış evi və yaşayış evinin qarşısındakı əlavə tikililər nəzərə alınmadan texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8734 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsinin Cavabdeh2 məxsus olan 0,0039 ha sahə nəzərə alınmayaraq, Cavabdeh3 payına düşən 0.0311 ha sahənin, İddiaçı payına düşən 0,035 ha sahənin və Cavabdeh1 payına düşən 0,035 ha sahənin mülkiyyətdə olan fərdi yaşayış evi və yaşayış evinin qarşısındakı əlavə tikililər nəzərə alınmadan tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8734 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,105 ha torpaq sahəsinin Cavabdeh2 məxsus olan 0,0039 ha sahə nəzərə alınmayaraq, Cavabdeh3 payına düşən 0.0311 ha sahənin, İddiaçı payına düşən 0,035 ha sahənin və Cavabdeh1 payına düşən 0,035 ha sahənin mülkiyyətdə olan fərdi yaşayış evi və yaşayış evinin qarşısındakı əlavə tikililər nəzərə alınmadan tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanı İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 paylı mülkiyyətindədir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, tərəflərin hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına əsasən, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Həmin qərara əsasən, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən səbəblərdən tikililər nəzərə alınmadan yalnız torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, İddiaçı iddiası ünvan 1 ünvanında yerləşən 111,6 kv.m olan fərdi yaşayış evinin naturada bölünərək, payının verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 400,0 (yüz) manat ekspertiza xərci tərəflərdən bərabər məbləğdə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 400,0 (dörd yüz) manat məbləğində pul İddiaçı, Cavabdeh1 Muradqulu qızından, X8, X4 və Cavabdeh3 müştərək qaydada tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq İddiaçı, Cavabdeh1 Muradqulu qızının və Cavabdeh3 iddia ərizələrinə münasibətdə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən, Cavabdeh1 Muradqulu qızının və Cavabdeh3 iddia tələbləri isə tam təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən tərəflərin paylarına və xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq 0.0311 ha torpaq sahəsi Cavabdeh3, 0,035 ha torpaq sahəsi İddiaçı və 0,035 ha torpaq sahəsi Cavabdeh1 naturada ayrılmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Muradqulu qızına, Cavabdeh3, X10 və X6 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “evin və torpağın naturada bölünməsi” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,035 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq İddiaçı naturada ayrılsın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X5, Cavabdeh3, X10 və X6 qarşı (X9 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,035 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq Cavabdeh1 naturada ayrılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, X10 və X6 qarşı (Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi idarəsi üçüncü şəxs olmaqla) “torpağın naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0,1050 ha torpaq sahəsindən payçıların (mülkiyyətçilər) paylarına uyğun olaraq 0,0311 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli ekspert rəyindəki bölgü sxeminə uyğun olaraq Cavabdeh3 naturada ayrılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400,0 (dörd yüz) manat məbləğində pul İddiaçı, Cavabdeh1 Muradqulu qızından, X8, X4 və Cavabdeh3 bərabər məbləğdə tutulub X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar