Məhkəmə qərarları › İş №2(003)-2711/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2711/2020

23.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2711/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehlərdən 6700 manat dəyərində olan Corq PA X3 markalı, 76 düyməli sintezator, 4 ədəd kalonka, 1 ədəd sintezator dayağı, 2 ədəd kalonka dayağı, 1 ədəd səsgücləndirici, 1 ədəd simsiz mikrofon, 1 ədəd 5000 vatt gücündə stabilizator, kalonka şnuru, mikrofon qoşmaq üçün şnur və çantadan ibarət əmlakının, əmlaklar olmadıqda onların dəyəri 6700 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən aldadılmağı nəticəsində 6700 manat dəyərində Corq PA X3 markalı, 76 düyməli sintezator, 4 ədəd kalonka, 1 ədəd sintezator dayağı, 2 ədəd kalonka dayağı, 1 ədəd səsgücləndirici, 1 ədəd simsiz mikrofon, 1 ədəd 5000 vatt gücündə stabilizator, kalonka şnuru, mikrofon qoşmaq üçün şnur və çantadan ibarət əmlakı geri qaytarılmır. Onların qanunsuz hərəkəti barəsində Xəzər RPİ-nin 3-cü polis bölməsinə müraciət etmişdir. Müraciəti araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh1 onu aldadaraq 6700 manat dəyərində musiqi alətlərini guya xalası oğlunun nişanına aparmaq adı ilə Cavabdeh2 maşınına yükləmiş, yolda onu aldadaraq musiqi alətlərini aparıb ona qarşı dələduqluq etmişdir. Polisdə aparılan araşdırma zamanı verdiyi ifadəsində isə guya ona 4000 manat borcu olduğunu, qaytarmadığını və bunun əvəzində onu aldadaraq musiqi alətlərini satdığnı və verdiyi borcla əvəzləşdirdiyini göstərmişdir. Cavabdehin ifadəsində göstərdikləri hamısı yalandır. Bir-biri ilə ziddiyyətlidir. Onun həmişə imkanı olmuş, 2 aydır Elnuru tanımış, heç vaxt borc almamışdır. Hamlet adlı şəxslə borc münasibəti olmamışdır. Hamlet məhkəmədə şahid kimi iştirak edəcək. Həmçinin Elnurdan borc almadığı, əksinə cavabdehin onu aldadaraq 6700 manat dəyərində əmlakını ələ keçirməsi barədə kifayət qədər sübutları və şahidləri var. Həmçinin Elnurun da münasibətdə olduğu Cavabdeh3 da yalan ifadələr vermişdir. Onunla əlaqədə ola-ola Günelin Elnurla da münasibəti olmuş, cavabdehlər bir qrup şəxs halında onu aldatmış, ona qarşı dələduzluq edib əmlakını ələ keçirmiş, daha sonra oyun oynayaraq eni məzmunlu ifadələr verib guya Elnurdan 4000 borc aldığını, 1350 manatını qaytardığını, 2650 manatını borclu qaldığını göstərmişlər. Yazılanlar hamısı yalan və şər-böhtandır. Əgər borcunu qaytarmamışdırsa, niyə bu barədə Elnur polisə müraciət etməmişdir. Həmçinin polis araşdırmasında Elnur və Günelin izahatlarında ziddiyyətlərin olduğu aşkardır. Qeyd olunanlara əsasən, cavabdehlərdən 6700 manat dəyərində olan Corq PA X3 markalı, 76 düyməli sintezator, 4 ədəd kalonka, 1 ədəd sintezator dayağı, 2 ədəd kalonka dayağı, 1 ədəd səsgücləndirici, 1 ədəd simsiz mikrofon, 1 ədəd 5000 vatt gücündə stabilizator, kalonka şnuru, mikrofon qoşmaq üçün şnur və çantadan ibarət əmlakının, əmlaklar olmadıqda onların dəyəri 6700 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə işləyir, fərdi əməklə məşğul olurlar. 4 ildir alçipan alıb satırlar. Nemətin bir müddət Günel adlı xanımla münasibəti olmuşdur. O, Nemət və bacanağı Anar rayondan Günelin evindən musiqi alətlərini götürmüşlər. Alətləri yığıb Bakıya gələndə, o, yolda düşüb evinə getmiş, Nemətgil yola davam eləmişdir. O, əşyaların verilməsində iştirak etməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, şahid ifadələrini, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddiasını cavabdehlərin ona məxsus musiqi alətlərini toya aparmaq üçün aldadaraq alması, lakin əşyaları ona qaytarmaması ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının dəlili yalnız məhkəmə iclasında şahidin verdiyi ifadədən ibarətdir, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan şahid ifadəsinin iş üzrə halların sübuta yetirilməsi üçün kifayət etmədiyini hesab etmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar